Super User
Tütün xammalının qiymətləri yüksəlib
Şəkidə tütün əkini sahələri əvvəlki illə müqayisədə 134 hektar artıb. Rayonda 800-dək fermer kənd təsərrüfatının ən gəlirli sahələrindən biri olan tütünçülüklə məşğul olur. Tütünçülük təsərrüfatlarında 2300-dən çox kənd sakininin məşğulluğu təmin olunur.
Son bir ildə 2 yeni qurutma məntəqəsi istifadəyə verilib. Bu da tütünçülükdə həm əl əməyinin yüngülləşməsinə həm də iqtisadi səmərələliyə gətirib çıxarıb.
Xatırladaq ki, rayonda fəaliyyət göstərən tütün istehsalı və emalı məntəqələrində, həmçinin şəxsi təsərrüfatlarda 327 ədəd tütünqurutma kamerası var.
Məcid Hüseynov gileyləndi : Türk serialına əla deyisiz. O qədər büdcə bizə ayrılsa... | Xəbərin var?
Sayqa ilə 10.10.2024
Renka: "Şou biznesdə, toy məclislərində Rəhim Rəhimlinin yeri görsənir" | Xəbərin var? 10.10.2024
Ofelya Şabanova od püskürdü: "Gənc qızlara yol göstərirəm!" | Sayqa ilə
Şəki şəhər 6 nömrəli məktəb yenidən təşkil edilib
Bu ildən məktəblərdə yeni layihəyə start verilib. Təhsil nazirliyinin qərarına əsasən artıq ölkə üzrə bir sıra seçilmiş təhsil ocaqları fərqli istiqamətdə çalışmağa balayıb. Belə ki, seçilmiş məktəblər təmayül tədris planları əsasında öz fəaliyyətini davam etdirəcək.
Məktəbdə tədris prosesi şagirdlərin maraqlarına və qabiliyyətlərinə uyğun olaraq təmayül tədris planları əsasında təşkil edilib. Bu tədris planları şagirdlərin dərinləşdirilmiş biliklərə yiyələnmələrinə və gələcəkdə ixtisas seçimi üçün daha yaxşı hazırlanmasına kömək edəcək. 6 nömrəli tam orta məktəbin bu layihə üçün seçilməsi heç də təsadüfi deyil. Məktəbdə təhsil alan aşağı sinif şagirdlərinin aqibətinə gəlincə...
Qurum rəsmisi məktəbdə təhsil almaq istəyən 10-cu sinif şagirdlərinin qəbul prosesinə də aydınlıq gətirib. Belə ki, qruplarda şagirdlərin sayı 15 nəfəri keçməməlidir. Bunun üçün bir sıra nüanslara diqqət verilir. Şəki-Zaqatala Regional Təhsil İdarəsindən onu da bildirdilər ki, yaxın gələcəkdə Şəkidə daha bir məktəbdə analoji layihə həyata keçiriləcək. Eyni zamanda bu layihə digər bölgə məktəblərini də əhatə edəcək.
Şamaxının Kərkənc kəndi niyə unudulub?
Şamaxıdan 10 kilometr uzaqlıqda yerləşən, vaxtilə səsli-küylü, qonaq-qaralı, gözəl təbiətə malik olan Şamaxının Kərkənc kəndi indi sakitliyə qərq olub. Hazırda 40 ailənin , 300-ə yaxın sakinin yaşadığı kənddə əhali sayı artmaq əvəzinə azalmağa doğru gedir. Susuzluq,yolsuzluq və saymaqla bitməyən problemlər ucbatından sakinlərin bir çoxu evlərini boş, kimsəsiz qoyaraq başqa ərazilərə köç edirlər. Bu da yaşlı nəslin nümayəndələrini narahat edir. Baxımsız qalan evlərsə yararsız hala düşüb.
Kənd ərazisində su bulaqları olsa da hamısı quruyub. Sakinlər deyir ki, kəndə həftədə bir dəfə hər evə 120 litr su verilir, oda lilli, palçıqlı. Bilmirik o suyu özümüz istifadə edək yoxsa mal qaraya verək.
Kənddə problemlər bununla da yekunlaşmır. Ərazidə aptekin, marketin olmaması sakinlərin işini daha da çətinləşdirir.
Bütün bunlar azmış kimi kəndin bir tərəfi zibilliyə qərq olub. Ərazidə antisanitar vəziyyət hökm sürür. Sakinlər deyir ki, illərdir yaşadıqları çətinliklərlə bağlı bütün aidiyyatı qurumlara müraciət ediblər. Ancaq məhəl qoyan olmayıb. Bir müddət də davam etsə Kərkənc də tərk edilmiş kəndlərində siyahısında öz yerini alacaq.