Super User
Bəxtiyar Vahabzadəyə həsr edilmiş 4-cü beynəlxalq konfrans...
Şəkidə görkəmli Azərbaycan şairi Bəxtiyar Vahabzadəyə həsr edilmiş 4-cü Türk Dünyası Tarix, Mədəniyyət və Ədəbiyyat beynəlxalq konfransı keçirilib. Konfrans Türkiyənin İqtisadiyyat universiteti ilə AMEA-nın Folklor və Ədəbiyyat institutlarının birgə təşkilatlığı ilə baş tutub. Konfrans hər il Bakıda keçirilsə də, bu il Şəkidə təşkil edilib. Konfrans iştirakçıları ilk öncə Bəxtiyar Vahabzadənin ev muzeyini gəziblər və müzakirələr aparıblar. Daha sonra konfrans ADPU-nun Şəki filialında davam edib. Konfransda çox sayda elmi işçi, profesor, müəllim və sair mütəxəssislər iştirak edib. 3 ayrı auditoriyada keçirilən konfransa onlayn şəkildə qatılanlar da olub. Bəxtuyar irsinin geniş müzakirə edildiyi konfransda onun əsərləri təhlil edilib. Konfransda ADPU-nun Şəki filialının direktoruna və AMEA Folklor İnstitutunun şöbə müdirinə diplomlar təqdim edilib.
Leysan yağışlar göl yaradıb...
Göl Zaqatalanın Mişleş kəndi yaxınlığında, Qaraqaya ərazisində, Çayarxac dərəsində əmələ gəlib.Gölün yaranmasına bir ay əvvəl rayona yağan aramsız yağışlar səbəb olub. Belə ki, yağışlar nəticəsində sürüşmə olub və sıldırım qaya uçaraq dərəni bağlayıb. Nəticədə göl əmələ gəlib. Yeni əmələ gələn göl yaşayış məskənindən 20-25 km məsafədə sıldırım ərazidə yerləşir. Gölün daşması və ya başqa hər hansı bir təhlükə ehtimal edilmir. Yerli sakinlərin bildirdiyinə görə, bu cür hallar yüksək dağlıq ərazilərdə daha əvvəllər də baş verib.
“Ürəklərdə yaşayan Sabir” mövzusunda elmi-praktiki konfrans...
Şamaxıda Mirzə Ələkbər Sabirin anadan olmasının 160–cı ildönümünə həsr olunmuş “Ürəklərdə yaşayan Sabir” mövzusunda elmi-praktiki konfrans və “Mirzə Ələkbər Sabir -160” kitabının təqdimatı keçirilib. Şamaxı Rayon İcra Hakimiyyətinin, İsmayıllı Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Şamaxı rayon Mirzə Ələkbər Sabirin ev-muzeyinin və AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun birgə təşkilatçılığı ilə reallaşıb.Əvvəl şairin məzarı ziyarət olunub və xatirəsi ehtiramla yad edilib. Tədbir çərçivəsində iştirakçılar Sabirin ev-muzeyində görülmüş işlərlə tanış olub, onlara şairin həyat və yaradıcılığı barədə ətraflı məlumat verilib. Şamaxı Mədəniyyət Mərkəzində keçirilən konfransda şairin xatirəsini əbədiləşdirmək üçün görülmüş genişmiqyaslı işlərdən bəhs edilib, Sabir poeziyasının Azərbaycan ədəbiyyatındakı rolundan geniş söhbət açılıb. “Sabirin müasir ədəbiyyatşünaslıqda tədqiqi”, “Mirzə Ələkbər Sabir yaradıcılığında humanizm”, “Güləndə də ağlayan şairimiz”, “Mirzə Ələkbər Sabir yaradıcılığında milli və bəşəri problemlərin inikası” mövzularında məruzələr edilib. AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun əməkdaşları tərəfindən muzeyə kitablar hədiyyə olunub.
Həyatını ömürlük iflic edən həkim məsuliyyətsizliyi | Onun Yolu
Simpsonlar haqqında bilmədiyiniz yalanlar | Sirlər
Orqanizmin həyat gücünün yüksəldilməsi - Ozonoterapiya | Həkimcanlı 04.06.2022
Balakənin Katex kəndində musiqili gəzinti | Eldən Çölə 12-ci veriliş
30 illik yubileyə həsr olunan elmi konfrans...
Azərbaycan Dövlət Pedaqoji Universitetinın Şamaxı filialının 30 illik yubileyi və “Mirzə Ələkbər Sabir: Tarixi yaddaş və müasirlik” Respublika elmi konfransı keçirilib. Tədbirdə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərov, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, ADPU-nin Ağcəbədi, Cəlilabad, Quba və Şəki filiallarının direktorları, incəsənət xadimləri və rayon ictimaiyyəti nümayəndələri iştirak edib. Şamaxı Mədəniyyət Mərkəzində təşkil olunmuş rəsmi hissədə Azərbaycan Respulikasının Dövlət Himninin səsləndirilib, torpaqlarımızın azadlığı uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Tədbirdə ADPU-nin Şamaxı filialının regionun təhsil həyatında oynadığı roldan geniş söhbət açılıb, təhsil müəssisəsinin maddi-texniki və tədris bazasına görə digər ali təhsil ocaqlarından fərqlənmədiyini qeyd edilib. Tədbirdə ADPU-nin Şamaxı filialının bir qrup müəllimi filialın 30 illik yubileyi və rayonun ictimai həyatında fəal iştirakına görə müvafiq Fəxri Fərmanlarla təltif olunub. Bədii hissə Şamaxı rayon Mədəniyyət Mərkəzinin ansamblının iştirakı, əməkdar artistlər Elnarə Abdullayeva, Elnur Zeynalov və Şamaxı filialının tələbələrinin ifası ilə davam etdirilib.
İtkin düşən turistin ailə üzvləri gəldi…
Zaqatala dağlarında itkin düşən hindistanlı turist 29 yaşlı Manikath Kondaveetinin axtarışlarında iştirak etmək üçün atası Purna Kondaveeti və kiçik qardaşı 26 yaşlı Dharan Kondaveeti də mayın 29-u Zaqatalaya gəliblər. Dharan Kondaveeti hazırda qardaşının itkin düşdüyü yüksək dağlıq ərazidə axtarış qrupları ilə birlikdə axtarışlara qatılıb. Manikath Kondaveetinin atası Purna Kondaveeti Hindistan hökümətinin Xarici İşlər Nazirliyində çalışdığı vurğulanır. İtkin düşən Hindistan vətəndaşının tapılması üçün mükafatın təyin olunduğu bildirilir. Hindistan vətəndaşı Manikanth Kondaveetinin qardaşı Dharan Kondaveeti qardaşını tapan şəxsə 10 000 manat pul mükafatı verəcəklərini bildirib. Dharan Kondaveeti qardaşı ilə sonuncu dəfə 12 mayda əlaqə saxladıqlarını, daha sonra onun tək halda meşəyə yollandığını, bir daha ondan məlumat ala bilmədiklərini deyib.