Super User
Şəhidlərin xatirəsinə stolüstü tennis turniri keçirilib…
Şəkidə Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunan stolüstü turnir keçirilib. Tədbir Şəki məktəbliləri, şəhid ailələri, şəhər ictimaiyyəti iştirak edib. İştirakçılar ilk öncə şəhidlər xiyabanını ziyarət edərək şəhidlərin məzarları önünə güllər düzüblər. Ardından rəsmi hissədə çıxış edənlər Vətən müharibəsində əsgərlərimizin göstərdiyi qəhrəmanlıqlardan danışıb, onların həyatının gənclərə örnək olduğunu bildiriblər. Turnirdə 13 yaş qrupu üzrə 100-ə yaxın idmançı qüvvələrini sınayıb. Gərgin keçən qarşılaşmalarda qalib gələrək fəxri yerləri tutanlar xatirə medalları və diplomlarla təltif olunublar. Qaliblərə hədiyyələrini şəhid anaları təqdim ediblər.
Məktəblilər uşaqlar gününü qeyd edib...
1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı Şəki şəhər 8 saylı tam orta məktəbində tədbir keçirilib. Tədbir Azərbaycan himninin səslənməsi ilə açılıb. Tədbirdə məktəb rəhbərliyi və uşaqların valideynləri iştirak ediblər. Çıxış edənlər 1 iyun barəsində məlumat veriblər. Bildirilib ki, uşaqlar bizim gələcəyimizdir və onları daim qoruyub dəstək olmaq lazımdır. Daha sonra məktəblilər səynəyə çıxıb, mahnılar ifa edib, şeirlər söyləyiblər, rəqs və səhnəciklərlə çıxış ediblər.
Bir sənətkarın əl əməyi, göz nuru | Sənətdəsən
Spirtli içki səbəbli qaraciyərin zədələnməsi! | Həkimcanlı 01.06.2022
Qəbələdə böyük marağa səbəb olan Lavanda festivalı...
Festivalda Qəbələ rayonundan olan öncül şirkət və sahibkarlar iştirak edərək öz məhsullarını sərgiləyiblər. Qəbələ şəhərinin Çuxur-Qəbələ kəndində 26 hektar ərazidə salınmış və artıq 2021 ci ildən ilk dəfə sınaqdan keçirilən və böyük marağa səbəb olan festival Lavanda turizminin ölkə daxilində və xaricində potensialını daha geniş kütlələrə çatdırmaq və bu məzmunun digər şəhər və kəndlərə də nümunə ola biləcəyini göstərmək məqsədi daşıyır. Festival iyunun 30-dək davam edəcək. Festivalın şəhərin hazırkı turizm potensialının daha da artmasına və ümumən regionda turizmin geniş sektorlarından olan lavanda turizminin yaranmasına öz töhvəsini verəcəyi düüşünülür. “Qəbələ Lavanda Festivalı“ nın ənənəvi olaraq hər il keçirilməsi planlaşdırılır.
Şabalıdlı can əti resepti | Yeməli 01.06.2022
Ocaqda yumurtalı qiymə | Kəndimiz 77-ci veriliş
“YAŞAT” idman düşərgəsi yekunlaşıb...
Qəbələdə təşkil olunan “YAŞAT” idman düşərgəsi yekunlaşıb. Düşərgə “YAŞAT” Fondunun, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı, Bank Respublikanın dəstəyi və “ASAN Könüllüləri” Təşkilatının tərəfdaşlığı ilə gerçəkləşib. layihə bu dəfə regionlarda – Kürdəmir, Balakən, Şəki, Qəbələ, Şamaxı və İmişlidə yaşayan, idmana marağı olan şəhid övladlarını əhatə edib. 8-13 yaş aralığındakı 22 şəhid övladı Qəbələ Olimpiya və İdman Kompleksində peşəkar məşqçi heyəti tərəfindən futbol, taekvando, qaydasız döyüş, stolüstü tennis, cüdo, boks, gimnastika və digər idman növlərinin məşqlərinə cəlb ediliblər. Eyni zamanda, onlar Azərbaycan kubokunun final görüşündə futbolçularla birgə meydana çıxıblar. Proqrama uyğun olaraq, Qəbələnin görməli yerlərinə ekskursiya və əyləncə proqramları da təşkil olunub. Layihənin əsas məqsədi uşaqların hərtərəfli inkişafını təmin etməklə yanaşı daha parlaq gələcək əldə etmələrinə dəstək olmaq, onların asudə vaxtlarını daha səmərəli və əyləncəli keçirmələrini təmin etmək, idmana marağı artırmaqdır.
Dərəyə yıxılan şəxs xilas edilib…
Şəkidə batma təhlükəsi ilə üzləşən şəxs xilas edilib. Belə ki, Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Şəki şəhəri, M.F.Axundov prospektində bir nəfərin çayda batma təhlükəsi barədə məlumat daxil olub. Dərhal Nazirliyin Şəki Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb edilib. Hadisə yerində məlum olub ki, 57 yaşlı Adil Səlimov hündürlüyü 3 metr olan körpüdən çay dərəsinə yıxılaraq müxtəlif dərəcəli bədən xəsarətləri alıb və təhlükəli vəziyyətə düşüb. Xilasedicilər xüsusi xilasetmə vasitələri ilə vətəndaşı xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər. Xəstəxanadan verilən məlumata görə, Adil Səlimov təzyiqi aşağı düşdüyündən körpünün üzərində müvazinəti itirərək yıxılıb. Yaralının vəziyyəti hazırda qənaətbəxşdir.
At arabasından yıxılan 68 yaşlı kişi hadisə yerindəcə dünyasını dəyişib…
Qaxda at arabasından yıxılan 68 yaşlı kişi dünyasını dəyişib. Hadisə bu gün günorta saatlarında rayonun Əmbərçay kəndində baş verib. Kənd sakini Əhmədov Nemət Sadıx oğlu sahədə iş görüb kəndə qayıdan zaman at hürküb və Nemət Əhmədov arabadan yıxılaraq ağır bədən xəsarətləri alıb. Hadisə yerinə Təcili Tibbi Yardım çagırılsa da, Nemət Əhmədovun xəsarətləri ağır olduğundan hadisə yerində dünyasını dəyişib. Əraziyə hüquq mühafizə orqanları və rayon prokurorluğunun əməkdaşları cəlb olunub. Meyit müayinə olunması ücün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Qax rayon şöbəsinə təhvil verilib. Faktla bağlı Qax rayon prokurorluğunda araşdırma aparılır.