Super User
Türkiyənin turizm paytaxtı Antalyada | Belke 29.06.2022
Bilik yarışının qalibləri mükafatlandırılıb...
Qax rayonunda 22 mayda keçirilən bilik yarışı qaliblərinin mükafatlandırılması mərasimi təşkil edilib. Mərasimə Şəki regional təhsil idarəsinin Qax rayon üzrə sektor müdiri Babək Heydərov, məktəb rəhbərləri, müəllimlər, şagirdlər qatılıb. İstiqlal tədris Mərkəzinin təşkilatçılığı ilə keçirilən bilik yarışında ilk 20 yerə çıxan 92 şagird təltif edilib. İlk 20 yeri tutan şagirdlərin hər birinə növbəti tədris ili ərzində kursun bütün sınaq imtahanlarında ödənişsiz iştirak imkanı verən İmtahan abunəliyi kartı da təqdim olunub. Qax rayonunun bütün məktəblərini əhatə edən bilik yarışı 1-7-ci sinif şagirdlərini əhatə edib. Həmçinin “Könlüm keçir Qarabağdan” bədii qiraət müsabiqəsində respublika üzrə ikinci yeri tutan kursun şagirdi Fərda Babayev də mükafalandırılıb. Tədbir İstiqlal tədris mərkəzinin illik hesabatı xarakterli olub. Bildirilib ki, Son 5 ildə kursun qəbul nəticələri 95 faizdən yuxarı olub. Kursun DİM-nin 9 və 11- ci siniflər üzrə buraxılış imtahanlarında 200-dən yuxarı bal toplayan şagirdləri, il ərzində fərqlənən kursun müəllimləri, həmçinin qaliblərin məktəb müəllimləri də mükafatlandırılanlar sırasında olub. Tədris ili boyu müxtəlif mövzulu və əlamətdar günlərə həsr edilən bilik yarışları mütəmadi şəkildə təşkil edilir və bundan sonra da belə tədbirlərin davam etdirilməsi nəzərdə tutulur.
İlanlarla eyni evdə yaşamağa məcbur qalan sakin…
Cəfərabad kənd sakini Günay Babayeva uzun illərdir ki, iki övladı ilə kiçik bir daxmada yaşayır. Yaşadığı çətin şəraitdə isə Günay Babayevanın ən böyük problemi evindən ilanların əksik olmamasıdır. Yaz-yay mövsümü gələn kimi ev ilanların meskenine çevrilir. İlanların tavandan evə düşdüyünü, döşəmənin altından çıxdığını deyən ev sakini dəfələrlə övladlarını son anda təhlükədən qaçıra bilib. Ev sahibi bu cür şəraitdə çox çətinliklə yaşadığını bildirsə də, ən böyük çətinliyin evə doluşan ilan və sair gəmiricilər olduğunu qeyd edir. Əgər yaxın bir zamanda Günya Babayevaya hər hansı yardım göstərilməzsə vəziyyət çox daha acınacaqlı ola bilər.
Şəkinin idman klubunun çıxışı uğurlu olub…
Mayın 28-i, 29-da baş tutan Fransa döyüş sənəti sayılan SAVATE döyüş növü üzrə Azərbaycan çempionatında Şəkinin idman klubunun çıxışı uğurlu alınıb. Turnirə ümumilikdə 20 bölgə və paytaxt klublarından 300-dək idmançı qatılıb. Şəkinin idman klubunu təmsil edən iki idmançının hər ikisi fəxri yerləri qazana bilib. Belə ki, klubun yetirməsi olan Yusif Bəkirov 16-17 yaş qrupunda, Fərid Abdurəhimov 8-9 yaş qrupunda 3-cü yerlərə layiq görülüblər. Azərbaycan çempionatının yekunlarına əsasən milli komandalar yenidən formalaşdırılacaq.
Samira AliMaryam aparıcı Laləyə qorxularından danışdı | Kim var, Kim yox?
Cərrah-oftalmoloq Elsəvər Həmidov "Həkimcanlı"da 02.06.2022
Ləziz Təam - Göbələkli Stroganoff Resepti | Yeməli 02.06.2022
QHT-dövlət münasibətlərinə həsr olunmuş növbəti Respublika zona konfransı…
Şamaxıda “QHT-Dövlət əməkdaşlığında yeni çağırışlar: İctimai nəzarət mexanizmlərinin gücləndirilməsi" adlı konfrans keşirilib. Konfrans Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə təşkil olunub. Şamaxı rayon Mədəniyyət Mərkəzində təşkil edilən tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayıb. Daha sonra çıxış edənlər keçirilən bu zona konfranslarının QHT-lər ilə ictimai şuralar arasında sıx əməkdaşlıq yaradacağına və onların vətəndaş cəmiyyətinin inkişafına birlikdə tövhə verəcəyinə əminliklərinilər. Dövlət və cəmiyyət həyatında qeyri-hökumət təşkilatlarının rolunun artırılmasının önəmindən danışılıb, onların fəaliyyətinin yeni dövrün çağırışlarına uyğun təşkil olunmasının zəruriliyi vurğulanıb. Qeyd olunub ki, bu gün Azərbaycanda böyük QHT şəbəkəsi formalaşıb və bu hərəkatın iştirakçıları müstəqil Azərbaycanımızın və xalqımızın mənafeyini hər şeydən üstün tutaraq dövlətimiz ətrafında sıx birləşiblər. QHT-lər eyni zamanda problemlərin aktuallaşdırılmasında, ictimai müzakirələrin təşkilində böyük rol oynayırlar. Zona konfranslarının keçirilməsinin əsas məqsədi də QHT-lər və icra hakimiyyətləri yanında fəaliyyət göstərən ictimai şuraların birgə əməkdaşlığını təmin etmək və fəaliyyət istiqamətlərinin daha da genişləndirməkdir.
Şəhid və qazi övladlarının bayramı təbrik edilib...
Bu gün Şəki şəhər Uşaq-Gənclər İnkişaf mərkəzində 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunan tədbir keçirilib. Tədbirdə ilk öncə uşaqların Vətən müharibəsinə baxışlarını əks etdirən rəsm əsərlərinin sərgisi olub. Daha sonra tədbirdə Azərbaycanın dövlət himni səsləndirilib, şəhidlərin əziz xatirəsi anılıb. Otuzdan artıq şəhid və qazi övladının iştirak etdiyi bayram tədbirində uşaqları təbrik ediblər. Balacalara xüsusi hədiyyələr və rəşadətli Azərbaycan ordusunun qəhrəmanlıqlarından bəhs edən kitablar verilib. Tədbir Şəkinin gənc istedadlarının ifasında vətənpərvər ruhlu şeirlər, müsiqilər, rəqsləri özündə əks etdirən musiqili proqramla davam edib.