Super User
“Dünyanı heyran qoyan insan”…
Şəkinin Qoxmuq kənd tam orta məktəbinin şəhid Kazım Məmmədsalahovun adını daşıyan sinfində Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr edilmiş “Dünyanı heyran qoyan insan” adlı açıq dərs keçirilib. Açıq dərsdə Ulu öndər Heydər Əliyevin çoxşaxəli fəaliyyətindən, Azərbaycanın inkişafı və milli dövlətçiliyin gücləndirilməsi istiqamətində misilsiz tarixi xidmətlərindən, böyük xilaskarlıq missiyasından bəhs edilib. Sonra şagirdlər Ulu öndərə həsr olunan şeirlər səsləndiriblər. Sonda Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş etdirilib.
Uşaq peçenyelərində təhlükəli qatqılar | Elə çarə 09.05.2023
Xalq artisti Heydər Anadolu Həyat Tərzində 09.05.2023
Sel təhlükəsinə qarşı tədbirlər görülür…
Zaqatalada baş verə biləcək sel və daşqınların qarşısını almaq məqsədi ilə işlərə başlanılıb. Ən çox sel sularına məruz qalan ərazilərdə bu il hər hansı bir təhlükə gözlənilməsə də, rayonun yerləşdiyi mürəkkəb relyefə görə hələ görüləcək işlər yetərincədir. Bəzən sakinlərin çay yataqlarına çox yaxın ərazilərdə tikinti və bağ salmaları onların təsərrüfatı üçün təhlükə yaratmaqla yanaşı, həm də çay yataqlarının təmizlənməsi, bənd tikintisi zamanı çətinliklər yaradır. Həmçinin havaların yağmurlu keçdiyi bu ərəfədə baş verə biləcək hər hansı bir sel təhlükəsinin qarşısını vaxtında almaq məqsədi ilə İdarə gücləndirilmiş iş rejiminə keçib, təhlükə gözlənilən ərazilərdə texnika hazır vəziyyətdə saxlanılır.
Şəki həbsxanasında məhkum həyatı sürən bir sıra şəxslər əfv edildi…
Şəki Penitensiar Müəssisəsində Ədliyyə nazirliyinin və Şəki Regional Ədliyyə İdarəsinin rəsmilərinin iştirakı ilə əfv olunmuş məhkumlara sənədləri təqdim edilib. Bildirilib ki, Şəki Penitensiar Müəssisəsi üzrə 23 məhkuma əfv sərəncamı şamil olunub. Onlardan 8-i cəzalarını tam bitirmədən azadlığa buraxılıb, geri qalan 15 nəfərin isə cəzalarında endirimlər edilib. Məhkumlara əfv olduqlarını təsdiqləyən sənədləri təqdim edildikdən sonra azadlığa buraxılıblar. Qeyd edək ki, sərəncama əsasən 801 məhkum əfv olunub. Onlardan 463 şəxs azadlıqdan məhrum etmə cəzasından, 220 şəxs azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsinin yarısından, 118 nəfər azadlıqdan məhrum etmə ilə bağlı olmayan digər cəzalardan azad edilib.