Super User
“Regional tərəfdaşların inkişafı” layihəsinə başlanıb...
Şəkidə “Regional tərəfdaşların inkişafı” layihəsinin təqdimatına həsr olunmuş konfrans keçirilib. Konfrans Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və “Marsol” MMC-nin birgə təşkilatçılığı ilə təşkil edilib. Tədbirdə müvafiq dövlət qurumlarının nümayəndələri, Bakı şəhərindən və Şəki-Zaqatala iqtisadi rayonundan 200-dən çox sahibkar iştirak edib. Tədbirdə çıxış edənlər sahibkarlara göstərilən dəstək tədbirləri, o cümlədən dövlətin güzəştli kreditləri, subsidiyalar, biznesin maliyyə resurslarına çıxışı istiqamətində yeniliklər barədə məlumat veriblər. Tədbir çərçivəsində, həmçinin panel müzakirə təşkil olunub. KOBİA, Aqrar Kredit və İnkişaf Agentliyi, Sahibkarlığın İnkişafı Fondu və Dövlət Məşğulluq Agentliyi nümayəndələrinin iştirakı ilə keçirilmiş müzakirələrdə mövzu ilə bağlı ətraflı məlumat verilib, sahibkarları maraqlandıran suallarcavablandırılıb. “Regional tərəfdaşların inkişafı” layihəsi çərçivəsində növbəti aylarda Gəncə, Astara və Qubada da maarifləndirici tədbirlər keçiriləcək.
Özümüzə səyahət - Alpaqut döyüş sənəti 07.12.2022
Oğurluq etdiyi mağazanı yandırmağa cəhd edən şəxs saxlanıldı...
Balakəndə qeyri-adi oğurluq hadisəsi olub. Şəhər ərazisində yerləşən mağazaların birindən dəyəri 800 manatdan artıq olan spirtli içkilər oğurlanıb. Mağazada olan ödəmə terminalına zərər yetirilib və obyektin yandırılmasına cəhd edilib. Əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan cinayət əməlini törətməkdə şübhəli bilinən rayon sakini, əvvəllər də bir neçə dəfə məhkum olunan Tehran Həsənov tutulub. Araşdırma zamanı Həsənovun obyekt sahibinə məxsus ümumvətəndaşlıq pasportunu, eləcə də bəzi əşyaları yandırdığı məlum olub. İstintaq zamanı keçmiş məhkumun daha bir cinayət əməlinin də üstü açılıb. Onun rayon sakini Yaqub Məmmədovla birlikdə şəhər ərazisində yerləşən köşkdən də lotereya, tütün məmulatları və pul oğurladıqları müəyyən edilib. Oğurluqda əlbir olan dostlardan digəri - Yaqub Məmmədov da polis əməkdaşları tərəfindən saxlanılaraq məsuliyyətə cəlb edilib.
Avtoxuliqanlıq edən şəxs saxlanılıb...
Şəkidə avtoxuliqanlıq edib sosial şəbəkədə paylaşan sürücü inzibati həbs olunub. Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən avtoxuliqanlıq hərəkətləri edərək ictimai asayişi nümayişkəranə şəkildə pozan və digər hərəkət iştirakçıları üçün ciddi təhlükə yaradan sürücü saxlanılıb. Onun bu əməlləri vətəndaşların da haqlı narazılığına səbəb olub. Şəhər sakini Cavidan Rəhimli idarə etdiyi “VAZ-2107” markalı avtomobil ilə əsasən təhsil müəssisələrinin qarşısında intizamsızlıq edərək yol hərəkəti qaydalarını kobud şəkildə pozub və avtoxuliqanlıq hərəkətlərini sosial şəbəkədə paylaşıb. Həmin şəxs barəsində inzibati qaydada protokol tərtib olunaraq baxılması üçün rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə Cavidan Rəhimli sürücülük hüququ 1 il müddətində məhdudlaşdırılmaqla 15 gün müddətinə inzibati qaydada həbs edilib.
