Super User
Azərbaycanın estrada və opera müğənnisi İntiqam Kərimov Xeyirli axşamlarda 17.05.2023
Zəfər qrupu və jurnalist Elvin Nəsib Həyat tərzinin qonağıdır 17.05.2023
Kişi sonsuzluğu nədir? Dr.Elnur Hüseynov | Elə çarə 17.05.2023
Rüfət Nasosnu: \"Bir notu da tanımıram\" | Kim var, Kim yox? 11.05.2023
Beynəlxalq Ailə Günü münasibəti ilə görüş…
Sağlam ailə sağlam cəmiyyət deməkdir. Ölkəmizdə ailə hər zaman müqəddəs sayılıb. 15 May – Beynəlxalq Ailə Günü münasibətilə Zaqatala Uşaq və Ailələrə Dəstək Mərkəzinin kollektivi 52 il birgə ömür sürmüş Yunusovlar ailəsində qonaq olublar. Cəmiyyətin inkişafında ailənin yeri və rolundan danışılıb. Görüşdə ailənin başçısı Cuma Yunusov və ömür-gün yoldaşı Nazlı nənə ailə dəyərlərindən, milli adət-ənənələrdən, sağlam ailə təməlinin qurulması və qorunub saxlanılmasının vacibliyindən söz açıblar. Qeyd edək ki, 4 övlad, 7 nəvə və 2 nəticəsi olan Yunusovlar ailəsi 52 ildir qarşılıqlı hörmət və məhəbbəti qoruyub saxlayaraq, ailə dəyərlərinin yaşadılmasında gənclərə, yeni qurulan ailələrə nümunə olublar. Ailənin bir övladı Telman Yunusov Birinci Qarabağ müharibəsi zamanı ərazi bütövlüyümüz uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Görüşün sonunda Yunusovlar ailəsinə, həmçinin yeni ailə həyatı quran gənclərə hədiyyələr təqdim olunub.
Əmək yarmarkası təşkil olunub…
Yarmarkada 25 müəssisə iştirak edib. Özəl və dövlət təşkilatlarının nümayəndələri tərəfindən müvafiq vakansiyalara dair tələblər barədə ətraflı məlumat verilib, işsiz və işaxtaran şəxslərə 225 sayda boş iş yerləri təqdim olunub. Yarmarkada təqdim olunan vakansiyalar əsasən turizm, istehsal-xidmət, ictimai iaşə, bank, satış və s. sahələri əhatə edib.
Qonaq getdiyi evdə dünyasını dəyişdi…
Dostunu ziyarətə gedən Şəki sakini onun evində dünyasını dəyişdi. Hadisə ötən gün Şəki şəhərində baş verib. Dostunun evinə qonaq gedən şəhər sakini, 64 yaşlı Şakir İmamverdiyev yemək yediyi zaman qəflətən haı pisləşib və ölüb. İlkin araşdırma zamanı Şakir İmamverdiyevin ürək çatışmazlığından öldüyü məlum olub. Faktla bağlı araşdırma aparılır.
Çıxış Yolu 16.05.2023
Holland pendiri saxtakarlığı | Elə çarə 16.05.2023
Kolleclərə qəbul və buraxılış imtahanları keçirildi...
Dövlət İmtahan Mərkəzinin Şəki şəhərində keçirdiyi 9 illik təhsil bazasında kolleclərə qəbul və ümumi orta təhsil səviyyəsi üzrə növbəti buraxılış imtahanları başa çatıb. İmtahanların keçirilməsi üçün Şəkidə 2 mərkəz ayrılıb. Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binalarına müxtəlif daxilolma vaxtları müəyyən edilib və həmin vaxt iştirakçının buraxılış vərəqəsində göstərilib. Ümumilikdə, 612 nəfərin iştirakının nəzərdə tutulduğu imtahanların idarə olunmasına 8 imtahan rəhbəri və 66 nəzarətçi cəlb olunub. DİM Şəki regional bölməsindən verilən məlumata görə, hər iki imtahan mərkəzində kolleclərə qəbul və ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları mövcud təlimata uyğun şəkildə aparılıb, heç bir qanun pozuntusuna yol verilməyib.