Super User
Şəkidə oğul atasını amansızlıqla öldürdü | Kanal S Xəbər
Mayın 12-də Şəkinin İnçə kəndində tapılan kişi meyitinin əslində qətl hadisəsi olduğu üzə çıxıb. Hadisənin təfərrüatları da məlum olub. Oğul özatasını öldürüb, telefonunu da satıb əyləncəsi üçün xərcləyib.... Amansız qətl Şəkinin İnçə kəndində baş verib. Mayın 12-də kənd sakini, 64 yaşlı İsmayıl Gülüyevin yaşadığı ünvanda meyitinin aşkar edilməsi barədə Polis Şöbəsinə məlumat daxil olub. Araşdırmalar nəticəsində İsmayıl Gülüyevin oğlu tərəfindən boğularaq öldürüldüyü müəyyən edilib. Belə ki, qətl bir neçə gün öncə may ayının 4-də baş versə də hadisədən bir həftə sonra mayın 12-də xəbər tutulub. Qətldə şübhəli şəxs qismində mərhumun oğlu 25 yaşlı Katıf Gülməmmədli saxlanılaraq istintaqa təhvil verilib. Kənd sakinlərinin sözlərinə görə 4 uşaq atası İsmayıl Gülüyevin həyat yoldaşı uzun illər öncə vəfat etdikdən sonra ailədə daimi konfliktlər baş verirmiş. Hadisə baş verən zaman isə məhrum evdə tək yaşayırmış. Faktla bağlı Şəki Rayon Prokurorluğunda araşdırma aparılır. Faktla bağlı qəsdən adam öldürmə maddəsi ilə cinayət işi açılıb. Araşdırma davam edir.
Bəstəkar Sədaqət Rəşidqızı və Cahan qrupu Həyat Tərzində 15.05.2023
Heydər Əliyev və müstəqil Azərbaycan mətbuatı | Zamanında 15.05.2023
Qızılgüllər diyarında gül yığımı start götürüb…
Zaqatala rayonunun ənənəvi və ən gəlirli kənd təsərrüfatı sahələrindən olan gülçülükdə artıq yığıma başlanılıb. May ayında başlanan yığım hava şəraitindən asılı olaraq, iyun ayında da davam edəcək. Gül yığımının özünəməxsus incəlikləri var. Belə ki, gül səhərin erkən çağından, gün çıxmamış yığılır. Və ancaq tam açılmış çiçəklər toplanılır. Gül emalı müəssisəsində çalışan 50 nəfərdən çox daimi işçidən əlavə, hər il yığım prosesinə 2000 nəfərə yaxın sakin cəlb edilir. Ötən il sahələrdən 730 ton gül ləçəyi tədarük edilib. Bu il isə bu rəqəmin 750 tonu ötəcəyi gözlənilir. Toplanan gül ləçəkləri zəruri avadanlıqlarla təchiz olunmuş yağ istehsalı müəsisəsində emal edilir. İstər yığım, istərsə də istehsal prosesi qabaqcıl metodologiya əsasında Türkiyə və Bolqarıstan təcrübəsinə uyğun olaraq aparılır. Elə Bolqarıstandan gəlmiş mütəxxəsislər də müəsisənin gül bağlarını və emal prosesini yüksək qiymətləndirib. 300 il öncə bu ərazilərdən Bolqarıstan torpaqlarına aparılan gül kolları əsrlər sonra öz vətəninə qayıdıb. İstehsal olunan gül yağının demək olar ki, hamısı xarici bazarlara satılır. Gül ləçəklərindən alınan məhsulun alıcıları əsasən iri kosmetika, ətir və dərman istehsal edən şirkətlərdir. Gələcəkdə isə müsəsisə öz istehsalat sahəsini daha da genişləndirərək, əldə edilən məhsul çeşidlərinin də artırılmasını nəzərdə tutub.
Zaqatalada məktəb binasında yanğın başlayıb...
Zaqatalada mətkəb binasında yanğın başlayıb. Saat 20:40-da rayonun Əliabad qəsəbə 4 saylı tam orta məktəbin binasının dam örtüyündə yanğın başlayıb. Yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin Zaqatala Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və şəxsi heyətləri cəlb edilib. Hazırda yanğının söndürülməsi istiqamətində iş aparılır. Yanğının ildırım düşməsi nəticəsində baş verdiyi ehtimal edilir.
