Super User
Satılan qaymaqların əsl tərkibi | Elə Çarə 23.05.2023
Elmi konfrans keçirilib…
Azərbaycan Dövlət Pedoqoji Universitetinin və Şəki flialının birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 105 illiyi və Salman Mümtazın doğum gününə həsr edilmiş elmi konfrans keçirilib. Konfransda universitetlərin professorları, Salman Mümtazın nəvəsi, alimlər və ziyalılar iştirak ediblər. Çıxış edənlər Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısındakı misilsiz xidmətlərinə diqqət çəkib, vurğulayıblar ki, Azərbaycanın hər bir uğuru Heydər Əliyev siyasətinin təntənəsidir. Ondan əlavə, qeyd olunub ki, Azərbaycan Xalq Cümhuriyyəti qısa müddət fəaliyyət göstərməsinə baxmayaraq, 1918-1920-ci illər Azərbaycan tarixinin xüsusi səhifəsini təşkil edir. Belə ki, müsəlman Şərqində ilk parlamentli demokratik respublika olan cümhuriyyət çox mühüm dövlətçilik tədbirləri həyata keçirib, qadınlara seçki hüququ tanıyan ilk dövlətlərdən olub. Konfransda həmçinin Salman Mümtazın həyat və fəaliyyətindən bəhs edilib.
“Ezop” tamaşası maraqla qarşılandı…
Tamaşada bizim eradan əvvəl 6-cı əsrdə yaşamış təmsilçi Ezopun qul həyatından, onun ruhən və cismən azad olmaq eşqindən, arzularından, xəyallarından ömrünün sonunadək heç zaman dönməyib mübarizə aparmasından bəhs olunur. Tamaşanın quruluşçu rejissoru teatrın baş rejissoru, Əməkdar incəsənət xadimi Mirbala Səlimli, quruluşçu rəssamı Sahib Əhmədov, geyim üzrə rəssam Elman Rəşidov, bəstəkarı Aleksey Yepifanov, baletmeysteri Çingiz Novruzəliyevdir. Tamaşada əsas rolları isə Əməkdar artistlər Əbülfət Salahov, Xanlar Həşimzadə, aktyorlar Nazilə İmamhüseynova, Xəyal Salahov, Fidan Lətifova və Azad Məmmədov ifa ediblər. Şəhər rəhbərliyinin, teatrsevərlərin, ictimaiyyət nümayəndələrinin iştirak etdiyi ilk tamaşa uğurlu keçib və tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb. Tamaşadan sonra Şəki Şəhər İcra Hakimiyyətinin başçısı teatr kollektivinin yaradıcılıq uğurlarından danışıb və kollektivi təbrik edib.
Qobustanda ağır yol qəzası…
Qobustanda dəhşətli yol qəzası olub. Hadisə nəticəsində 1-i azyaşlı olmaqla, 5 nəfər vəfat edib. Qəzada ölən cütlük Bakıya nişan üzüyü almağa gedirmiş. Cəngi qəsəbəsində qeydə alınıb. “Kia” markalı avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində 1-i azyaşlı olmaqla, 5 nəfər vəfat edib. Ölənlərdən 3-ü bir ailənin üzvləridir. Onlardan 33 yaşlı Məhərrəm Səmədov və 26 yaşlı Şəbnəm Səmədova ər-arvad, azyaşlı isə onların övladıdır. Digər həyatını itirənlər - 23 yaşlı Əmrah Nuriyev, 17 yaşlı Səmayə Talıbovadır. Xəsarət alan 51 yaşlı Şölə Nuriyeva isə Bakıda yerləşən xəstəxanalardan birinə göndərilib. Faktla bağlı araşdırma aparılır.
Təranə Vəlizadə Bizim vaxtımızdanın qonağıdır 14.05.2023
Nazilə Səfərli: Siz gedən yola mən asfalt çəkirəm!!! Həyat tərzi 22.05.2023
Kinomuz və teatrımız... | Zamanında 22.05.2023
Ali məktəblərə qəbul imtahanları başladı…
Dövlət İmtahan Mərkəzinin (DİM) mayın 20-də ali təhsil müəssisələrinə III ixtisas qrupu üzrə Şəki şəhərində keçirdiyi qəbul imtahanı başa çatıb. Şəkidə III ixtisas qrupu üzrə qəbul imtahanı 5 mərkəzdə aparılıb. Qəbul imtahanları Şəki şəhər 8, 12, 17 nömrəli və Qoxmuq kənd tam orta məktəblərdə, həmçinin Fizika-riyaziyyat və humanitar təmayüllü liseydə təşkil olunub. Ümumilikdə 1133 abituriyentin iştirakının nəzərdə tutulduğu imtahanların idarə olunmasına 14 imtahan rəhbəri və 111 nəzarətçi cəlb edilib. İmtahanların keçirilməsi üçün 92 zal ayrılıb. Zallarda abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün zəruri şərait yaradılıb. İmtahan saat 11:00-da başlanıb və 3 saat davam edib. Bütün imtahan mərkəzlərində III ixtisas qrupu üzrə qəbul imtahanı mövcud təlimata uyğun şəkildə aparılıb və heç bir qanun pozuntusuna yol verilməyib.
Şəkili şahmatçımız dünya çempionatında gümüş medal qazanıb...
Ölkə və dünya üzrə bir çox şahmat yarışlarından medallar, kuboklar, sertifikatlar sahibidir Süleyman. Onunla valideynləri, qohumları, müəllimləri, məşqçisi fəxr edir. 16 yaşlı Süleyman aprel ayında 54 ölkədən 509 şahmatçının mübarizə apardığı yarışda 2-ci yerə çıxaraq gümüş medala layiq görülüb. Süleymanın ən böyük dəstəkçisi olan anası ondan həmişə yüksək nailiyyətlər gözlədiklərini deyir.