Nəcib maralların Azərbaycanda reintroduksiyası həyata keçirilir…
Ümumi ərazisi 130 508 hektar olan Şahdağ milli parkının 44 min hektarı İsmayıllı rayonunun payına düşür. Bu ərazidə müxtəlif növ heyvanlar yaşasa da öz bənzərsiz gözəlliyi ilə könül oxşayan nəcib marallar xüsusilə diqqətimizi cəlb etdi. Müxtəlif landşaftlarda yaşamaq qabiliyyətinə malik olan bu marallar kiçik dəstələrlə yaşamaq, günün səhər və axşam saatlarında otlamaq, günorta dincəlmək, özlərinə istirahət yerləri seçmək və qida axtarışına xüsusi önəm verirlər. Azərbaycanın Qırmızı Kitabına daxil edilmiş marallar keçmiş dövrlərdə Böyük və Kiçik Qafqazın, həmçinin Talış dağlarının meşələrində, Kür və Araz çaylarının tuqay meşələrində saysız hesabsız olsalar da təəssüf ki, indi azalıblar. İllik heyvan sayımı monitorinqlərinin nəticələrinə görə, hazırda ölkəmizdə 800-ə yaxın nəcib maral növü var. Maralların sayının artırılması məqsədi ilə Şahdağ milli parkının İsmayıllı bölməsinə yeni marallar gətirilib. İdeya ictimai birliyi və Ekoloji Təbii Sərvətlər nazirliyinin birgə maral reintroduksiya layihəsi çərçivəsində Şahdağ milli parkına ilk dəfə gətirilən bu maralların hələlik baş sayı dörddür. Maralların cütləşmə dövrü sentyabrdan başlayır, noyabrda başa çatır. Adətən 1 bəzən də 2 bala bala verən maralların erkək fərdlərində hər il köhnə buynuzlar düşür, bundan sonra yeni buynuzlar inkişaf edir.Yerli iqlimə rahat uyğunlaşa bilən bu nəciblər soyuq şaxtalı havalara da dözümlüdülər. Xatırladaq ki,Şahdağ Milli Parkının ərazisində Avropa cüyürü, Canavar, Hindistan tirınduzu, Qonur ayı, Qafqaz köpgəri, Çaqqal, Tülkü, Dovşan,Zubr və digər heyvanlar da mövcüddür.İlin bütün fəsillərində bura turist kimi gəlməklə bir çox heyvanları yaxından görmək də mümkündür.
Kim var, kim yox? - İlkin Əhmədovla Biləcəridə 08.12.2022
"Uşaq travmatizminin qarşısının alınması" məqsədilə tədbir keçilirib...
Şəkidə DYP-nin təşkilatçılığı ilə 20 nömrəli tam orta məktəbdə ibtidai sinif şagirdlərinə uşaq travmatizminin qarşısının alınması məqsədilə maarifləndirici tədbir keçirilib. Tədbirdə məktəbin pedaqoji heyyəti, ibtidai sinif şagirdləri və polis əməkdaşları iştirak ediblər. Tədbird piyadaların intizamının artırılması, təhlükəsiz davranış vərdişlərinin aşılanması, tədris prosesinin effektliyinin yüksəldiləməsi məqsədini daşıyır. Çıxış edən şagirdlər, qonaqlara yol hərəkəti qaydalarına aid şeirlər, mahnılar və səhnəciklər nümayiş etdiriblər. Sonda DYP-nin əməkdaşı şagirdlərə “yol hərəkəti əlifbası” kitabı hədiyyə edib.
Ümummilli liderin xatirəsi anılıb…
Şamaxı Heydər Əliyev Mərkəzinin və Sabir qəsəbə tam orta məktəbinin birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin vəfatının 19-cu ildönümü ilə əlaqədar tədbir keçirilib. Tədbirdə Mərkəzdə fəaliyyət göstərən Heydər Əliyev siyasi irsinin təbliği məqsədilə yaradılmış təbliğat qrupunun üzvləri , məktəbin müəllim və şagird kollektivi iştirak edib. Çıxış edənlər vurğulayıb ki, Azərbaycan xalqının Ümumilli lideri Heydər Əliyev müasir dünya tarixinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, fitri istedad sahibi , müdrik dövlət xadimi kimi düşüb. Heydər Əliyev həyatının mənasını yalnız xalqına xidmətdə görüb, ömrünü onun firavan gələcəyinə həsr edib. Sonda Ulu Öndərin mənalı ömür yolu və fəaliyyətinin müxtəlif məqamlarını əks etdirən kitab və fotoşəkillərdən ibarət sərgi və sənədli film nümayiş etdirilib, şagirdlərin ifasında kompozisiya səsləndirilib.