Super User
Xalq artisti Mərahim Fərzəlibəyov və müğənni Sevda Kazımova Həyat Tərzində 11.05.2023
Həkim-stomatoloq Nail Hüseynov Həkimcanlıda 11.05.2023
Göz dibi xəstəlikləri və müalicəsi | Həkimcanlı 11.05.2023
Peşə hazırlığı kurslarına maraq artır…
Kurslarda hazırda 17 aktiv peşə kursu mövcuddur. Kurslara cəlb edilən vətəndaşlara təmirçi-çilingər, qənnadçı,şirniyatçı, xalça və xalça məmulatının bərpaçısı, dərzi , xalça məmulatı bərpaçı rəssam və digər peşələr üzrə nəzəri və praktiki biliklər tədris olunur. Kurslar Dövlət Məşğulluq Agentliyi ilə Peşə Təhsili üzrə Dövlət Agentliyinin Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin birgə əməkdaşlığı çərçivəsində müasir əmək bazarının tələblərinə uyğun təşkil edilir. 17-50 yaş aralığında, minimum orta təhsilli şəxslər yaşadıqları ərazi üzrə Regional Məşğulluq filiallarına və ya DOST Mərkəzlərinə müraciət edərək qeydiyyatdan keçə bilərlər. Əvvəlcə müraciət edən şəxslərin məşğulluq imkanları qiymətləndiriləcək, daha sonra peşə hazırlığına uyğunluğu müəyyən olunmuş şəxslər kurslara cəlb olunacaq. Qeyd edək ki Peşə hazırlığının məqsədi işaxtaran və ya işsiz şəxslərə müvafiq bilik və bacarıq verməklə qısa müddət ərzində əmək bazarının tələblərinə cavab verən ixtisaslı kadrların hazırlanmasından ibarətdir.
Təsadüfən qarşısına çıxan yumurta gəlir mənbəyinə çevrildi…
Şahin Maksudov deyir ki, çöl quşlarına həmişə böyük marağı olub. Məhz bu maraq sayəsində təsadüfən qarşısına çıxan yumurtalardan çıxan cücələri saxalayaraq böyüdüb və qırqovul olduğunu görüb. O, ilk vaxtlar gəlir gətirəcəyini düşünmədən sadəcə bəzək xatirinə saxladığı quşlara təlabat olduğu üçün təsərrüfatı genişləndirməyə qərar verib. Şahin kişinin sözlərinə görə indiyədək bir çox kənd təsərrüfatı sahələri ilə məşğul olsa da qırqovul təsərrüfatı qədər heç biri gəlir gətirməyib. Yerli növ qırqovul olduğundan bu quşlar soyuğa və xəstəliyə davamlıdırlar, ətinin dadından isə danışmağa dəyməz, dillər əzbəridir. Quş həvəskarları qırqovulu bəzək quşu kimi də alaraq saxlayırlar. Çəkisi 1.5 kiloqramadək olan qırqovullar ev quşları kimi arpa, buğda və otla qidalanırlar. Şahin kişi gələcəkdə təsərrüfatı daha da böyütmək, iri ferma yaratmaq, qırqovullarının sayının 1000 başa çatdırmağı planlaşdırır.
Tənha qadını it parçaladı…
İsmayıllı rayon sakini it hücumuna məruz qalıb. Məlumata görə bu gün rayonun Qubaxəlilli kənd sakini, 67 yaşlı Aidə Yusifovaya yaşadığı evin həyətində naməlum it hücum edib. Sahibsiz küçə iti yerə yıxılan ahıl yaşlı qadının üz, baş və çiyin nahiyyəsindən dişləyərək xəsarət yetiriblər. O, təcili tibbi yardım stansiyasının avtomobili ilə İsmayıllı rayon Mərkəzi Xəstəxanasının cərrahiyə şöbəsinə aparılıb. Tənha yaşayan qadının xəsarətləri ağır olduğu üçün ona quduzluğa qarşı vaksin vurulub, hazırda xəstəxanada müalicə olunur.
Şəki Bayraq Meydanında 19:00-da baş tutacaq konsertdən kadr arxası görüntülər...
Komandalar arasında yoldaşlıq oyunu…
Zaqatala Olimpiya İdman Kompleksində Zaqatala Futbol Komandası ilə, heyətində müharibə iştirakçıları və qazilər olan DİFAİ FK-nın görüşü baş tutub. Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş Ulu Öndər Kuboku yarışında bu iki komandanın görüşünün keçirilməsində əsas məqsəd komandalar arasında əlaqə və yoldaşlıq münasibətinin qurulmasıdır. Zaqatala Olimpiya idman kompleksinin futbol meydançasnda keçirilən görüş çərçivəsində Zaqatala Futbol komandasının üzvləri yeni yaradılan komandanın üzləri ilə öz təcrübələrini bölüblər.
Zaqatalada Ulu Öndərin 100 illik yubileyi qeyd olunub…
İllər, əsrlər keçsə də, ömrünü, həyatını millətinə, xalqına, Azərbaycanın çiçəklənməsinə həsr edən Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi daim qəlblərdə yaşayacaq. Multikultural, tolerant ölkə olan Azərbaycanda yaşayan hər bir azsaylı xalqın nümayəndəsi dahi şəxsiyyəti sevgi ilə anır. Elə saxurların yaşadığı Zaqatala rayonunun Dağlı kəndində də Heydər Əliyevin 100 illik yubileyi qeyd edilib. Rayon rəhbərliyinin, kənd sakinlərinin qatıldığı tədbirdə Ulu Öndərin hakimiyyətdə olduğu dövrlərdə Azərbaycançılıq naminə etdiyi işlərdən söz açılıb. Bildirilib ki, təməli Heydər Əliyev tərəfindən qoyulan milli dövlətçilik ideyaları hələ uzun illər xalqın rifah halının yüksəlməsinə, dövlətçiliyimizin möhkəmlənməsinə xidmət edəcək. Heydər Əliyev siyasi kursunun layiqli davamçısı İlham Əliyevin iradəsi sayəsində ərazi bütövlüyümüzün təmin olunması hər bir azərbaycanlının qəlbini iftixarla doldurub. Tədbir ədəbi-bədii kompazisiya ilə davam etdirilib.
Ağacəkmə aksiyası keçirilib…
Zaqatalada da Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunan ağacəkmə aksiyası keçirilib. Rayon rəhbərliyinin, idarə, təşkilat, müəssisə əməkdaşlarının və sadə sakinlərin qatıldığı aksiya çərçivəsində rayonun müxtəlif ərazilərində və yol kənarlarında yüzlərlə ağac əkilib. Yeni əkilmiş ağaclara aqrotexniki qulluq göstərilib və suvarılıb. Ağacəkmə aksiyasının keçirilməsinin məqsədi Azərbaycanda ətraf mühitin və meşə zolaqlarının qorunması və mühafizəsini hər zaman diqqətdə saxlayan Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad etmək, onun yaşıllaşdırma ənənələrini, irsini davam etdirmək, insanlar arasında ekoloji mədəniyyəti, təbiətə olan qayğı hissini təbliğ etməkdir.