Super User
Qax seçki məntəqələrində də yüksək seçici fəallığı qeydə alınır...
113 saylı Qax-Şəki seçki dairəsinin seçki məntəqələrində növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri seçicilərin fəallığı şəraitində davam edir. Səsvermə hüququ olan vətəndaşlar səhər saatlarından etbarən seçki məntəqələrinə gəlir, öz vətəndaşlıq borclarını yerinə yetirməyə tələsirlər. Onların arasımda ilk dəfə səsvermə hüququndan istifadə edən 18 yaşlı gənclər də var. Qeyd edək ki, 113 saylı Qax-Şəki seçki dairəsinin tərkibinə daxil olan 72 seçki məntəqəsinin 59-u Qaxda, 13-ü isə Şəki rayonunda yerləşir. 54 min 330 seçicidən 2732 nəfəri bu seçkilərdə ilk dəfə səs verir. Seçicilərin 937 nəfəri 80-100 yaş arasındadır. Bütün seçki məntəqələri lazımi avadanlıqla, rabitə və digər texniki vasitələrlə təmin edilib. Səsvermənin gedişini izləmək üçün 10 seçki məntəqəsində veb-kamera quraşdırılıb. Dairə üzrə 960 yerli müşahidəçi qeydiyyatdan keçib, 620 seçiciyə qeydiyyatdançıxma vəsiqəsi verilib.
Zaqatala və Balakəndə də seçicilərin aktivliyi müşahidə edilir...
Əsasən azsaylı xalqların yaşadığı Zaqatala və Balakən rayonlarında da seçki məntəqələrinin açıldığı ilk dəqiqələrdən başlayaraq yüksək aktivlik müşahidə olunur. Yaşından asılı olmayaraq, sakinlər seçki məntəqələrinə üz tutur, seçdikləri namizədə səs verirlər. Qeyd edək ki, 112 saylı Zaqatala DSK-üzrə 50 min 187 nəfər seçici qeydə alınıb. Onlardan - 680 nəfəri ilk dəfə səs verən gənclər, 796 nəfəri isə 80-100 yaş arası seçicilərdir. 111 saylı Zaqatala –Balakən DSK üzrə 51 min 167 nəfər seçici qeydə alınıb. Onlardan 38- min 70 –nəfəri Zaqatala, 13 min 116 nəfəri isə Balakən seçki məntəqələrini əhatə edir. Balakən rayonunu əhatə edən 110 saylı DSK da isə 44 seçki məntəqəsi üzrə 48 min 990 nəfər seçici qeydə alınıb.
Növbədənkənar Prezident seçkiləri Şəkidə seçicilərin ruh yüksəkliyi və fəallığı ilə başlayıb...
Şəki şəhər 11 saylı tam orta məktəbin binasındakı 60 saylı seçki məntəqəsində səsvermə prosesinə müşahidəçilərin iştirakı ilə start verilib. Səhər saatlarından məntəqəyə üz tutan seçicilər konstitusion hüquqlarından istifadə edir, öz namizədlərinə səs verirlər.
Səhər saatlarından start götürən prezident seçkiləri Şəkidə 7 saylı orta məktəbdə yerləşən 9 saylı seçki məntəqəsində də elə ilk dəqiqələrdən böyük izdihamla müşahidə edilib. Seçki prosesinin başlamasından öncə bütün lazımı tədbirlər görülüb. Eyni zamanda məntəqədə veb kamera da quraşdırılıb. Məntəqədən bildirilib ki, 4 nəfər daşınan qutu vasitəsi ilə səs verəcək. Gün ərzində məntəqə əməkdaşları həmin ünvanlara baş çəkərək seçicilərin seçki hüququnu təmin edəcəklər.
Şəkidə avtomobillər toqquşdu, yaralılar var...
Şəkidə xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Şəki-Qax magistral yolunun Şəkinin Qoxmuq kəndindən keçən hissəsində “Mercedes” və “Hyundai” markalı iki avtomobil toqquşub. Şəki Rayon Mərkəzi Xəstəxanasından əldə etdiyimiz məlumata görə, qəzada 5 nəfər şəxs müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Onlar 29 yaşlı Samir İsmayılov, 35 yaşlı Təbriz Hüseynov, 30 yaşlı Cavad Hüseynov, 75 yaşlı Çingiz Səmədovdur. Faktla bağlı araşdırma aparılır.
Şəkidə avtomobillər toqquşdu, yaralılar var | Kanal S Xəbər