Super User
Erkən nikahların ictimai və hüquqi aspektləri | Zamanında 06.11.2023
Şəkidə avtomobil aşdı, xəsarət alan var
Şəkinin Salman Mümtaz küçəsində yol nəqliyyat hadisəsi baş verib. Şəki sakini, Yunus Nadirzadənin idarə etdiyi \"Chevrolet Malibu\" markalı avtomobil Şəki sakini, 37 yaşlı Həsən Əlifovun idarə etdiyi \"VAZ 2107\" markalı avtomobillə toqquşub. Nəticədə \"VAZ 2107\"nin sürücüsü idarəetməni itirərək avtomobili aşırıb. Qəza nəticəsində sürücü Həsən Əlifov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. O, Şəki RMX-yə yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.
Çoxdandır efirlərdə görünməyən Fədayə Laçın açıqlamaları ilə Xəbərin var? verilişində 03.11.2023
Eşitməyən qalmasın 03.11.2023
Həkim-endokrinoloq Nəsibə İmaməliyeva Həkimcanlıda 02.11.2023
“44 gün – Tarixi Zəfər”
Şamaxıda Mədəniyyət Nazirliyinin Respublika Xatirə Kitabı Redaksiyası tərəfindən nəşr olunmuş “44 gün – Tarixi Zəfər” adlı kitabın I və II cildinin təqdimatı keçirilib. Tədbirdə rayon icra hakimiyyətinin rəsmiləri, Ağsu, İsmayıllı, Qobustan və Şamaxı rayonlarından Vətən müharibəsi şəhidlərinin ailə üzvləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Çıxış edənlər kitab haqqında məlumat verib, şəhidlərimizin xatirəsinin daim əziz tutulduğunu bildirib, onların adlarının əbədiləşdirilməsi istiqamətində görülən işlərdən, həyata keçirilən tədbirlərdən danışıblar. Çıxışlardan sonra redaksiya tərəfindən hazırlanan «Vətən daşı... və ya 44 günün dastanı» adlı layihə əsasında çəkilmiş 8 sənədli filmlərdən biri nümayiş olunub. Tədbirin sonunda cildlərdə adı qeyd olunan şəhidlərin ailə üzvlərinə kitab təqdim olunub.
Şabalıdın yığımına start verilib
Qəbələnin dağətəyi kəndlərində şabalıd əhalinin əsas gəlir mənbəyidir. Rayonda yaşı 800-1000 il olan qədim şabalıd ağacları nadir təbiət abidəsi kimi qorunur. Son dövrlər xəstəlik səbəbindən ağaclar məhv olma təhlükəsi ilə üzləşsə də görülən tədbirlər nəticəsində bu problem aradan qaldırılıb. Artıq bir neçə gündür ki, rayonda şabalıdın yığımına start verilib. Şabalıdın toplanması və saxlanması olduqca çətindir. İllərdir bu işlə məşğul olan Mahir Əlyarov deyir ki, bir şabalıd ağacı 100-300 kiloqram məhsul verə bilir. Qeyd edək ki, hazırda Qəbələdə kəndlilər öz həyətlərində bir kiloqram şabalıdı müştərilərə 5-20 manat aralığında dəyişən qiymətə satırlar.
Şagirdlər narkomaniyanın fəsadları ilə bağlı maarifləndirilib
Şəkidə 7 nömrəli tam orta məktəbdə Polis Şöbəsinin təşkilatçılığı ilə şagirdlərlə maarifləndirici söhbətlər aparılıb. Tədbirdə Şəki Şəhər-Rayon Polis Şöbəsinin rəsmiləri və məktəb kollektivi iştirak edib. Çıxış edənlər narkomaniya, onun törətdiyi fəsadlar və bu sahədə aparılan mübarizə tədbirlərindən danışıblar. Həmçinin narkomaniyanın dünyanı narahat edən qlobal problem kimi cəmiyyətin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vurduğu, sosial-iqtisadi inkişafa mənfi təsir göstərdiyi, insanların həyat və sağlamlığına ciddi təhlükə yaratdığı vurğulanıb. Bundan əlavə, dini radikalizm mövzusunda da söhbət aparılıb. Sonda şagirdlərin sualları cavablandırılıb.
Zəfər günü qeyd edilib
Şəki şəhər 10 nömrəli məktəbdə 8 noyabr zəfər gününə həsr olunan tədbir keçirilib. Tədbirdə çıxış edənlər Zəfər günündən, torpaqlarımızın işğaldan azad olunmasından, bu yolda qəhrəmanlıq göstərən igidlərimizdən danışıblar. Vətən müharibəsi veteranları öz xatirələrini şagirlərlə bölüşüb. Bildirilib ki, rəşadətli və güclü ordumuz qarşıda duran bütün maneələri dəf edərək 44 gün ərzində şanlı zəfər qazanıb. Zəfərə gedən yolda qəhrəmanlıq göstərərək şəhadətə yüksələn şəhidlər də unudulmayıb. Gənc nəslə örnək olan övladlar yetişdirən şəhid ailələrinə minnətdarlıq bildirilib. Tədbirin bədii hissəsində məktəblilərin zəfər gününə hazırladıqlar ədəbi-bədii kompazisiyanın nümayişi olub. Vətənpərvər ruhlu şeirlər səsləndirilib, müxtəlif səhnəciklər göstərilib.