Super User

Super User

Çərşənbə axşamı, 31 May 2022 14:54

Şəkinin yolsuzluqdan əziyyət çəkən Zunud kəndi...

Yol iqtisadiyyat, turizm, mədəniyyət, bir sözlə həyat deməkdir. Ancaq AAYDA-nın məlumatına görə, Şəki rayonunda yolsuzluqdan əziyyət çəkən 11 yaşayış məntəqəsi var. Bu yaşayış məntəqələrindən bəziləri salındığı gündən bu yana asfalt üzü görməyib. Aidiyyəti qurumlardan ümidini üzərək Kanal S-ə müraciət edən vətəndaşların yaşadığı Zunud kəndi kimi. Avtomobillərin hərəkət edə bilmədiyi yollardan məktəblilərin gündəlik istifadə etmək məcburiyyətindədir.  Yolun, daha dogrusu yolsuzluğun yaratdığı çətinliklər və təhlükələrlə təqdim edəcəyimiz süjetdən tanış olacaqsınız. Şəki şəhərindən 9 km Şəki Qax avtomobil yolundan isə 4 km məsəfadə yerləşən bu kəndin 1600 sakin hər gün bu yararsız yoldan istifadə etmək məcburiyyətindədir. Yayda toz torpaq, qışda isə palçıq. Çalalı daşlı torpaqlı yolların kənarında isə dərin çuxurlar əmələ gəlib. Yağışlı havalarda yolda iri gölməçələr yaranır, kələ -kötürlü yollarda hərəkət çətinləşir. Bu da piyadalar və nəqliyyatın hərəkətinə əngəl törədir Sakinlərin sözlərinə görə, illər keçdikcə vəziyyət daha da pisləşir. Belə davam edərsə bir- iki ilə ümummiyyətlə bu yoldan istifadə etmək olmayacaq. Zunud kənd bələdiyyəsindən bildirildi ki, məsələ ilə bağlı aidiyyatı qurumlara dəfələrlə müraciət edilib. Mövzu ilə AAYDA ilə əlaqə saxladıq. Aldığımız cavab çətin ki, Zunudluları sevindirə çünki illərlə müraciətlərinə eyni cavab verilir. Ümid edirik ki, verilən vədlər sonunda reallaşar, sakinlərin yolsuzluqdan çəkdiyi maddi və fiziki əziyyətlər yekunlaşar. Zunuda gələn qonaqlar da bərbad yolların deyil, gözəl təbiətin şahidi olarlar.

Çərşənbə axşamı, 31 May 2022 13:25

Androloq Zaur Həmidov "Həkimcanlı"da 31.05.2022

Şəkidə 28 may müstəqillik günü münasibəti ilə volleybol üzrə yeniyetmə və gənclər arasında rayon birinciliyi keçirilib. Şəki şəhər UGİŞM və təhsil işçilərinin həmkarlar ittifaqının təşkilatçılığı ilə keçirilən tədbirdə çıxış edənlər müstəqiliiyin əhəmiyyətindən, gənclərin dövlətimizin gələcəyindəki rolundan danışıblar. Bildirilib ki, bu cür yarışların keçirilməsində məqsəd yeniyetmələr arasında sağlam həyat tərzinin təbliği, idmana rəğbətin artırılmasıdır. Yarışda oğlanlar və qızlardan ibarət olmaqlar 18 komanda ümumilikdə 200-dən artıq şagird iştirak edib. Gərgin mübarizə şəraitində keçən qarşılaşmaların sonunda qaliblər kubok və diplomlarla təltif ediliblər.

Çərşənbə axşamı, 31 May 2022 10:42

Avtomobil aşdı: xəsarət alanlar var…

Zaqatalada “Niva” markalı minik avtomobili aşıb, xəsarət alanlar var. Hadisə bu gün 10 radələrində Zaqatala-Muğanlı avtomobil yolunun Aşağı Tala kəndi ərazisindən keçən hissəsində baş verib. Rayonun Faldar kənd sakini 42 yaşlı  Elmin Eyvaz oğlu Qurbanov idarə etdiyi  “Niva” markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirməsi səbəbindən maşını aşırıb. Qəza zamanı xəsarət alan Elmin Qurbanov və onun sərnişinləri Faldar kənd sakinləri 12 yaşlı Səyyarə Rüstəm qızı Rüstəmova, 43 yaşlı Fərqanə Abbas qızı Qurbanova, 50 yaşlı Gülayət Qurban qızı Bayramova və 21 yaşlı Sənəm Elmin qızı Qurbanova Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.  Müayinələri aparıldıqdan sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıblar. Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.

Bazar ertəsi, 30 May 2022 13:22

Ana dilimizi qoruyaq | Zamanında 30.05.2022

Bazar ertəsi, 30 May 2022 10:02

Bayram ustadan File-roll | Yeməli 30.05.2022

530 -dən səhifə 597

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S