Super User

Super User

Şəkinin Qudula kənd məktəbində ötən gün 27 nəfərin zəhərlənmə ilə bağlı rayon mərkəzi xəstəxanasına müraciətindən sonra bu gün də evə buraxılan xəstələrin bəziləri yenidən xəstəxanaya aparılıb. Valideynlər iddia edir ki, dərmanlanma prosesi və sonra təhlükəsizlik qaydaları kobud şəkildə pozulub. Şəki regional təhsil idarəsindən bildirilib ki, Qudula kənd orta məktəbindən götürülmüş müvafiq nümunələrdən müsbət cavab alınanadək məktəbdə tədris dayandırılıb. Keçirilməyən dərslər isə istirahət günlərində əvəzlənəcək. Respublikanın baş toksikoloqu isə zəhərlənmə faktının təsdiqini tapmadığını deyir. Beləliklə, hər bir halda görünən odur ki, dezinfeksiya işləri aparılan zaman elementar təhlükəsizlik qaydaları bilərəkdən və ya bilməyərəkdən kobud şəkildə pozulub.  Xatırladaq ki, faktla bağlı hüquq mühafizə orqanları araşdırmanı davam etdirir. Müvafiq ekspertizalar təyin olunub. Ekspertizanın rəyindən və aparılan araşdırmanın nəticəsindən asılı  olaraq məsələyə hüquqi qiymət veriləcək. 

Çərşənbə, 24 May 2023 17:12

Uşaq hüquqlarının qorunması…

Audiovizual Şura uşaqların hüquqlarının qorunması prinsiplərini əsas tutaraq efirə gedən materiallar arasında monitorinqlər həyata keçirir. Telekanallar monitorinqlərin nəticələri barədə məlumatlandırılır. Telekanallarda uşaqlarla bağlı material hazırlanarkən onların hekayəsi və ya görüntüsünün yer aldığı mövzularda təqdimetmənin uyğunluğuna diqqət edilməlidir. 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi günü ilə əlaqədar Gəncədə keçirilən dəyirmi masada uşaqlara dair strategiyanın keçirilməsi üzrə şuranın 2020-2025-ci illəri əhatə edən fəaliyyət planı haqqında da məlumat verildi. “Audiovizual mediada uşaq hüquqlarının müdafiəsi” mövzusunda təşkil edilən tədbirdə uşaq hüquqlarının müdafiəsinin qorunması mövzusunda müzakirələr aparıldı. Müzakirələrdə Kəpəz Tv, El Tv, Kanal S, ARB Günəş və digər televiziyaların əməkdaşları da iştirak etdilər. Uşaqların təhlükəsizliyi, hüquq və mənafelərinin qorunması barədə fikilər səsləndirildi. Belə tədbirlərdə valideynlərin də iştirakı təklif edildi.

Qax Mədəniyyət Mərkəzində İsmayıl Dağıstanlı adına Xalq Teatrının Əhməd Orucoğlunun “Qaynana əməliyyatı” komediyası əsasında səhnələşdirdiyi eyniadlı tamaşaya ictimai baxış olub. Teatrın rejissoru Gülşad Paşayevanın quruluş verdiyi tamaşanın rejissoru Şəmsəddin Quliyev, musiqi tərtibatçısı Coşqun Nəzirli, səhnə tərtibatçısı Elvin Əzimovdur. Tamaşada rolları həvəskar aktyorlar İbrahim Paşayev, Aydan Əhmədli, Şəmsəddin Quliyev, Vüsalə Mustafayeva, Ceyran Rəcəbova, Nəvai Əliyev və Yusif Qurbanov ifa ediblər. Teatrsevərlərin, ictimaiyyət nümayəndələrinin iştirak etdiyi ilk tamaşa uğurlu keçib və tamaşacılar tərəfindən alqışlarla qarşılanıb.

Çərşənbə axşamı, 23 May 2023 17:28

Məktəbdə kütləvi zəhərlənmə…

Bu gün günorta saatlarında Şəkinin Qudula kənd orta məktəbində şagird və müəllimlərin özlərini pis hiss etməsi, zəhərlənmə ehtimalı ilə bağlı təcili yardıma müraciət edilib. Hadisədən zərər çəkmiş bütün şagirdlər və işçi heyət təcili olaraq Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. İlkin ehtimallara görə zəhərlənməyə məktəbdə aparılmış dezinfeksiya işi səbəb olub. Şəki-Zaqatala regional təhsil idarəsinin məsul əməkdaşları xəstəxanada zərəçəkənlərə baş çəkib və prosesi davamlı olaraq müşahidədə saxladıqlarını bildiriblər.  Faktla bağlı araşdırmalara başlanılıb Qeyd edək ki, xəstəxanaya müraciət edən şəxslərə lazımi tibbi yardım göstərilib və hazırda vəziyyətləri normaldır. 

397 -dən səhifə 613

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S