Super User
Eldən Çölə bu dəfə Ağdaşda 11-ci veriliş
Uşaqlarda 7 gündən artıq davam edən sarılıq varsa, Diqqət! | Həkimcanlı 27.05.2022
Filet mignon | Yeməli 27.05.2022
Çiyələk mürəbbəsi resepti | Kəndimiz 74-cü veriliş
Nohurgöl daşdı, balıqlar sahilə çıxdı...
Son günlər yağan şiddətli yağışlar nəticəsində Qəbələnin Vəndam qəsəbəsində yerləşən Nohurgöl daşıb.Nəticədə ətraf ərazilər suyun içində qalıb. Ərazidə FHN-in Qəbələ Regional İdarəsinin əməkdaşları tərəfindən gölün səviyyəsinin normallaşdırılması və faunasına zərər dəyməməsi üçün profilaktiki tədbirlər aparılır.
Qaxda isə güclü yağış və ardınca yağan dolu rayon mərkəzində, eləcə də rayonun Qaşqaçay və Armudlu kəndlərində fəsadlara səbəb olub. Sakinlərin dediyinə görə, təxminən noxud iriliyində yağan dolu ağaclarda yetişməkdə olan bütün meyvələri zədələyib, tərəvəz sahələri məhv olub. Kənd icra nümayəndəliyindən də bildirildi ki, iki yanaşı kəndə uzun müddət yağan dolu demək olar ki, bütün fərdi təsərrüfatlara ziyan vurub. Dolu rayon mərkəzinə də təqribən 10 dəqiqə yağıb. Lakin daha xırda olduğuna görə fəsadsız ötüşüb. Yağışlar Lahıc qəsəbəsi ərazisində növbəti dəfə torpaq uçqununa da səbəb olub. Hündür dağlardan gələn torpaq və daşlar avtomobil yoluna tökülüb. Avtomobillərin Lahıc, Sərdahar, Müdrüsə, Əhən, Burovdal, Vaşa, Yuxarı Zərnava, Namazgah, Güyüm kəndlərinə gediş-gəlişi dayanıb. Yolun açılması üçün əraziyə ağır texnikalar cəlb olunub.
“Monumental həyat” sənədli filminin təqdimatı olub…
Şəkidə Azərbaycan heykəltaraşlıq məktəbinin banisi, unudulmaz sənətkar Fuad Əbdürəhmanovun xatirəsinə həsr olunmuş tədbir keçirilib. Heydər Əliyev mərkəzində baş tutan mərasimdə görkəmli heykəltaraşın ailəsi, Şəki şəhər icra hakimiyyətinin, Regional Mədəniyyət idarəsinin rəsmiləri və ictimaiyyət üzvləri iştirak edib. Çıxış edənlər Fuad Əbdürəhmanovun həyat və yaradıcılığından danışıblar. Daha sonra El televiziyasının hazırladığı “Monumental həyat” sənədli filmi nümayiş olunub. Filmdə Fuad Əbdürəhmanovun monumental yaradıcılığı, yaratdığı sənət əsərlərinin tarixi və bədii məziyyətlərindən bəhs edilir. Filmin ardınca tədbirin bədii hissəsinə start verilib. Milli musiqilər ifa edilib.
"Müstəqillik günü"nə həsr edilmiş tədbir keçirilib...
Şəki şəhər 7 saylı tam orta məktəbdə "28 may - Müstəqillik günü" münasibəti ilə şagirdlərin hazırladağı ədəbi-bədii proqram nümayiş olunub. Tədbir zamanı şəhid mayor Xəyal Məmmədovun adını daşıyan sinfin şagirdləri vətənpərvərlik mövzusunda şeirlər səsləndirib, mahnı və rəqslər ifa edib, Vətən müharibəsindən bəhs edən kompozisiya səhnələşdirilib. Sonda şagirdlər şəhid analarına hazırladıqları hədiyyələri təqdim ediblər.
Turizm potensialının inkişafı müzakirə olunub...
2023-cü il üçün “Türk dünyasının turizm paytaxtı” seçilən Şamaxıda turizm potensialının inkişafı və qarşıda duran vəzifələrlə bağlı geniş müşavirə keçirilib. Rayon mədəniyyət mərkəzində keçirilən tədbirdə idarə, müəssisə və təşkilat rəhbərləri, turizm sektorunda çalışan sahibkarlar və rayon ictimaiyyəti qatılıb. Bu istiqamətdə qarşıda duran vəzifələrdən danışılıb. Tədbirdə Şamaxının turizm potensialını özündə əks etdirən videoçarx nümayiş olunub. Sonda rayon ictimaiyyəti adından Prezident İlham Əliyevə müraciət qəbul edilib.
Yük avtomobili aşdı...
Şəkidə yük maşını aşıb. Hadisə səhər saatlarında şəhərin Süleyman Eldarov küçəsində baş verib. Şəhər sakini, 47 yaşlı Zaur Lətifov idarə etdiyi “KamAZ” markalı yük maşınının banında olan mişar daşını boşaltmaq istəyərkən maşın aşıb. Hadisə zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan Zaur Lətivov Şəki Mərkəzi Rayon Xəstəxanasına aparılıb. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.