Super User
Şəkidə seçki prosesi
Şəkidə fizika- riyaziyyat-humanitar təmayüllü liseyin binasındakı 18 saylı seçki məntəqəsində səsvermə prosesinə müşahidəçilərin iştirakı ilə start verilib. Səhər saatlarından məntəqəyə üz tutan seçicilər konstitusion hüquqlarından istifadə edir, öz namizədlərinə səs verirlər.
Seçki prosesinin başlamasından öncə bütün lazımı tədbirlər görülüb. Proses veb kameralar vasitəsilə də izlənilir. Məntəqə sədrinin məlumatına görə indiyədək hər hansı qanun pozuntusu qeydə alınmayıb.
Sənin seçimin 30.08.2024
Avtomobillər toqquşdu, yaralılar var
Zaqatalada iki minik avtomobili toqquşub, dördü bir ailənin üzvü olmaqla 5 nəfər xəsarət alıb. Hadisə axşam saat 20 radələrində Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistiral yolunun rayonun Yuxarı Tala kəndi ərazisindən keçən hissəsində baş verib.
Hərəkətdə olan “Mersedes” markalı və “BMW” markalı iki minik avtomobilinin toqquşması nəticəsində 5 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıblar. Yaralılar Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsinə yerləşdiriliblər. Yaralılardan 4-ü bir ailənin üzvü olmaqla rayonun Aşağı tala kənd sakinləridi.
Bunlar 62 yaşlı Cəlil İspəndiyar oğlu Abbasov, 60 yaşlı Sevda İsmayıl qızı Abbasova, 7 yaşlı Enes Vüqar oğlu Abbasov və 15 yaşlı Tuncay Tural oğlu Balayevdi. Beşinci xəsarət alan şəxs isə rayonun Kürdəmir kənd sakini 29 yaşlı Elçin Çingiz oğlu Ramizlidi. Qəza zamanı xəsarət alanların hamısı xəstəxanada həkim nəzarətindədir. Faktla bağlı araşdırma aparılır.
Oğuzda ayı 62 yaşlı kişiyə hücum edərək yaralayıb...
Oğuz rayonunda ayı hücumu qeydə alınıb. Calut-2 qəsəbəsində məskunlaşmış Xocalı rayon sakini 62 yaşlı Əliyev Bakir Sabir oğlu yaylaq ərazisində mal-qara otararkən ayı anidən heyvanlara hücum edib. Heyvanları xilas etmək istəyən Bakir kişi özü ayının hücumuna məruz qalıb. Ayı onun əl ayaq nahiyələrini parçalayıb. Son anda heyvanların da ayının üstünə hücum etməsi nəticəsində ayının pəncələrindən qurtararaq ölümdən xilas ola bilib. Xəstə əvvəl Oğuz rayon xəztəxanasına gətirərək ilk yardım edilib, vəziyyəti ağır olduğu üçün Şəki RMX na gətirilib. Çoxsaylı müştərək travma alan xəstənin vəziyyəri hazırda stabil ağır hesab edilir.
Oğuzda kişi çayda çimərkən boğuldu...
Hadisə Əlicançay çayında qeydə alınıb. Belə ki, Oğuz rayon sakini, Teymur Əmrah oğlu Budaqov istirahət etmək məqsədilə çay sahilə gedib. O, çay kənarında yemək yeyib spirtli içki qəbul etdikdən sonra sərinləmək üçün çayda çimmək qərarına gəlib.
Teymur Budaqov spirtli içkinin təsiri altında çayda çimərkən boğularaq ölüb. Meyit çaydan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.
Yüksəliş enerji 29.08.2024
Şəkidə avtomobil yanıb...
Bu gün günorta saatlarında Şəkinin N.Nərimanov prospektində “Audi" markalı minik avtomobilinin yanar hissələri yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Heyvanla rəhmsiz rəftar edən şəxs müəyyən olunub...
Sosial şəbəkələrdə Şəkidə inəyə qarşı rəhmsiz rəftar edilməsi ilə bağlı yayılan videogörüntülər araşdırılıb. Həmin şəxsin Şəki rayon sakini Yaqub İbadullayev olduğunu polis müəyyən edib. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək aidiyyəti üzrə 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilib.
9 kiloqram narkotik dövriyyədən çıxarıldı @Kanal-S
Elmi-praktiki konfrans keçirilib
Şəkidə "Ətraf mühitin gücləndirilməsi: Maarifləndirmə və hüquq mühafizə tədbirlərinin rolu" ECOLEAD layihəsi çərçivəsində "İqlim dəyişikliyinə qarşı yaşıllıqların qorunmasının akademik-elmi əsaslarının formalaşması” mövzusunda elmi-praktiki konfrans keçirilib. Konfransda Baş prokuror Kamran Əliyev, Beynəlxalq Prokurorlar Assosiasiyasının Baş katibi Roel Dona, müxtəlif dövlət qurumlarının vəzifəli şəxsləri iştirak ediblər.
Çıxış edənlər respublikada ekoloji problemlərin həlli, ekoloji mühitin sağlamlaşdırılması istiqamətində görülən işlərdən bəhs ediblər. Eyni zamanda ekosistemin, eləcə də nadir flora və fauna növlərinin yaşaması və inkişaf etməsi üçün həyata keçirilən layihələrdən danışılıb.
Daha sonra konfrans iştirakçıları tərəfindən “Azərbaycan Respublikasında ekoloji siyasətə dair” və “Azərbaycan Respublikasında ekoloji hüquqpozmalara qarşı mübarizə” mövzularında vidoçarxlar izlənilib.