Super User

Super User

Azərbaycanın bütün bölgələri Abşeron bölgəsi istisna olmaqla filloksera ilə sirayətlənmiş zonalar hesab edilir və bu ərazilərdə öz kökü üstə bitən tinglərdən sənaye xarakterli üzümlüklərin salınması olduqca təhlükəlidir. Ona görə üzümlüklər fillokseraya davamlı calaq üzüm tinglərindən salınmalıdır. Çox təəssüf ki, respublikada da iri sənaye üzüm bağlarının salınması məqsədilə belə tinglər xaricdən- İtaliya, Fransa, Almaniya, Türkiyə, Serbiya, Gürcüstan, Moldovadan gətirilərək əkilir. Xaricdən alınan hər bir calaq-tingin dəyərinin 4-5 manat olduğunu nəzərə alsaq, milyonlarla manat valyuta xaricə axır. Qeyd edək ki, xaricdən gətirilən tinglər olduqca baha başa gəlməklə yanaşı, çox vaxt virus xəstəliklərinin daşıyıcısı olan xarici əkin materialı yerli sortların həmin xəstəliklərə yoluxmasına təhlükə yaradır, yerli sortların qorunmasına və milli brendlərin istehsalına mənfi təsir göstərir. Şamaxı Üzüm Tingçilik Mərkəzində istehsal olunan tinglər bioloji, fitosanitar baxımdan təmiz və fillokseraya davamlı olmaqla, fermer və istehsalçıların marağına və müasir təlabatlarına uyğun olaraq əsasən yerli və xarici üzüm - süfrə, texniki, o cümlədən kişmişi üzüm sortlarından ibarət olacaq. İstehsal edilən əkin materialı yerli şəraitə uyğun yetişdirildiyindən və xarici tinglərdən ucuz başa gəldiyindən fermerlərin iqtisadi maraqları ilə uzlaşır. Həmçinin karantin xəstəlikləri olan xarici tinglərin ölkəmizə idxalının azalması nəticəsində üzümlüklərin fitosanitar vəziyyəti yüksələcək, uzunömürlülüyü artacaq, yerli və introduksiya olunmuş üzüm sortlarının əkin balansı tənzimlənəcək, yerli genofondun itmə təhlükəsi aradan qalxacaq. 

Şəki Dövlət Aqrar İnkişaf Mərkəzində “Arıçılığın müasir inkişafı istiqamətində yeni innovasiyaların tətbiqi” mövzusunda baytarlıq elmi tədqiqat institunun nümayəndələri arıçılar ilə birlikdə elmi-praktiki təlim keçirilib. Çıxış edənlər bildirib ki, arıların yerli genofondu, sağlamlığı qorunmalı, profilaktik tədbirləri vaxtı-vaxtında həyata keçirilməlidir. Vurğulanıb ki, arı məhsulları insan orqanizmi üçün əvəzolunmazdır. Və dədə-babalarımızın təcrübəsini elmi əsaslarla birləşdirib irəli aparsaq daha çox arıçılığı inkişaf etdirə bilərik. 

Cümə, 05 May 2023 17:16

Qanunsuz ocaqxana aşkarlanıb…

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti Şəkidə monitorinq keçirib. Baş Şabalıd kəndində vətəndaş Mustafa Mustafayevə məxsus həyətyanı sahədə qeyri-qanuni yolla ağac kömürü istehsal edən ocaqxana aşkar olunub. Yoxlama zamanı obyektin yanğın təhlükəsizliyi qaydalarının tələblərinə cavab vermədiyi bilinib. Yol verilən bütün qanunsuzluqlar nəzərə alınaraq ocaqxananın fəaliyyəti dayandırılıb. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti dövlət qurumlarına rəsmi müraciət edilib.

Cümə, 05 May 2023 17:04

Məktəbdə ölüm hadisəsi…

Şəkidə orta məktəbdə ölüm hadisəsi baş verib. Hadisə Aran kənd tam orta məktəbində qeydə alınıb. Məktəbdə texniki işçi kimi çalışan Aran kənd sakini, 51 yaşlı Telman Əzizovun vəziyyəti qəfil pisləşib və o, keçinib. İlkin araşdırma zamanı Telman Əzizovun ürək tutmasından öldüyü məlum olub.

Cümə axşamı, 04 May 2023 17:04

Aqta istehlakçıları maarifləndirib…

AQTA-nın mütəxəsisləri Şəkidə supermarketlərdə qida israfçılığına yol verməmək üçün istehlakçılar arasında maarifləndirici reyd keçirib. Alıcılar böyük maraqla AQTA əməkdaşlarının tövsiyyələrini dinləyiblər. Reyd zamanı istehlakçılara israfın əsas səbəbini və onun qarşısını necə almaq lazım olduğunu özündə əks etdirən bukletlər paylanılıb. Marifləndirmənin aparılmasında əsas məqsəd, tələbatdan daha çox ərzaq almamaq, ərzaqları soyuducuda xarab etməmək və yaxud yeyə biləcəyindən daha böyük qida porsiyası götürməməkdən ibarət olub.


Ötən gün Qəbələdə iki nəfərin ölümü ilə nəticələnən ağır yol qəzasında dünyasını dəyişənlərdən biri polis əməkdaşı olub. Hadisə rayonun Nohurqışlaq kəndi ərazisində baş verib. “Tofaş” markalı avtomobilin sürücüsü, 31 yaşlı İlham Cabbarlı kənd ərazisində hərəkətdə olarkən sükana nəzarəti itirib. İdarəetmədən çıxan nəqliyyat vasitəsi yol kənarındakı ağaca çırpılıb. Polis əməkdaşı olan sürücü və 32 yaşlı sərnişin Hafiz Mahmudlu hadisə yerində dünyasını dəyişib. Avomobildə olan digər sərnişin Elşad Əzizli isə xəstəxanaya yerləşdirilib.  

Qobustan Rayon Polis Şöbəsinin əməkdaşları əməliyyat keçirib. İran vətəndaşına kuryerlik edən şəxs tutulub. Saxlanılan şəxsin sərnişin kimi əyləşdiyi avtomobildən “Kalaşnikov” avtomatı, 40 patron və 1 daraq tapılıb. Tutulan Bakı sakini olan keçmiş məhkum Baba Sadıqovdur. O, həmin silah-sursatı Qobustandan Bakıya apararkən ələ keçib. Faktla bağlı Qobustan Rayon Polis Şöbəsində cinayət işi başlanılıb. Zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.

405 -dən səhifə 613

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S