Super User

Super User

Çərşənbə, 19 İyul 2023 16:15

Qəzalı binanın çarəsiz sakinləri...

İndi isə Şəki şəhərində yerləşən uçma təhlükəsi altında olan binada yaşamağa məcbur olan çarəsiz sakinlərdən danışacağıq. 190-dan artıq sakin dəfələrlə aidiyyatı qurumlara yaşadıqları binadakı dözülməz vəziyyətlə bağlı müraciət etdiklərini bildirirlər. Yarım əsrdən artıq yaşı olan binada gəzəndə döşəmədən tutmuş aynalara divarlara qədər silkələndiyini hiss edirsən və tez bu qorxulu məkanı tərk etməyə çalışırsan. Sakinlərin hər anını qorxu içində yaşadıqları bu bina Şəki şəhərinin mərkəzində İstiqlaliyyət prospekti 313 ünvanında yerləşən yataqxana binasıdır. Bina 1958-ci ildə İpək kombinatının subay işçi personalı üçün tikilərək istimara verilib. 2022-ci ildə Fövqəladə Hallar nazirliyinin ekspert qrupu tərəfindən aparılan texniki baxış aktında bildirilib ki, bina yaşayış üçün yararsızdır və sakinlər təcili olaraq təxliyyə olunmalıdır. Şəkini təmsil edən millət vəkili Vüqar İskəndərov da Milli Məclisin iclaslarında, həmçinin mətbuatda bu məsələni dəfələrlə qaldırıb. Şəki Şəhər Memarlıq idarəsindən isə bildirildi ki, həmin sakinlərin mənzil şəraitinin yaxşılaşdırılması üçün dövlət proqramı nəzərdə tutulur. 2022-ci ilin sonunda şəhər icra hakimiyyəti ilə maliyyə nazirliyi tərəfindən müvafiq layihə də hazırlanıb. Beləliklə qalır layihənin Nazirlər kabineti tərəfindən təsdiqlənməsi və dövlət proqramına salınması. Sakinlər isə binadan köçürüləcəkləri və sonunda qorxmadan rahat şəkildə yaşayacaqları yeni mənzillərində məskunlaşacaqları günü səbirsizliklə gözləyirlər. Rəsmilərin sözlərinə görə 2024-cü ildən sonra onların gözləntiləri həyata keçəcək. Ümid edək ki, o zamanadək qəzalı bina onlarla insan itkisinə səbəb olacaq faciənin qarşısını almaq üçün ayaq üstə durmağa güc tapar.

Çərşənbə axşamı, 18 İyul 2023 19:59

Daşların arasında hazırlanan ləziz \\\"daşarası kabab\\\"

Qəbələ Azərbaycanın zəngin və qədim tarixə malik gözəl bölgələrindən biridir. Min bir çeşidlə rayona gələn turistlərin zövqünü oxşayan Qəbələ mətbəxi həm də qədim yemekləri ilə gələnlərin qəlbində taxt qurub. Belə gözəl yeməklərdən biridə Daşarası kababıdır. Yalnız burada \\\"daşarası kabab\\\" adlanan kabab növünə rast gəlmək olar. Qəbələ mətbəxinin şahı satılan, qaya daşlarının arasında hazırlanan Daşarası kababın 200 ildən çox tarixə malik olduğu deyilir. Qaya daşlarının arasında xüsusi üsulla bişirilən kababın bütün dadı-tamı yeməkdə qalır. Azərbaycanın gözəl guşələrindən olan Qəbələ bölgəsinin şah yeməyi Daşarası kababınını bu dəfə də Laza kəndində lentə aldıq. Qəbələyə gələn yerli və xarici turistlər də Daşarası kababın dadına baxmamış rayondan ayrılmırlar. Qeyd edək ki, Qəbələ mətbəxi həm də döşəmə plov, üçqulaq, düyü, qoz və şabalıd halvaları və digər ləzzətlərlə də zəngindir.

Çərşənbə axşamı, 18 İyul 2023 19:58

Təbii fəlakət Zaqatala və Balakəndə ciddi ziyan törədib

Ötən gün Balakən və Zaqatalada güclü qasırğa baş verib. Təbii fəlakət nəticəsində hər iki rayonun bir sıra kəndlərinə çox ciddi ziyan dəyib. Ağaclar aşıb, dam örtükləri uçub, elektrik xətləri qırılıb və sair ağır fəsadlar meydana gəlib. Güclü küləklə müşahidə olunan leysan bir anda qasırğaya çevrilib. Balakənin Kortala və Meşəşanbul kəndləri də təbii fəlakətin qurbanı olub. Kortala kəndində qasırğa bir çox sakinin evinin su basmasına, evlərinin və tövlələrinin damlarının uçmasına səbəb olub. Eyni zamanda yağan dolu kənd əhalisinin şəxsi təsərrüfatlarına, bostan və əkin sahələrinə ciddi ziyan vurub. Meyvə ağaclarının bir çoxunun məhsulu məhv olub. Kortala kənd tam orta məktəbi də təbii fəlakətdən öz nəsibini alıb. Güclü külək nəticəsində Kortala və Meşəşanbul kəndlərinin elektrik və rabitə sistemi də sıradan çıxıb. Hazırda sözügedən kəndlərdə elektrik enerjisinin verilməsində fasilələr yaranıb. Balakən rayon Fövqaladə Hallar Komisiyasının üzvüləri və müvafiq qrum nümayəndələri əraziyə ezam olunub, dəymiş ziyanın aradan qaldırılması istiqamətində işlər aparılar. Təbii fəlakət Zaqatalanın Uzuntala kəndində də bir sıra fəsadlar törədib. Bir fərdi yaşayış evinin və yardımçı tikilinin dam örtüyünü qismən külək aparıb. Kəndin bəzi ərazilərində ağaclar aşıb, şəxsi təsarrüfatlara ziyan dəyib. Güclü külək səbəbindən Zaqatalanın Muxax, Yuxarı Çardaqlar, Çobankol, Qımır, Bazar və Göyəm kəndlərini də elektrik enerjisi ilə təmin edən xətlərdə qəzalar baş verib. İyulun 17-i axşam saat 22 radələrindən 18-i səhər saat 10 radələrinə kimi elektrik enerjisinin verilməsində fasilələr yaranıb. Bu kəndlərdə də təbii fəlakətin fəsadlarının aradan qaldırılması istiqamətində işlər aparılır. Qısa zaman ərzində işlərin yekunlaşması gözlənilir.

