Super User
Şəkidə yük maşını yoldan çıxaraq aşıb...
Şəki-Qax magistralının Şəkinin Qoxmuq kəndi ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə nəticəsində yük maşını yolda idarəetməni itirərək işıq dirəyinə çırpılıb və aşıb. Qəza nəticəsində xoşbəxtlikdən xəsarət alan olmasa da, yük maşınında olan qeyri-ərzaq məhsulları yola dağılıb. Eyni zamanda maşına çox ciddi ziyan dəyib. Faktla bağlı araşdırma aparılır.
Eşitməyən qalmasın 09.06.2023
Xərçəng qorxusu: Bir insanın xəstəlikdən əriyib getməsi.. | Həkimcanlı 09.06.2023
Spirtli içkilər və siqaretdən bir müalicədə azad ol | Həkimcanlı 09.06.2023
Qanvermə aksiyası keçirilib…
Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutu ə Qax Rayon Mərkəzi Xəstəxanasında talassemiyalı və hemofiliyalı xəstələrə dəstək olmaq üçün qanvermə aksiyası keçirib. 14 iyun Ümumdünya Qan Donoru Günü münasibətilə keçirilən aksiyada rayonun bir çox təşkilatları fəallıq nümayiş etdirib, kifayət qədər sağlam donordan qan götürülüb. Aksiyada rayon polis şöbəsinin kollektivi də iştirak edib. Tədarük olunan qan və ondan hazırlanan preparatlardan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan insanların müalicəsində istifadə olunacaq.
Beynəlxalq velosiped yarışının ikinci mərhələsi başa çatdı…
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Əziz Şuşa” beynəlxalq velosiped yarışının ikinci mərhələsi başa çatıb.Qəbələ İcra Hakimiyyətinin qarşısından başlayan mübarizə eyni məkanda yekunlaşıb. İdmançılar Qəbələ - Şəki - Qəbələ marşrutu üzrə 176,2 km məsafə qət ediblər. 75 velosipedçi arasında finişə birinci çatan niderlandlı Şurmans Luk olub. Bolqarıstan millisinin üzvü Nikolay Genov ikinci, Çin klubunun idmançısı Julyen Traeryu isə üçüncü yeri tutub. Qalibə fəxri kürsüdə mükafatını Qəbələ rayon icra hakimiyyətinin başçısı Səbuhi Abdullayev təqdim edib. İlk iki turdan sonra ümumi sıralamaya başçılıq edən bolqarıstanlı Martin Papanov sarı formanı özündə saxlayıb. Qeyd edək ki, Bakıdan Şamaxıya 150 km məsafənin olduğu birinci mərhələni Bolqarıstan millisinin üzvü Martin Papanov qazanıb. İyunun 9-da isə Qəbələdən Gəncənin mərkəzinə qədər 170 km yol qət ediləcək.
Niyaməddin Musayev ft Dərviş Band - Dünya Sənin | Xeyirli axşamlar 08.06.2023
Eşitməyən qalmasın 08.06.2023
Əl və ayaqlarda əsmə! | Həkimcanlı 08.06.2023
KOB dostu fəaliyyətə başladı…
Balakən rayonunda KOB dostu fəaliyyətə başlayıb. KOB dostu Balakən və ətraf rayonlarda yeni KOB subyektlərinin yaranmasına və biznesin inkişafına, sahibkarların investisiya təşəbbüslərinin reallaşdırılmasına, maraqlarının müdafiəsinə dəstək göstərəcək, biznes fəaliyyəti barədə məlumatlandıracaq. Balakəndə KOB dostunun fəaliyyətə başlaması ilə əlaqədar bu gün Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin və Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə sahibkarlarla görüş keçirilib. Aidiyyəti dövlət qurumlarının nümayəndələrinin və sahibkarların iştirakı ilə keçirilən tədbirdə sahibkarların biznesin qurulması və inkişaf etdirilməsi sahəsində ehtiyaclarına dair fikir və təklifləri dinlənilib, dövlət dəstəyi mexanizmləri, o cümlədən KOBİA-nın dəstək və xidmətləri barədə məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb.Sonra Balakən KOB dostu rayonun biznes ictimaiyyətinə təqdim edilib, sahibkarlar KOB dostunun fəaliyyət göstərəcəyi ofislə tanış olublar.