Super User
Toqquşan avtomobillərin sürücüləri hadisə yerində ölüb
Qəbələdə gecə saatlarında ölümlə nəticələnən ağır yol qəzası olub. Rayonun Nohurqışlaq kəndində iki minik avtomobili toqquşub. Hər iki nəqliyyat vasitəsinin sürücüsü hadisə yerində ölüb. 57 yaşlı Akif Abdurrəhmanov və 35 yaşlı Anar Nəsrullayevin meyitləri ailələrinə təhvil verilib.
Serial çəkilişləri davam edir
Oktyabr ayından etibarən ARB televiziyasında yayımlanacaq serial yay mövsümü boyunca Şəkidə çəkilişlərinə davam edəcək. İlk dəfə olaraq Pakistanlı rejissorların iştirakı ilə ərsəyə gələn ekran işinin ssenari müəllifi isə İlqar Fəhmidir. OksiMedia və Vaytrup prodakşının birgə layihəsi olan serialın kadr arxasında çalışanların əksəriyyəti peşakarlardır. Həmçinin gənclərə də özlərini tanıtmaq imkanı yaradılıb.
Təbiəti ilə məşhur olan şəhərdə istirahət üçün park tapmayan sakinlər
Şəkidə park dedikdə ağla ağacları budanmaqdan kölgəsiz qalan, fəvvarələrin çox zaman işləmədiyi, oturacaqları qırıq məkanlar yada düşür. 190 min əhalisi olan rayonda uşaqların əylənəcəyi, böyüklərin dincələcəyi parkların əksəriyyəti çayxanalar tərəfindən istismar edilib. Hazırda insanların əksəriyyətinin üz tutduğu yeganə park Mirzə Fətəli Axundov adına parkdır ki, burda köhnə, digərlərinə nisbətən işlək vəziyyətdə olan atraksionlar fəaliyyət göstərir. Məhz bu səbəbdən bayram günlərində bu parkda hədsiz insan sıxlığı yaşanır. Yaşıllığa gəldikdə isə insanların kölgəsinə yığışdığı hündür ağacların anormal şəkildə budanmasından sonra parkda çox az sayda yaşıllıq ərazi qalıb. Şəkinin Məhəmməd Füzuli parkında da vəziyyət fərqli deyil. Parkın girişinə Məhəmməd Füzulinin büstünün olduğu yer isə boş qalıb. Şəki şəhər kommunal təsərrüfat istehsalat birliyindən bildirildi ki, şəhərin aşağı hissəsində, yeni salınmış olimpiya məhəlləsində 3 hektar yeni park ərazisinin salınması planlaşdırılır. Parklardakı oturacaqların azlığı məsələsi barədə isə baxış keçirilib nəzarətə götürüləcəyi, ehtiyac varsa yeni oturacaqların quraşdırılacağı vurğulandı. Məhəmməd Füzuli parkında büstün olmaması məsələsinə gəlincə, Regional Mədəniyyət şöbəsindən tezliklə yeni büstün yerləşdiriləcəyi bildirildi.
Azərbaycan xaricə tütün ixracını artırır
KİV nümayəndələrinə müəssisənin tarixi, istehsal prosesi, quraşdırılan yeni avadanlıqlar və tətbiq olunan texnologiya barədə məlumat verilib. Bildirilib ki, “Azərtütün” ASC-nin özəlləşdirilməsi üzrə elan edilən investisiya müsabiqəsinin qalibi üzərinə götürdüyü öhdəliklərin alqı-satqı müqaviləsində müəyyən edilmiş qaydada icrasını artıq başa çatdırıb. Belə ki, dövlət büdcəsinə 6,4 milyon manat məbləğində vəsaitin köçürülməsi, ümumi həcmi 8,2 milyon manat təşkil edən İnvestisiya Proqramının icrası təmin edilib. Müəssisədəki istehsal avadanlıqları əsaslı təmir olunub, yeni avadanlıqlar quraşdırılıb, tütün qəbulu məntəqələrində və emal zavodunda təmir-tikinti işləri aparılıb, nəqliyyat və texnika alınıb. Müəssisənin yenidən qurulması istehsal olunan tütün məhsullarının keyfiyyətinin artmasına və ixrac imkanlarının genişlənməsinə imkan verir. İndiyə qədər ölkə daxilində tütünə təlabat ödəniməklə yanaşı 500 tondan artıq məhsul Bolqarıstan və Rusiyaya satılıb. Bildirilib ki, hazırda şirkətin istehsal etdiyi tütünün İtaliya, Belçika və Almaniyaya da satılması istiqamətində danışıqlar aparılır. 2023-cü ildə zavodun xammala olan tələbini ödəmək üçün xaricdən tez yetişən və məhsuldar tütün sortları gətirilərək Şəki, Qax, Balakən, Zaqatala rayonlarında 620 hektar tütün əkilib. Yetişdirilən tütünə aqrotexniki xidmətin düzgün təşkili məhsuldarlığın yüksəldilməsinə imkan yaradır. Həyata keçirilmiş tədbirlər nəticəsində ötən il məhsuldarlıq 20 faiz artıb. Fermerlər də özəlləşdirilən müəssisənin fəaliyyətindən razılıq edirlər. Fermerlərdən 1 kiloqram yaşıl tütünün alış qiyməti də artıb. 2023-cü ildə bu göstərici I növ üzrə 36 qəpik, II növ üzrə 25 qəpik, III növ üzrə isə 20 qəpik olub. Müəssisədə 20 daimi, 150 mövsümi olmaqla, 170 yeni iş yeri yaradılıb. Ümumilikdə, hazırda müəssisədə 130 nəfər daimi işçi çalışır, mövsümi işlərə 250 nəfər cəlb edilib. Müəssisədə orta aylıq əməkhaqqı 700 manatdır.