Çərşənbə axşamı, 18 İyul 2023 19:57

\"Niva\" qaydanı pozdu, \"07\"nin zərbəsinə tuş gəldi.

Yol hərəkəti qaydasını kobud şəkildə pozan \"Niva\" markalı avtomobilin sürücüsü qəzaya səbəb olub. Hadisə Şamaxıda baş verib. Görüntüdən aydın görünür ki, vaz 2107 markalı minik maşını, dayandığı yol kənarından geriyə dönmək üçün qəfil yolun ortasına çıxan nivaya çırpılır. Ölən və xəsarət alanlar barədə məlumat yoxdur.

Çərşənbə axşamı, 18 İyul 2023 19:56

Diplomatlar yeni əkilən ağaclara baxış keçirib

İsmayıllıda Ümumilli lider Heydər Əliyevin 100 illiyi münasibəti ilə 100 min Sidr ağacı əkilib. Tədbirdə Azərbaycanda olan xarici ölkə səfirləri, Türkdilli Dövlətlərin Parlament Assambleyasının, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun rəhbərliyi, diplomatlar, iş adamları iştirak edib. Aksiya çərçivəsində həmçinin Azərbaycanla Qırğızıstan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibəti ilə əkilmiş ağaclara baxış həyata keçirilib.

Qəbələdə bostan bitkilərinin arasında çətənə kolu yetişdirən keçmiş məhkum saxlanılıb. Polis Şöbəsinin əməkdaşları Bum qəsəbə sakini, əvvəllər məhkum olunmuş Elnur Eyyubovu şübhəli şəxs kimi saxlayıb. Onun yaşadığı ünvana baxış keçirilən zaman evin həyətyanı sahəsindəki yarımçıq tikilidən və bostan bitkilərinin becərildiyi dirrikdən Elnur Eyyubov tərəfindən xüsusi aqrotexniki qulluq göstərməklə yetişdirilən, ümumi çəkisi 20 kiloqrama yaxın çətənə kolları aşkar edilib. Bitkilər kökündən çıxarılaraq maddi sübut kimi götürülüb. Saxlanılan şəxs ifadəsində çətənə kollarını bir neçə ay bundan öncə becərdiyini və xüsusi qulluq göstərdiyini etiraf edib. Faktla bağlı Qəbələ Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.

Çərşənbə axşamı, 18 İyul 2023 19:36

Şəkidə serial çəkilişləri davam edir

Beynəlxaq layihə olan “Sara” serialının çəkilişləri davam edir. Serial oktyabrdan ARB və Pakistan televiziyasında yayımlanmağa başlayacaq. Layihənin anons edilən tarixə çatması üçün qızğın iş prosesi gedir. Ətraflı sujetdə.... \"Sara\" serialının çəkilişləri hər gün daha çox marağa və səs küyə səbəb olur. Layihənin yayımlanmadan məşhurlaşması seriala olan maraqdan bəllidir. Serialın sujet xətti əsasən gündəlik həyatda qarşıalaşdığımız hadisələrdir. Aktyorlar isə daha təbii və xalqa yaxın olmaq üçün rollarını peşəkarcasına ifa etməyə çalışırlar. Məqsəd oynadıqları obrazları tamaşaçıya sevdirmək və serialın daha geniş kütlə arasında yayılmasına nail olmaqdır. Qızğın iş prosesinin davam etdiyi layihədə hər kəs bir nəfər kimi ən mükəmməl işi ortaya çıxarmaq üçün çalışır.

Çərşənbə axşamı, 18 İyul 2023 10:32

Niyaməddin Musayev ilə Bizim vaxtımızda 16.07.2023

Qəbələ rayon Mədəniyyət Mərkəzində Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimovun xatirəsinə həsr olunmuş “Şanlı Zəfərə aparan yol” adlı tədbir keçirilib.  Milli Qəhrəman Polad Həşimovun və ərazi bütövlüyümüz uğrunda canlarından keçən şəhidlərin xatirəsi yad edilib. Çıxış edənlər Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən ordu quruculuğu sahəsində həyata keçirilən məqsədyönlü tədbirlərdən bəhs edib, 2020-ci ilin iyul hadisələrinin 44 günlük Vətən müharibəsindəki şanlı Qələbənin qazanılmasında mühüm əhəmiyyəti olduğunu diqqətə çatdırıblar. Həmçinin Milli Qəhrəmanın döyüş yolundan bəhs olunub.Tədbirdə rayon Mədəniyyət Mərkəzinin əməkdaşlarının hazırladığı Polad Həşimova həsr olunmuş ədəbi-bədii kompozisiya nümayiş etdirilib.Sonda tədbir iştirakçıları Polad Həşimova həsr olunmuş videoçarxa baxıblar.

373 -dən səhifə 613

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S