Super User
Çıxış Yolu 08.01.2023
Səhər dəmi 08.01.2024
19 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb...
Balakəndə qaçaqmalçılıq yolu ilə ölkəyə göndərilən 19 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb. Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat zamanı Tərtər rayon sakinləri, əvvəllər məhkum olunmuş Yusif Misirzadə və Elvin Kərimli saxlanılıb. Şəxsi axtarış zamanı Yusif Misirzadədən 2 kiloqram 255 qram heroin və marixuana, eləcə də onların narkotik vasitələri götürdükləri ərazidən 16 kiloqrama yaxın qurudulmuş marixuana aşkar edilərək götürülüb. Araşdırma zamanı saxlanılan şəxslərin sosial şəbəkədə tanış olduqları xarici ölkədə yaşayan narkotacir tərəfindən pul və narkotik vasitə qarşılığında narkokuryerliyə cəlb edildikləri məlum olub. Onlar ifadələrində 1000 manat pul qarşılığında həmin narkotiki Yevlax rayonuna aparmağa razılaşdıqlarını bildiriblər. Keçirilən digər əməliyyat zamanı isə rayon ərazisində narkotiklərin dövriyyəsi ilə məşğul olan daha 4 nəfər saxlanılıb. Onlardan müxtəlif növ narkotik vasitələr aşkar edilərək götürülüb. Qanunsuz saxlanılan odlu silah-sursatla bağlı keçirilən tədbirlər zamanı isə 2 ədəd “Kalaşnikov” markalı avtomat və 2 ov tüfəngi polis əməkdaşları tərəfindən götürülüb. Faktlarla bağlı Balakən Rayon Polis Şöbəsində araşdırmalar aparılır.
Leyla Ramazanlı "Xəbərin var?"da 08.01.2024
Həftə içi 5 gün səhər saat 09:00-dan 11:00-a kimi Kanal S-də "Xəbərin var?" adlı verilişin aparıcıları İsa Şükürov və Elyar Sadiqovdur.
Şəkidə fərdi yaşayış evi yandı...
Şəkidə fərdi yaşayış evində yanğın olub. Hadisə günorta saatlarında Şəki şəhəri 20 Yanvar küçəsində, 92 yaşlı Nəzihə İbrahimovaya məxsus evdə baş verib. Əraziyə Fövqaladə Hallar Nazirliyinin Şəki Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənləri cəlb edilib. Yanğın nəticəsində evin dam örtüyü, mətbəx və aynəbəndin tavanının bir hissəsi yanıb. Evin qalan hissəsi və qonşu evlər yanğından mühafizə olunub. 92 yaşlı ev sahibi Nazihə İbrahimova ayaq nahiyəsindən yanıq xəsarəti alıb. Qadın təcili tibbi yardım briradası tərəfindən Şəki Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Faktla bağlı araşdırma aparılır.