Avtomobil yoldan çıxdı, xəsarət alanlar var...
Şəki rayonunun Biləcik kəndində 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Qoxmuq kənd sakini İlqar Abdullayevin idarə etdiyi \"Hyundai SantaFe\" markalı avtomobil ötmə əməliyatını icra edərkən idarəetmədən çıxaraq yolun kənarındakı dərəyə düşüb. Hadisə nəticəsində avtomobildə olan biri azyaşlı olmaqla 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki rayon Mərkəzi xəstəxanasına yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.
Region inkişaf və reabilitasiya mərkəzinin rəhbəri Ülviyyə Umarzadə Həkimcanlıda 14.07.2023
1,7 ton narkotik tərkibli bitki məhv edilib...
Zaqatala Polisi “Xaş-xaş-2023” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar edib. Keçirilən tədbir zamanı Aşağı Tala kəndi ərazisində yabanı halda bitən, ümumi çəkisi 1 ton 730 kiloqram olan 2428 ədəd çətənə kolu yandırılaraq məhv edilib.
Bələdiyyə sədrləri cərimələnib...
Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi və Rayon Polis Şöbəsinin əməkdaşları ətraf mühitin çirkləndirilməsi hallarına qarşı bu dəfə Zaqatalada reyd keçirib. Zaqatalanın Faldarlı, Mosul və Kəpənəkçi kəndlərində sənaye və məişət tullantılarının qalaqlanması, çirkab suların su hövzələrinə axıdılması faktları aşkarlanıb. Yol verilən qayda pozuntularına görə, həmin kəndlərin bələdiyyə sədrləri, bir neçə şəxs inzibati məsuliyyətə cəlb edilib.
DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsi və Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşlarının sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə Zaqatala rayonu ərazisində birgə keçirdikləri tədbirlər zamanı Faldarlı, Mosul və Kəpənəkçi kəndlərində sənaye və məişət tullantılarının qalaqlanması, eləcə də yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi faktları aşkar olunub.
İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsinin tələblərini pozduqlarına görə həmin kəndlərin bələdiyyə sədrləri barəsində inzibati tənbeh tədbiri tətbiq olunub. Həmçinin, keçirilən tədbirlər zamanı çirkab sularını su hövzəsinə axıdan şəxslər müəyyən edilib. Onlarla profilaktiki söhbətlər aparılıb və barələrində İnzibati Xətalar Məcəlləsinin 264-cü (Su obyektlərinin mühafizəsi qaydalarının pozulması) maddəsi ilə protokol tərtib edilərək inzibati məsuliyyətə cəlb edilib
Bədbəxt hadisə baş verib...
İsmayıllıda bədbəxt hadisə baş verib. Transformatorda yanan rayonun Hacıhətəmli kənd sakini 53 yaşlı Ceyhun Qubatov həyatını itirib. Kişi ağır dərəcəli yanıq xəsarətləri ilə əvvəlcə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilsə də vəziyyəti ağır olduğundan Bakıya göndərilib. Həkimlərin səylərinə baxmayaraq dünyasını dəyişib.
Serial çəkilişləri sürətlə davam edir...
Şəkidə serialın çəkilişlərı davam edir. Gənc aktyorların və peşəkar kollektivin ərsəyə gətirəcəyi “Sara” adlı 36 bölümlük serialın bu dəfə kamera arxasında əziyyətlə çalışan əməkdaşlarını göstərəcəyik... İlk dəfədir ki, Azərbaycanda əcnəbi rejissorla birgə bədii serial çəkilir. Serialın baş qəhrəmanları, əməkdar artist Mehriban Xanlarova, Oksana Rəsulova və Ziya Ağadır. Obrazları tamaşaçıya doğru şəkildə çatdıran isə filmin görüntü rejissoru, Şahmar Səfəroğludur... Filmdə yaxşı görüntü, təsirli səhnə lentə almaq böyük bacarıq tələb edir deyən müsahibimiz işinin öhdəsindən layiqincə gəlməyə çalışır. Oksimedya və Vaytrup prodakşının birgə layihəsi olan bu bədii serialda hərkəsin ortaq dili ingilis dili olsa da, aralarında yaranan dostluq münasibətləri zəminində hərkəs bir-birini bir baxışdan anlayır. Beləliklə, də peşəkarcasına görülən iş ortaya çıxır.