Super User

Super User

Şənbə, 21 Sentyabr 2024 10:35

Şəhid Bəxtiyar İdrisovun xatirəsi anılıb

Şəkinin Aşağı Laysqı kəndində şəhid Bəxtiyar İdrisovun xatirəsi anılıb. Şəhidin məzarı kənd sakinləri, qazilər, şəhidin ailə üzvləri, ictimaiyyət nümayəndələri ziyarət edib, ruhuna dualar oxunub. Çıxış edənlər 19 yaşında şəhadətə ucalan Bəxtiyarın qısa, ancaq şərəfli ömür yolundan danışıblar. Bildirilib ki, qalib, mərd, cəsur əsgər kimi Bəxtiyar İdrisov qarşıya qoyulan tapşırıqları layiqincə yerinə yetirib. Vurğulanıb ki, məhz belə qəhrəmanlar sayəsində vətən torpağı düşmən tapdağından azad edilib və ərazi bütövlüyümüz bərpa olunub. Uşaqlıqdan vətən torpaqlarının yağı tapdağından azad edilməsi, işğalçıların qovulması arzusu ilə alışıb yanan Bəxtiyar 2022-ci ildə təhsilini yarımçıq saxlayaraq hərbi xidmətə yollanıb. 2023-cü ilin 19-20 sentyabr tarixlərində keçirilən antiterror tədbirləri zamanı Ağdamın Sırxavənd kəndi istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

Oğuzda həmkəndlisinin evindən oğurluq edən şəxs tutulub Oğuz rayonunun Xaçmaz kəndində yerləşən evlərin birindən oğurluq edilib. Ev sahibi 2000 manat pulun, qızıl-zinət və məişət əşyalarının naməlum şəxs tərəfindən oğurlanması barədə polisə məlumat verib. Rayon polis şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətmək şübhəli bilinən zərərçəkmişin həmkəndlisi, əvvəllər də məhkum olunmuş Polad İbrahimov saxlanılıb. O, oğurladıqlarının bir qismini Gəncə və Qəbələdə satdığını bildirib. Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə P.İbrahimov barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

Hadisə rayonun Soltan Mehdiyev məhəlləsində qeydə alınıb. Belə ki, rayon sakini Babək Abbasova məxsus ümumi sahəsi 250 kv metr olan birmərtəbəli ev, evə bitişik quraqlıq və tövlə yanıb, eləcə də tövlədə olan ev quşları tələf olub.

Bundan başqa tövlədə olan 20-25 tona yaxın ot bağlaması yanaraq külə dönüb. Hadisə yerinə FHN-nin İsmayıllı rayon dövlət yanğından mühafizə hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğın söndürülüb və ətrafa yayılmasının qarşısı alınıb. Hazırda fakt araşdırılır.

Balakən rayonunda polis əməkdaşları sərhədçilərlə birgə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan, eləcə də qanunsuz odlu silah-sursat saxlayan şəxslərə qarşı əməliyyatlar keçirilib. Yüksək dağlıq ərazilərdə həyata keçirilən əməliyyatlar zamanı 3 narkotik plantasiyası aşkar edilib.

Çətənə kollarını əkən 5 nəfər müəyyən olunaraq saxlanılıb. Onlardan 290 ədəd çətənə kolu “Kalaşnikov” avtomatı, daraq, patronlar və ov tüfəngləri aşkarlanaraq götürülüb. Saxlanılan şəxslər çətənə kollarını qazanc əldə etmək məqsədilə əkdiklərini və aqrotexniki qulluq göstərdiklərini bildiriblər. Faktlarla bağlı cinayət işi başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Bazar ertəsi, 16 Sentyabr 2024 14:40

Muğanlı kənd tam orta məktəbinin açılışı olub

Muğanlı kənd tam orta məktəbinin açılışı olub Bilik günü, Zaqatala rayonunun Muğanlı kənd tam orta məktəbinin şagird və müəllim kollektivi tərəfindən böyük sevinclə qeyd olunub.
Yeni tədris ilini şagirdlər yeni məktəb binasında qarşılayib. Bugün açılış mərasimi olan 3 mərtəbədən və 3-korpusdan ibarət məktəb binasında 432 şagird təhsil alacaq.
Bazar ertəsi, 16 Sentyabr 2024 14:06