Şəkidə avtomobil yanıb…
Şəkidə avtomobil yanıb. Hadisə Kiş kəndində baş verib. Kənd sakini Pərvin Süleymanova məxsus “VAZ-2106” markalı minik maşını gecə saatlarında alışıb. Fövqaladə Hallar Nazirliyinin Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənləri alovun yaxınlıqdakı tikililərə keçməsinin qarşısını alıblar. Avtomobilin yanar konstruksiyaları tamamilə sıradan çıxıb. Xəsarət alan yoxdur. Fakt araşdırılır.
Şəhid Məhəmməd Qarayev Qəbələdə dəfn edilib…
Evin tək oğlan övladı olan, 22 yaşlı Məhəmməd Qarayev universiteti bitidikdən sonra Vətənə borcunu yerinə yetirmək üçün hərbi xidmətə yollanır. Qəhrəmanımızın hərbi xidməti başa vurmasına cəmi 49 gün qalmışdı. Amma Ermənistan silahlı qüvvələrinin təxribatının qarşısını alarkən ötən gün şəhidlik zirvəsinə ucaldı. Şəhidin nəşi bu gün doğulub boya başa çatdığı Qəbələyə gətirildi, onunla vida mərasimi keçirildi. Mərasim başa çatdıqdan sonra şəhidimizin cənazəsi dəfn olunması üçün evindən yola salındı. Şəhidimizin uğrunda canından keçdiyi üçrəngli Azərbaycan bayrağı atasına təhvil verildi.
İki kəndi üz-üzə qoyan su problemi…
Qobustanın Qurbançı və Ərəbşahverdi kəndlərində ümumilikdə 2 minə yaxın əhali yaşayır. Sakinlərin dediyinə görə, Qurbançıda əsrlərlə yaşı olan bulağın suyundan uzun illərdir istifadə edirlər. Ötən əsrin 70-ci illərində həmin bulağı təmir də ediblər. Bu yaxınlarda kənd bələdiyyəsinin Yaponiya höküməti ilə birgə həyata keçirdiyi layihəyə əsasən, kəndə içməli su çəkilişinə başlanılıb. Elə bütün narazılıqlar da bundan sonra başlayıb. Sakinlər deyir ki, gündəlik təminat qabiliyyəti 25 ton olan bulağın suyundan məişətdə istifadə edirlər. İçmək üçünsə əlavə olaraq maşınlarla su gətizdirirlər.Yekun olaraq kənd sakinlərinin tələbinə gəlincə: onlar deyir ki, həmin bulaq yenə öz yerində qalsın, təsərrüfatda istifadə edilsin, ancaq içməli su başqa mənbədən gətirilsin. Onu da qeyd edək ki, çəkiliş zamanı mövzunun işıqlandırılmasından narahatlıq keçirən bəzi qurumlar müxtəlif yollarla narazı kütləni dağıtmağa və onları tələblərindən yayındırmağa çalışdılar. Kənd bələdiyyəsinin sədri də müsahibədən yayındı. İcra nümayəndəsi isə bildirdi ki, sakinlərin tələbi tam təmin edilə bilməsə də, qismən də olsa, nəzərə alınacaq. Məsələ ilə bağlı nə qərar veriləcəyini isə zaman göstərəcək. Hər halda mövzunu diqqətdə saxlayacağıq.
Yaralı hərbçimizin müalicəsi davam edir…
Mayın 10-da Ermənistanın sərhəddə törətdiyi təxribat nəticəsində başından ağır güllə yarası alan müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu Müslüm Mahmudlu hazırda Respublika Neyrocərrahiyyə Xəstəxanasında müalicə olunur... Müslüm Mahmudlu Qax rayonunun Əmircan kəndindəndir.Yaralı hərbi qulluqçumuzun ailəsi bildirib ki, hərbçimiz əməliyyat olunub. Hazırda o, reanimasiya şöbəsindədir.
“Şəki kuboku 2023\" turnirinin bağlanışı baş tutub…
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə Şəki rayonu ərazisində fəaliyyət göstərən idarə, müəssisə və təşkilatlar arasında futzal üzrə “Şəki kuboku 2023\" turnirinin bağlanış mərasimi keçirilib. Turnirin əsas mükafatı olan kuboku “Ədliyyə” komandası sahiblənib, qalib komanda medal və diplomlarla da mükafatlandırılıb. Bundan başqa 2-ci, 3-cü və 4-cü yerləri tutan komandalar da medal və diplomlarla mükafatlandırılıb. Eləcə də turnirin ən yaxşı qapıçısı və ən yaxşı oyunçusu nominasiyaları üzrə mükafatlar da öz sahiblərini tapıb. Qeyd edək ki, turnirdə ümumilikdə 18 komanda mübarizə aparıb.