Super User

Super User

Cümə axşamı, 01 İyun 2023 10:56

Eşitməyən qalmasın 01.06.2023

Çərşənbə, 31 May 2023 17:28

Ulu Öndərin irsi milli sərvətimizdir

Şamaxıda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ilə bağlı tədbir keçirilib. Şamaxı Rayon İcra Hakimiyyətinin və Pedaqoji Universitetin Şamaxı filialının birgə təşkilatçılığı ilə keçirilən təbir “Ulu öndərin irsi milli sərvətimizdir” mövzusunda olub. Tədbirdə Şamaxı Rayon İcra Hakimiyyətinin, Pedaqoji Universitetin rəsmiləri və ictimaiyyət nümayəndələri iştirak edib. Tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin Şamaxı rayonuna tarixi səfərlərindən ibarət foto-sərgiyə baxış keçiriblər. Ardınca tədbirdə çıxış edənlər Ümummilli Lider Heydər Əliyevin siyasi fəaliyyəti, Azərbaycan xalqına və dövlətçiliyinə olan tarixi xidmətləri barədə danışıblar. Tədbirdə Heydər Əliyevin həyat və fəaliyyətini özündə əks etdirən sənədli film nümayiş olunub. Sonda isə Pedaqoji Universitetin hazırladığı konsert proqramı iştirakçılarına təqdim edilib.

Çərşənbə, 31 May 2023 17:25

Bala maral müşahidə altında saxlanılır

Ötən il Şahdağ Milli Parkının İsmayıllı bölməsinə buraxılan nəcib marallar artıq bala verməyə başlayıb. Reintroduksiya layihəsi maralların əvvəlcə Şahdağ Milli Parkında adaptasiya dövrü keçməsini, sonra onların tarixən məskunlaşdığı bölgənin müxtəlif yerlərində təbiətə buraxılmasını nəzərdə tutur. Hazırda Azərbaycanın təbiətində 800 başadək maral yaşayır. Bu sayın artırılması məqsədi ilə ötən ilin noyabrında Şahdağ Milli Parkının İsmayıllı bölməsinə yeni nəcib maral növləri gətirilib. Artıq maralların sayında artım qeydə alınıb. Bir neçə gün əvvəl dünyaya gələn bala maralın çəkisi 5 kiloqramdan çoxdur. Baytarın və milli parkın əməkdaşlarının nəzarətində olan ana və bala yırtıcılardan mühafizə məqsədilə qapalı şəraitdə saxlanılır. Onların qidalanmasına da xüsusi diqqət yetirilir. Artım planlaşdırıldığı kimi gedərsə, bu marallar İsmayıllı bölməsi də daxil olmaqla, parkın digər bölmələrinə buraxılacaq. Hazırda ananın qorxmaması və balanın yemlənməsində problem olmasın deyə hazırda Şahdağ Milli Parkında bu istiqamətdə turist səfərlərinə icazə verilmir. Müəyyən müddət keçdikdən sonra qonaqlar parkın İsmayıllı bölməsinə gələrək, bala maralı müşahidə edə bilərlər. Qeyd edək ki ötən il Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın iştirakı ilə Şahdağ Milli Parkının İsmayıllı bölməsinə 3-ü dişi, 1-i erkək olmaqla, 4 nəcib maral buraxılıb. Hündür ayaqlara, qısa quyruğa, yaraşıqlı görkəmə malik, qulaqları uzun və hərəkətli olan bu heyvanlara əbəs yerə dağlar və meşələr gözəli adı verilməyib. Təbiətcə çox da sakit olmayan maralın görkəmindəki zəriflik, cəlbedicilik, duruşundakı vüqar, əzəmət və incəlik onu gözəllik rəmzi kimi tanıdır. Xatırladaq ki, Şahdağ Milli Parkının ərazisində Avropa cüyürü, canavar, Hindistan tirəndazı, qonur ayı, Qafqaz köpgəri, çaqqal, tülkü, dovşan, zubr, nəcib maral və digər heyvanlar mövcuddur. İlin bütün fəsillərində bura turist kimi gəlməklə bir çox heyvanı yaxından görmək mümkündür.

Çərşənbə, 31 May 2023 17:23

Avtomobil ağaca çırpıldı, sürücü öldü

Ötən gün gecə saat 23 radələrində Qəbələdə ağır yol qəzası baş verib. 64 yaşlı Bakı sakini Rövşən Mustafayev şəhər ərazisində \"Wolksvagen\" markalı avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib. Yoldan çıxan nəqliyyat vasitəsi kənardakı ağaca çırpılıb. Sürücü hadisə yerində ölüb, onun qızı Zarağan kənd sakini 35 yaşlı İlahə Mustafayeva və nəvəsi, 7 yaşlı Yusif Səfərov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Onlar rayon mərkəzi xəstəxanasına yerləşdiriliblər. Hazırda vəziyyətləri orta ağırdır, cərrahiyyə şöbəsində nəzarətdədirlər.

