Super User
Zahidə Günəş, Rüfət Nasosnu və Aqşini qrupu ""5 gün" Mikayıl ilə"də 24.07.2024
Yaxşı deyək, yaxşı eşidək 23.07.2024
Roza Zərgərli Elnar Xəlilova olan sevgisindən danışdı | Xəbərin var? 26.07.2024
Sənin seçimin 24.07.2024
Dana Durdana, Elşad Qarayev, Emil Məmmədov və Yaşar Qafanlı "5 gün" Mikayıl ilə"də 23.07.2024
Səhər dəmi 24.07.2024
Leysan yağışlarının bölgələrdə yaratdığı ciddi fəsadlar...
Ötən gündən başlayan qeyri-sabit hava şəraiti yenə bölgələrdə fəsadlara səbəb olub. Dağətəyi ərazilərdən sel keçib. Ötən gündən dağlıq ərazilərdən başlayaraq hava şəraiti dəyişib, əksər rayonlarda yağış yağıb, çaylarda sululuq artıb. Güclü leysan yağışları Qəbələdə sellə nəticələnib. Qəbələ ərazisindən axan Göyçay və Dəmiraparançayda suyun artması nəticəsində ətraf əraziləri su basıb. Tikanlı, Abrıx və digər dağətəyi kəndlərində yollara, bağlara və şəxsi təsərrüfatlara ciddi ziyan dəyib. İsmayıllıda isə ildırımla müşahidə olunan leysan yağışları bir ailəni evsiz qoyub. Rayonun Salbuzov küçəsində Bəxtiyar İsmayılova məxsus ev ildırım vurması nəticəsində yanıb. Oğuz rayonunda da güclü leysan yağışları fəsadsız ötüşməyib. Rayon mərkəzindən 40-50 km məsafədə yerləşən Xaçmaz və Filfilli kəndlərinə sel gəlib. Qala çayından və kənd daxili çaylardan sel keçib. Çaylar məcrasından çıxıb, sel suları kənd daxili yolları yuyub, sakinlərin şəxsi təsərrüfatlarına ziyan dəyib, ev quşlarını sel aparıb. Selin yolları yuması səbəbindən rayon mərkəzinə gediş-gəlişdə problemlər yaranıb. Bölgələrdə hazırda da yağıntılı hava şəraiti müşahidə olunur, çaylarda suyun səviyyəsinin yüksək və təhlükəli olduğu bildirilir. Milli Hidrometeorologiya İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətimətinin məlumatına görə, qeyri-sabit, yağıntılı hava şəraitinin iyulun 26-sı axşamadək davam edəcək.
İsmayıllıda çətənə kolu yetişdirən şəxslər saxlanılıblar...
Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat zamanı narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan, əvvəllər məhkum olunmuş Xürrəm Rəcəbov və Şahin Məmmədov saxlanılıblar.
Məlumata görə, onların yaşadıqları ünvanlara baxış keçirilərkən xüsusi qulluq göstərərək yetişdirdikləri çətənə kolları aşkar olunub. Faktlarla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Şəkidə qolunu şüşə kəsən 34 yaşlı kişi xəstəxanada vəfat edib...
Rayonunun Baş Zəyzid kənd sakini Pərviz Babayev yaşadığı evdə sərxoş vəziyyətdə pəncərəyə əli ilə zərbə endirib. Nəticədə şüşə onun qolunu kəsib.
Xəsarət alan şəxs Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxanadan verilən məlumata görə, Pərviz Babayev gətirilərkən hemorogik şok vəziyyətində olub, çoxlu qan itirib. Nəticədə müdaxilələrə rəğmən onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır.
Yeni turizm istiqamətlərinin yaradılması, tarixi abidələrin bərpası planlaşdırılır...
Şəkiyə səfər edən turistlərin sayı 2023-cü ilə nisbətən 50% artıb. Dövlət Turizm Agentliyinin məlumatına görə turistləri rayon gəlmək üçün bir çox işlər görülür. Hazırda ən çox ziyərət olunan Yuxarıbaş tarix Memarlıq qoruğu ərazisində Qala divarları kompleksində aparılan bərpa yenidənqurma, konservasiya işləri isə yaxın zamanda yekunlaşacaq.
Şəkinin Zəngin tarixi irsini nəzərə alan Agentlik yeni turizm istiqamətlərinin yaradılması istiqamətində də işlər görür. Hazırda Dövlət Turizm Agentliyinin balansında Şəkidə dövlət qeydiyyatına alınmış 83 abidə mövcuddur. Həmin abidələrdə də bərpa qoruma konservasiya işlərinin aparılması planlaşdırılır.
Agentlikdən həmçinin Şəkidə bir neçə yeni tarixi abidənin də aşkarlandığı, yaxın müddətdə bu abidələrin reyestrə salınıb, bərpa, konservasiya işləri aparılacağı , ardınca turistlərin və yerli sakinlərin ixtiyarına veriləcəyi bildirildi.