Super User
"Məhəmməd haradadır?" bu dəfə 15 yaşı tamam olan "Kanal S"də 29.12.2023
Həmrəylik günü və Yeni il qeyd edildi...
Şəki Rayon Psixiatriya Xəstəxanasında 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə tədbir keçirilib. Milli birlik, mənəvi dəyərlərimizə hörmət, Vətənə məhəbbət və bağlılıq hisslərini özündə təcəssüm etdirən Həmrəylik Günü və Yeni il münasibətilə təşkil olunmuş təbdirdə xəstəxananın kollektivi iştirak edib. Çıxış edənlər tibb işçilərini bayam münasibətilə təbrik edib, işlərində uğurlar arzulayıb.
Həmçinin yola saldığımız 2023-cü ilin Prezident İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın terrorçulardan təmizlənməsi, işğaldan azad olunan qədim yurdumuzda konstitusiya quruluşunun tamamilə bərqərar olması ilə əlamətdar olduğu vurğulanıb. Daha sonra Həmrəylik Günü ilə əlaqədar hazırlanmış videoçarx nümayiş olunub.
Güclü külək 4 kənddə fəsadlar törədib...
Məşhurların "Kanal S"ə 15 İL təbrikləri! | Xəbərin var? 29.12.2023
Həftə içi 5 gün səhər saat 09:00-dan 11:00-a kimi Kanal S-də "Xəbərin var?" adlı verilişin aparıcıları İsa Şükürov və Elyar Sadiqovdur.
Kanal S 15 il | Xəbərin var? Xüsusi buraxılış
Həftə içi 5 gün səhər saat 09:00-dan 11:00-a kimi Kanal S-də "Xəbərin var?" adlı verilişin aparıcıları İsa Şükürov və Elyar Sadiqovdur. #kanals#xəbərinvar#isaşükürov#elyarsadiqov#şoubiznes#qalmaqal
Kanal S televiziyasının ilk yayım günündən 15 il ötür!
Bu gün Kanal S televiziyasının ilk yayım günündən 15 il ötür. 2008-ci ilin 29 dekabrında möhtəşəm açılışla fəaliyyətinə start verən Kanal S qısa zamanda şimal-qərb bölgəsindən bütün Azərbaycana səs saldı. Regiona yeni nəfəs gətirən televiziya tamaşaçıların zövqünü oxşayan canlı verilişləri ilə, bir-birindən maraqlı layihələrlə gündəm yaratdı. 2022-ci ildən isə peyk yayımı vasitəsilə bütün dünyaya yayımlanan televiziya Bakıda yeni fəaliyyətə başlayan studiyasından da canlı verilişləri ilə evlərinizin qonağı olur.
Eşitməyən qalmasın 28.12.2023
Nazim Pişyari: Zəng edirsən, deyirlər prodüserimlə danış! | Xəbərin Var? 28.12.2023
Həftə içi 5 gün səhər saat 09:00-dan 11:00-a kimi Kanal S-də "Xəbərin var?" adlı verilişin aparıcıları İsa Şükürov və Elyar Sadiqovdur.
Xeyirli axşamlar 27.12.2023
Külək Qaxda da fəsadlar törədib...
Şəhər ərazisində bir neçə obyektin, o cümlədən beşmərtəbəli binanın dam örtüyünə ziyan dəyib, ağacların iri budaqları qırılıb. 120 şagird yerlik Ağçay kənd ümumi orta məktəbinin isə dam örtüyü sıradan çıxıb. Hadisə dərs zamanı baş verdiyindən şagirdlər arasında təşviş yaşanıb. Xoşbəxtlikdən xəsarət alan olmayıb. Məktəbdə tədris prosesi dayandırılıb.
Həmçinin, güclü külək nəticəsində Qaxın Qaxbaş kənd və Qəbələnin Dızaxlı kənd uşaq bağçası, Şəkinin Bideyiz kənd tam orta məktəbinin dam örtüyü müəyyən dərəcədə zədələnib, Balakənin Qabaqçöl qəsəbə tam orta məktəbinin pəncərələri sınıb. Təhsil müəssisələrində ilkin təhlükəsizlik tədbirləri görülüb. Tezliklə bərpa işlərinə başlanacaq. Bölgədə isə küləkli hava şəraiti davam edir...