Super User

Super User

Çərşənbə axşamı, 30 May 2023 17:10

Minik avtomobilləri daşıyan maşın aşdı...

Zaqatalada Gürcüstan vətəndaşının idarə etdiyi maşın aşıb. Qəza Yevlax-Zaqatala-Gürcüstan sərhəd-magistralının Qazangül qəsəbəsindən keçən hissəsində baş verib. Xaricdə istehsal edilən minik avtomobillərini daşıyan maşın hərəkətdə olarkən idarəetmədən çıxıb.
Yolun kənarındakı elektrik dirəyinə dəydikdən sonra kənardakı çökəkliyə aşıb. Qoşquda olan minik avtomobillərinə ziyan dəyib. Elektrik dirəyinin aşması nəticəsində magistral yolun işıqlandırılmasında fasilə yaranıb. Xəsarət alan yoxdur.
Çərşənbə axşamı, 30 May 2023 15:29

Zərərli dondurmalar hansılardır? | Elə çarə 30.05.2023

Bazar ertəsi, 29 May 2023 15:41

İsmayıllıda məktəblini maşın vurdu

Hadisə rayonun Qaraqaya kəndi ərazisində baş verib. Yolu keçən məktəbli, Qobustan sakini 13 yaşlı Asəf Cəfərov dünyasını dəyişib. Şahid İsgəndərov idarə etdiyi “İsuzu” markalı avtobusla yolu keçən piyada, 13 yaşlı Asəf Cəfərovu vurub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan yeniyetmə hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır. #kanals#xəbər#ismayıllı#qəza

Bazar ertəsi, 29 May 2023 15:39

50 il sonra yenidən görüşdülər...

Şəki şəhər 11 saylı tam orta məktəbinin 1973-cü il məzunları yenidən bir araya gəliblər. Görüşdə - həmin ildə məktəbi bitirən 3 sinfin məzunları, onlara vaxtilə 1963-1973-cü illər arasında dərs demiş qocaman müəllimlər və 11 saylı tam orta məktəbin hazırki müəllim kollektivi iştirak ediblər. Keçmiş xatirələrini yad edən məzunlar, oxuduqları 11 saylı məktəbin hazırkı kolektivinə məktəbin ilk binasının tablosunu hədiyyə ediblər. Məzunların 50 il öncə eşitdikləri son zəngi yenidən, 44 günlük şanlı Zəfər tariximizi yazan qəhrəman oğullardan olan şəhid Vasif Həmidovun oğlu çalıb. Ardınca Vətən müharibəsində canından və qanından keçən şəhidlərimizin məzarı ziyarət edilib. Ruhlarına dualar oxunub. #kanals#xəbər#şəki#məktəb

Şənbə, 27 May 2023 18:41

Sən bir kitabsan

Şəki şəhərində Mərkəzi Kitabxana sistemi, Mədəniyyət İşçilərinin Həmkarlar İttifaqının Şəki komitəsinin birgə təşkilatçılığı ilə Ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə və 27 may Ümumdünya kitabxanalar gününə həsr olunan \\\"Sən bir kitabsan\\\" adlı tədbir keçirilib. Çıxış edənlər il bildirib ki, bizim dünyagörüşümüzün formalaşmasında kitabxanaların mühüm rolu var. Vurğulanıb ki, məhz ulu öndərin rəhbərliyi dövründə kitabxana sisteminə və Azərbaycan dilində nəşr olunan kitabların artırılmasına xüsusi diqqət və qayğı göstərilib. Təsadüfi deyil ki, Ümummilli Lider çıxışlarında kitaba, kitabxanaya önəm verərək - “Kitabxana xalq, millət üçün, cəmiyyət üçün müqəddəs bir yer, mənəviyyat, bilik, zəka mənbəyidir”-deyib. Tədbirdə həmçinin il ərzində işində fərqlənən kitabxanaçılar diplom və sertifikatlarla təltif edilib. Bədii hissədə mədəniyyət işçilərinin hazırladığı konsert proqramı nümayiş olunub.

394 -dən səhifə 613

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S