Super User

Super User

Zaqatalada artıq bir neçə gündür ki, çay yığımına başlanılıb. Erkən yazın yağmurlu keçməsi yığımı bi qədər ləngitsə də məhsuldarlığa müsbət təsir göstərib. Təsərrüfatçıların üzü gülür, məhsul ötən ilə nisbətən bol, qiymət də qaneedicidir. Belə ki, yaş çayın bir kiloqramının alış qiyməti bir manatdır. Ancaq əvvəllər 70 tona yaxın quru çay emal edilən Zaqatalada bu il cəmi bir neçə ton quru çayın emal ediləcəyi gözlənilir. O da havaların əlverişli keçməsi və edilən qulluğun hesabına. Suvarma sisteminin olmaması çayçıları yağan yağışın ümidinə qoyub. Yaxın aylarda bu problemin kökündən həll olunacağı gözlənilir. Təsərrüfatçılar hesab edir ki, suvarma sisteminin qurulması elə ilk illərdən məhsularlığın iki dəfəyədək artması ilə nəticələnəcək. Vaxtı ilə öz keyfiyyətinə görə nəinki Azərbaycanda, eləcə də dünyada tanınan Zaqatala çayının bu gün də yetərincə alıcısı var. Hal-hazırda rayonda bir kiloqram quru çayın qiyməti 25-35 manat aralığında dəyişir. 

Bazar, 29 May 2022 10:17

Zaqatalada tövlə yandı...

Zaqatalada isə tövlə yanıb. Yanğın hadisəsi bu gün günorta saatlarında rayonun Aşağı Tala kənd inzibati ərazisində Natella Lətifovaya məxsus, ümumi sahəsi 72 kv/m olan tövlədə baş verib. Yanğının söndürülməsi üçün əraziyə Fövqaladə hallar Nazirliyinin Zaqatala rayon Dövlət yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyəti cəlb edilib. Yanğın nəticəsində tövlənin yanar konstruksiyaları və içərisinə yığılmış 10 ton quru ot kütləsi yanıb. Yanğın zamanı xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılr.

Oğuz rayonunda ölümlə nəticələnən yanğın hadisəsi baş verib. Hadisə bu gün səhər saatlarında rayonun Şirvanlı kəndində qeydə alınıb. Kənddə yerləşən fərdi yaşayış evlərindən birinin yanması nəticəsində evdə yaşayan 82 yaşlı Həcər Əhmədova yanaraq ölüb. Yanğının söndürülməsi üçün əraziyə Oğuz Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyəti, hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Bir ay əvvəl Oxud küçələrində şütüyən yeni minik vasitəsini görənlər əməlli başlı təəcübləniblər. Velosiped və digər avtomobil ehtiyat hissələrindən quraşdırılan bu minik vasitəsinin çəkisi 100 kqdır. 16 yaşlı Fuad Mustafazadə deyir ki, əvvəllər dükandan alış veriş edərkən evə aparmaqda çətinlik çəkib, bu səbəbdən də özünə sözügedən avtomobili düzəltmək qərarına gəlib. Gənc mühəndis velosipedi avtomobilə çevirərkən bir çox avtomobilin ehtiyyat hissələrindən istifadə edib. Görənlərin diqqətini çəkən bu yeni qeyri-adi minik vasitəsinə Fuad ad da qoyub “Velomaşın”. Bu yeni avtomobilin uzunluğu 2 metrdir, hündürlüyü 1.5 tək nəfərlikdir. Velomaşının əsas üstünlüyü isə onun yanacaqsız işləməsidir. Bu yeni nəqliyyat vasitəsini ərsəyə gətirmək üçün il yarım vaxt və 500 manat sərf edən Fuad Mustafazadə onu gələcəkdə təkmilləşdirəcəyini və yeni model avtomobillər yaratmağı düşündüyünü söyləyir. Valideynləri deyir ki, onun uşaqlıqdan fərqli əşyalar düzəltməyə marağı olub. Bu səbəbdən də evdə bir çox avadanlıqları sıradan çıxarıb. Fuad bir çox müsabiqə və yarışlarda hazırladığı müxtəlif modellərlə iştirak edib, fəxri yerləri tutararaq diplom və sertifikatlara laiq görülüb. Gənc istedad yaxşı oxuyub maşın mühəndisi olmaq və gələcəkdə BMW-nin son modelini hazırlamaq arzusundadır.

Cümə, 27 May 2022 18:36

Əmək yarmarkası keçirilib...

Dövlət Məşğulluq Agentliyi Qəbələdə əmək yarmarkası keçirib. Yarmarkaya işə götürənlər tərəfindən 200-dən çox vakansiya təqdim edilib. İşə götürənlərin nümayəndələrinin də iştirak etdiyi tədbirdə vakansiyalar üzrə müraciət edən şəxslərdən CV-lər qəbul edilib. Onların həmin vakansiyalar üzrə məşğulluqlarının təmin edilməsi üçün işlərə başlanıb. Yarmarkada həmçinin, vətəndaşlara özünüməşğulluq proqramı və peşə hazırlığı kursları barədə də məlumat verilib. Aktiv məşğulluq tədbirlərindən yararlanmaq istəyən şəxslərin qeydiyyatı aparılıb. İşsiz və işaxtaranların münasib işlərlə təminatı məqsədi daşıyan yarmarkada eyni zamanda, iştirakçılara uyğun iş sahələrində təcrübə imkanlarının yaradılması da təmin edilib.

Balakən rayon Uşaq İncəsənət məktəbində “Şuşa İli”nə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Balakən Rayon administrasiyasının, ictimaiyyətin nümayəndələri, şəhid ailələrinin üzvləri, Vətən müharibəsinin iştirakçıları iştirak ediblər. Tədbir iştirakçıları Şuşaya həsr olunan əl işləri və Balakən şəhidlərinin portretlərindən ibarət sərgi ilə tanış olublar. Əvvəlcə Şuşaya həsr olunan videoçarx nümayiş etdirilib. Çıxış edənlər vurğulayıb ki, noyabrın 8-i Şuşanın azad olunduğu tarix xalqımızın qəhrəmanlıq ruhunun təntənəsinə çevrilərək Zəfər Günümüz oldu.  Şuşanın azad edilməsi  mühüm siyasi, strateji, eyni zamanda, çox böyük mənəvi məna daşıyır.  Tədbir rəngarəng konsert proqramı ilə davam edib.

531 -dən səhifə 597

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S