Super User
Şimal-qərb istiqamətində magistrallarda son vəziyyət...
Həftəsonu ölkə ərazisində müşahidə olunan qarlı, şaxtalı hava şəraitinin ardınca bu gün yağıntı azalıb. Qarlı və dumanlı hava şəraiti İsmayıllı-Muğanlı magistralı və Ağsu aşırımında avtomobillərin hərəkətinə fasilələr yaratsa da hazırda bir çox istiqamətlərdə yollar açıqdır. Buna baxmayaraq, qarlı havanın yaratdığı çətinliklər bəzi yollarda hələ də qalmaqdadır. Sözügedən ərazilərdə havanın temperaturu mənfi 6 dərəcəyədək düşüb. Xüsusilə səhər və axşam saatlarında havanın dumanlı, çiskinli olması, eləcə də dağlıq və dağətəyi rayonlarda, külək tutan açıq ərazilərdə, körpülərdə yol örtüyünün buz bağlaması nəqliyyat vasitələrinin hərəkətini çətinləşdirməklə yanaşı, sürüşmə ehtimalını da dəfələrlə artırır. Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərə müraciət edərək, onlardan mövcud hava şəraitini düzgün qiymətləndirməyi, təcrübəsiz sürücülərdən sükan arxasına əyləşməməyi xahiş edir. Qeyd edək ki, həftəsonu Şamaxı və İsmayıllı rayonlarına yağan güclü qar ölkə əhəmiyyətli və rayondaxili yollarda nəqliyyatın hərəkətini iflic edib. Qar səbəbindən Muğanlı ərazisində 200-dən çox avtomobil yollarda qalıb .
Elza Seyidcahan: Çox şey deyərəm... Ancaq mən Flora Kərimovanı qoruyuram | Xəbərin var?
Həftə içi 5 gün səhər saat 09:00-dan 11:00-a kimi Kanal S-də "Xəbərin var?" adlı verilişin aparıcıları İsa Şükürov və Elyar Sadiqovdur.
Aşıq Mübarizlə Bizim vaxtımızda 14.01.2024
Səhər dəmi 15.01.2024
Seçkiqabağı və seçki günündə ictimai asayişin qorunması...
Şəkidə prezident seçkiləri ilə əlaqədar polisin seçkilərdə xidməti fəaliyyətinin daha da təkmilləşdirilməsinə həsr olunan regional seminar-müşavirə keçirilib. Çıxış edənlər seçki qanunvericiliyi, seçki komissiyalarının sistemi, seçki prosesi, onun mərhələləri və müddətləri, seçki komissiyaları və polis orqanlarının birgə fəaliyyətinin əsasları mövzularına toxunublar. Seminar-müşavirədə ATƏT-in uzunmüddətli beynəlxalq müşahidəçiləri də iştirak ediblər. Sonda iştirakçıları maraqlandıran suallar ətrafında fikir mübadiləsi aparılıb.
“Fantaziya” sirkinin kollektivinin kamera arxası | Məhəmməd haradadır?14.01.2024
Şamaxı-İsmayıllı magistralında son vəziyyət | Kanal S Xəbər
Şamaxıda ər və arvad dəm qazından zəhərlənib...
Mərzəndiyyə kənd sakinləri Elxan Əhmədov və yoldaşı Zenfira Əhmədova yaşadıqları evdə dəm qazından zəhərlənib. Nəticədə kişi ölüb, qadın isə xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.
Şəkidə 4 nəfər dəm qazından zəhərləndi...
Şəkidə də dəm qazından zəhərlənmə hadisəsi baş verib. Hadisə şəhərin Məzahir Abbasov küçəsində yerləşən evlərdən birində baş verib. 33 yaşlı Ələsgər Cəfərov, 65 yaşlı Fərahim Muradov, 44 yaşlı Zöhrab Hənifəyev və 33 yaşlı Lətif Mehdizadə dəm qazından zəhərlənmə diaqnozu ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hazırda onların vəziyyətlərinin qənaətbəxş olduğu bildirilir. Məlumata görə, onlar həmin evdə kirayə qalırmış.