Çərşənbə, 31 May 2023 17:23

Avtomobil ağaca çırpıldı, sürücü öldü

Ötən gün gecə saat 23 radələrində Qəbələdə ağır yol qəzası baş verib. 64 yaşlı Bakı sakini Rövşən Mustafayev şəhər ərazisində \"Wolksvagen\" markalı avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib. Yoldan çıxan nəqliyyat vasitəsi kənardakı ağaca çırpılıb. Sürücü hadisə yerində ölüb, onun qızı Zarağan kənd sakini 35 yaşlı İlahə Mustafayeva və nəvəsi, 7 yaşlı Yusif Səfərov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Onlar rayon mərkəzi xəstəxanasına yerləşdiriliblər. Hazırda vəziyyətləri orta ağırdır, cərrahiyyə şöbəsində nəzarətdədirlər.

İsmayıllı polisi istehlaka yararsız qida məhsullarının satışının qarşısının alınması məqsədilə əməliyyat tədbiri keçirib. Rayon sakini Xəyal Ziliyev idarə etdiyi “Ford” markalı avtomobillə birgə saxlanılıb. Nəqliyyat vasitəsinin yük yerinə baxış keçirilən zaman oradan mənşəyi məlum olmayan 2 tona yaxın at əti aşkarlanıb.

Araşdırma zamanı at ətinin Cülyan kənd sakini Samir İsayevə məxsus olduğu və Xəyal Ziliyevin istifadəsində olan avtomobillə Bakı şəhərinə göndərmək istədiyi müəyyən edilib. Davam etdirilən tədbirlərlə Samir İsayev də şöbəyə gətirilərək izahatı alınıb. Aşkar edilmiş 10 rəst ata aid ət müvafiq nümunələr götürülməsi üçün Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşlarına təhvil verilib. Faktla bağlı İsmayıllı Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir. 

Çərşənbə axşamı, 30 May 2023 17:44

Rus dram teatrı şəkili teatrsevərlərin qonağı olub...

Ümummilli lider Heydər Əliyevin 100 illiyi, Azərbaycan peşəkar milli teatrının yaranmasının 150 illiyinə həsr edilmiş silsilə tədbirlər çərçivəsində Azərbaycan Dövlət Akademik Rus Dram teatrı Şəki Dövlət Dram teatrının qonağı olub.
2 günlük qatrol səfərində şəkili teatrsevərlərə Anar Rzayevin \"Mən, sən, o və telefon\", Vladimir Neverovun \"Sehrli karusel\" tamaşaları təqdim olunub. Maraqlı sujet xətti, qeyri-adi işıqlandırma, parlaq rəqs nömrələri, əyləndirici macərlarla dolu olan interaktiv tamaşalar şəkili uşaqların və valideynlərinin ürəyincə olub.
Çərşənbə axşamı, 30 May 2023 17:34

Rus Dram Teatrının heyəti Şəkidə qəzaya düşüb...

Avtobusun dəmir konstruksiyaya ilişməsi nəticəsində nəqliyyat vasitəsi yararsız hala düşüb, xəsarət alan olmayıb. Səməd Vurğun adına Dövlət Akademik Rus Dram Teatrının heyətini daşıyan avtobus Şəkidə qəzaya düşüb. Məlumata görə, avtobusun dəmir konstruksiyaya ilişməsi nəticəsində nəqliyyat vasitəsi yararsız hala düşüb, pəncərələri qırılıb.Hadisə nəticəsində xəsarət alan olmayıb.

Çərşənbə axşamı, 30 May 2023 17:23

\"Sabir poeziya günləri\" çərçivəsində konfrans

Şamaxıda “Sabir poeziya günləri” çərçivəsində elmi-praktik konfrans keçirilib. Şamaxı Rayon İcra Hakimiyyətinin və Yazıçılar Birliyinin birgə təşkilatçılığı ilə baş tutan konfrans Azərbaycan satirik şeirinin ustadı Mirzə Ələkbər Sabirin anadan olmasının 161 illiyinə həsr edilib. Əvvəlcə rayon rəsmiləri, konfransa dəvət olunmuş mədəniyyət və incəsənət xadimləri, həmçinin ictimaiyyət nümayəndələri M.Ə.Sabirin məzarını ziyarət ediblər.
 
Daha sonra tədbir Mədəniyyət Mərkəzində davam etdirilib. Dahi şairin həyat və yaradıcılığı ilə bağlı geniş məruzələr dinlənilib. Tədbirdə çıxış edənlər görkəmli sənətkarın satiralarını müsəlman şərqində bir intibah, oyanış kimi qiymətləndirərək, Sabir poeziyasının ölməzliyini, bənzərsiz söz ustadının fikirlərinin hər zaman aktual olduğunu diqqətə çatdırıblar.
 
Sabir yaradıcılığının Azərbaycan ədəbiyyatında mühüm yer tutduğu vurğulanıb. Tədbir çərçivəsində yeni tərtibatda, qeyri-adi formada, 7 cilddən ibarət Hopopnamənin təqdimatı da keçirilib.
393 -dən səhifə 613

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S