Ağacəkmə aksiyası keçirilib

Şəkidə ağacəkmə aksiyası keçirilib. Şəki Reabilitasiya Mərkəzi tərəfindən 21 nömrəli tam orta məktəbin qarşısında keçirilən aksiyada mərkəzin əməkdaşları, müharibə iştirakçıları və 21 nömrəli tam orta məktəbin kollektivi iştirak edib. Aksiya zamanı 64 ədəd şam ağacı və müxtəlif meyvə ağacları əkilib, ağaclara aqrotexniki qulluq göstərilib.

Bazar ertəsi, 16 Sentyabr 2024 13:48

İki avtomobil toqquşdu, iki nəfər xəsarət aldı

Şəkidə iki avtomobil toqquşub. Hadisə bu gün Şəkinin Cəfərabad kəndi ərazisində qeydə alınıb. Belə ki, Kiçik Dəhnə kənd sakini Röyal Məmmədovun idarə etdiyi "Opel" markalı avtomobil ilə həmin kənd sakini Rəhman Mustafayevin idarə etdiyi "Changan" markalı avtomobil toqquşub. Toqquşma nəticəsində "Changan" yoldan çıxaraq dərəyə aşıb. Nəticədə avtomobilin sürücüsü - Rəhman Mustafayev və sərnişini xəsarət alıb. Faktla bağlı araşdırma aparılır.

Şənbə, 14 Sentyabr 2024 11:37

Sənin seçimin 13.09.2024

Eyni zamanda prokurorluq orqanlarının ətraf mühitin mühafizəsi və ekoloji tarazlığın bərpa edilməsi istiqamətində digər dövlət qurumları ilə birgə gördüyü kompleks işlər barədə məlumat verib, yaşıl dünya naminə beynəlxalq əməkdaşlığın əhəmiyyətindən bəhs edib. Yaşıl dünya üçün hüquqi tənzimləmələrdən, təbii resurslar və bioloji çeşidliliyin qorunması, tullantıların idarə olunması, enerji effektliliyi və sair məsələlərdən bəhs edilib.

Seminar zamanı iştirakçılarla faydalı fikir mübadiləsi aparılıb, ekoloji hüquqpozmalara qarşı prokurorluq orqanlarının fəaliyyəti ilə bağlı onları maraqlandıran suallar cavablandırılıb.

Milli prokurorluq orqanlarının yaradılmasının 106-cı ildönümü, habelə ictimaiyyətin prokurorluq orqanlarının fəaliyyətinə marağı nəzərə alınaraq, Şəki rayon prokurorluğunda “Açıq qapı günü” təşkil edilib.

Şəki rayon prokurorluğunun yeni istifadəyə verilmiş inzibati binasında keçirilmiş tədbirdə məqsəd prokurorluq əməkdaşları üçün yaradılmış iş şəraiti, istifadədə olan kriminalistik texnika, habelə prokurorluğun tarixi keçmişi ilə media və qeyri-hökumət təşkilatlarının nümayəndələrini tanış etmək olub.

Tədbir zamanı Şəki rayon prokuroru, Baş Prokurorluğun əməkdaşı və digər prokurorluq əməkdaşları qurumun fəaliyyəti barədə dinləyicilərə ətraflı məlumat veriblər. Həmçinin ağır, çətin və şərəfli peşə olan prokurorluq əməkdaşının gündəlik həyat tərzindən bəhs edən “Valideynimin peşəsi” adlı qısa metrajlı filmi nümayiş olunub.

Daha sonra iştirakçılar inzibati bina, eləcə də kriminalistik texnika ilə əyani olaraq tanış olub, onlara “Elektron prokurorluq” informasiya sistemi göstərilib. Sonda xatirə fotoşəkli çəkdirilib.

214 -dən səhifə 642

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S