Super User
Şəkidə narkokuryerlik edən şəxs tutulub...
Zaqatalada 5 obyektdə yanğın
Bu gün səhər saatlarında Zaqatalanın Heydər Əliyev prospektində 5 obyektin yerləşdiyi ümumi sahəsi 300 kv/m olan birmərtəbəli binada yanğın baş verib. Yanğın binada fəaliyyət göstərən rayonun tanınmış “Süfrə” rastoranının dam örtüyündən başlayıb.
Əraziyə Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnika və şəxsi heyəti cəlb edilib. Yanğın nəticəsində sahəsi 150 m² olan restoranın tavanı və dam örtüyünün yanar konstruksiyaları, ona bitişik marketin dam örtüyünün yanar konstruksiyaları 20 m² sahədə və kafenin dam örtüyünün yanar konstruksiyaları 40 m² sahədə yanıb. Obyektlərin qalan hissəsi yanğından mühafizə olunub. Xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.
Qaxda şəhid Nail Süleymanlının xatirəsi anılıb
Qax rayonunun Qaşqaçay kəndindən olan şəhid Süleymanlı Nail Səfər oğlunun ölümündən bir il ötür. Rayon rəhbərliyi kənd sakinləri və şəhidin ailə üzvləri şəhidi məzarı üstünə gələrək yad ediblər.
Leysan yağışları Zaqatalada fəsadlar törətdi
Şimal-qərb bölgəsində qeyri-sabit hava şəraiti hökm sürür. Bölgədə daha çox yağıntı Zaqatala və Balakən rayonlarında müşahidə olunub. Zaqatala-Qax avtomobil yolunun Muxax kəndi ərazisindən keçən hissəsini basan sel suları yolda avtomobillərin hərəkətində problemlər yaradıb.
Yuxarı Çardaqlar, Muxax kəndlərinin ərazilərinə yağan leysan yağışları səbəbindən kənddaxili çaylarda, kanallarda sel yaranıb. Sel suları kəndlərdə bir sıra həyətyanı sahələri basıb, 10 -dan çox evin zirzəmisinə sel suları dolub.
Muxax kəndində bir evin hasarı uçub, bir-neçə ailənin isə ev quşlarını sel suları aparıb. Leysan yağışları səbəbindən rayonun Yuxarı Tala, Muxax, Yuxarı Çardaqlar və Car kəndlərinə elektrik enerjisinin verilməsində bir müddət vasilə yaranıb. Fəsadların aradan qaldırılması istiqamətində ərazilərə cəlb edilib, təmir-bərpa işləri aparır.
Şəhid analarının Şəkidə görüşü keçirilib
Şəhid analarının Şəkidə görüşü keçirilib. “Mənim oğlum qəhrəmandır” layihəsi çərçivəsində Vətən müharibəsinin 4-cü ildönümü münasibətilə Bakıdan və digər regionlardan olan 150-yə yaxın şəhid valideyni Şəkiyə səfər edib, Şəkidəki şəhid ailələri ilə görüşüblər.
Yuxarı Karvansarayda keçirilən görüşdə şəhid ailələri çay süfrəsi arxasında əyləşib. Çıxışlarda bu cür tədbirlərin əhəmiyyətindən bəhs edilib, şəhid ailələrinə göstərilən qayğıya görə təşəkkür edilib.
Şəkidə mikroavtobusda yanğın olub
Şəkidə mikroavtobusda yanğın olub. Hadisə günorta saatlarında Şəkinin Qoxmuq kəndi ərazisində baş verib. Rayon sakini 42 yaşlı Azad Babayevə məxsus "Mercedes Vito" markalı mikroavtobusda yanğın baş verib.
Yanğının söndürülməsi üçün hadisə yerinə Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və şəxsi heyəti cəlb edilib. Yanğın nəticəsində mikroavtobusun mühərrik hissəsinin yanar konstruksiyaları sıradan çıxıb.
Mikroavtobusun salon hissəsi yanğından mühafizə olunub. Yanğın baş verən zaman mikroavtobusda sərnişin olmayıb. Yanğın zamanı xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.
Peçenyenin tərkibindəki zərərli qidalar | Elə Çarə 25.09.2024
Şəhid Vüsal Şəhriyarovun xatirəsi anılıb
Qarabağda keçirilən antiterror tədbirləri zamanı şəhid olan Vüsal Şəhriyarovun il mərasimi keçirilib. Onun doğulub boya-başa çatdığı Qobustanın Çalov kəndində keçirilən il mərasimdə RİH-nin, hüquq mühafizə orqanlarının rəhbərləri, şəhidin ailə üzvləri, İctimaiyyətinin nümayəndələri iştirak ediblər.
İlk öncə şəhidin məzarı ziyarət olunub, ruhuna dualar oxunub. Daha sonra Şəhid bulağının qarşısında davam edən tədbirdə çıxış edənlər Şəhid Vüsal Şəhriyarovun şərəfli ömür yolundan, qəhrəmanlıqlarından söz açıblar.
Vətənimizin bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş şəhidlərin əziz xatirəsini daim uca tutulduğu vurğulanıb. Qeyd edək ki, Şəhid Vüsal Şəhriyarov Tovuz döyüşləri və Vətən Müharibəsində artilleriya bölməsində xidmət edib.
" Kəlbəcərin alınmasına görə" medalı ilə təltif edilib. 2020-ci ildə hərbi xidməti bitirərək ehtiyata buraxılan Vüsal 2023-cü ildə komando hazırlıq kursuna daxil olub, yenidən hərbiyə qayıdıb. O, 2023-cü ildə Qarabağ iqtisadi rayonunda keçirilən antiterror tədbirləri zamanı qəhrəmancasına şəhid olub.
Şamaxıda cibgirlik edən şəxslər saxlanılıblar
Şamaxı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı cibgirlik edın əvvəllər dəfələrlə məhkum olunmuş Tahir Abdullayev və Səlvər Salmanov saxlanılıblar.
Onların rayon ərazisində yerləşən bazarda zərərçəkənlərdən birinin cibində olan 3400 manatı oğurladıqları müəyyən edilib. Faktla bağlıı cinayət işi başlanılıb, hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Araşdırmalar davam etdirilir. Bu şəxslərin əməllərindən zərər görən başqa vətəndaşlar varsa polis orqanlarına məlumat verə bilərlər.
Avtomobil obyektə çırpıldı
Şəkidə avtomobil obyektə çırpılıb. Bu gün səhər saatlarında Şəkinin Sabit Rəhman küçəsində "Mercedes" markalı avtomobil fotostudioya çırpılıb.
Şahidlərin sözlərinə görə, hadisə sürücünün qəfil qarşısına çıxan uşaqdan yayınmaq istəməsi nəticəsində baş verib. Xoşbəxtlikdən xəsarət alan olmayıb. Ancaq obyektə ziyan dəyib. Faktla bağlı araşdırma aparılır.