Super User
Serial çəkilişləri davam edir
Bir müddətdir ki, Azərbaycanın qədim və tarixi diyarı olan Şəkidə \"Sara\" serialı çəkilir. Serialın çəkilişləri üçün məkan olaraq Şəkinin seçilməsi isə heç də təsadüfi deyil. Belə ki, Şəki daim mədəniyyətlərin kəsişdiyi, öz tarixi şəxsiyyətləri ilə seçilən bir şəhərdir. Sovet dövründə belə Şəki həmişə kinorejissorlar tərəfindən sevilən məkan olub. İndi də film və serial çəkilişləri üçün Şəkiyə üz tutan kinorejissorlar heç də az deyil. Elə \"Sara\" serialının da layihə rəhbərləri məhz bütün bunlar rəhbər tutaraq Şəkini seçiblər. Serialın çəkilişləri əsasən Şəkinin özündə, Qoxmuq və Kiş kəndlərində aparılır. 36 bölümdən ibarət bədii serial daha öncəd qeyd etdiyimiz kimi oktyabrdan etibarən ARB televiziyasında yayımlanmağa başlayacaq. Siz də serialı izləyərək həm qəhrəmanlarımızla yaxından tanış ola, həm də Şəkinin füsunkar təbiətini görə bilərsiniz.
İşiq dirəyindən yıxılan kişi ölüb.
Balakəndə isə 62 yaşlı kişi işıq dirəyindən yıxılıb. Rayon sakini Ömər Ustayev hadisə vaxtı çoxsaylı sınıq xəsarətləri alıb. Dərhal xəstəxanaya aparılsa da onun həyatını xilas etmək mümkün olmayıb. Aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib. Ömər Ustayev rayonun İşıq idarəsinin əməkdaşı olub.
İsmayıllıda kişi meyiti tapılıb.
İsmayıllıda kişi meyiti tapılıb. Təxminən 30-40 yaşlarında kişiyə məxsus olan cəsədi kənd sakinləri səhər saatlarında rayonunun Diyallı kəndi ərazisində, internet kabelləri çəkilən çuxurda aşkar ediblər. Əraziyə dərhal hüquq -mühafizə orqanlarının müvafiq ekspert qrupu çağrılıb. Cəsəd müayinə olunması üçün tapıldığı yerdən götürülüb, morqa aparılıb.
İdarəetmədən çıxan maşın aşdı.
Oğuzda ağır yol qəzası olub. Bir ailənin dörd üzvü xəsarət alıb. Hadisə rayonun Yaqublu kəndi ərazisində baş verib. 35 yaşlı Bakı sakini Kəbirağa Şirinov idarə etdiyi \"Chevrolet Cruze\" markalı avtomobillə hərəkətdə olarkən sükana nəzarəti itirib. İdarəetmədən çıxan maşın yol kənarına aşıb. Qəza zamanı sürücü, onun həyat yoldaşı 30 yaşlı Sevda Şirinova, övladları 11 yaşlı Elbrus və 10 yaşlı Muhamedhüseyn müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar əvvəlcə Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Onlara ilkin tibbi yardım göstərildikdən sonra müayinə və müalicələrini davam etdirmək üçün Qəbələ Rayon Mərkəzi Xəstəxanasına göndəriliblər.
Uşaqların sevimlisi Rəhman Rəhmanovla Müşfiqabadda Kim var, Kim yox? 20.07.2023
Eşitməyən qalmasın 20.07.2023
Oksanadan etiraf: Həkimliklə məşğul olsaydım, indi Azərbaycanda nömrə 1 idim | Həkimcanlı 20.07.2023
Serial çəkilişləri davam edir...
Yəqin ki, daha öncə bizim reportajları izləyənlər \"Sara\" serialından xəbərdardılar. Oktyabrda yayımlanması planlaşdırılan serialda çəkilişlərin böyük bir hissəsi yekunlaşıb. Ancaq çəkilişlər yay boyunca davam edəcək. Serialın kadr arxasında bütün heyyət var gücü ilə çalışmağa davam edir. Oksimedya və Vaytrup prodakşının birgə layihəsi olan ekran işində Azərbaycanlı rejissorlarla yanaşı, əcnəbi rejissorların da əməyi var.
MEDİA və DİN adlı üçgünlük seminar öz işinə başladı...
İsmayıllıda \"Media və din\" adlı üçgünlük seminarın açılış mərasimi olub. Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Səyavuş Heydərov, Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov, Fondun Himayəçilik Şurasının üzvü, \"SƏS\" Media qrupunun rəhbəri Bəhruz Quliyevin məruzələri dinlənilib. Daha sonra Fondun beşillik fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş olunub. Xatırladaq ki, tədbir çərçivəsində iştirakçılar üçün seminarlar keçiriləcək, məruzələri dinləniləcək, mətbuat nümayəndələrinin iştirakı ilə müxtəlif mövzular ətrafında müzakirələr aparılacaq, İsmayıllı rayonunda yerləşən bir sıra tarixi məkanlara ekskursiyalar da təşkil olunacaq.
Bank işçisi odlu silahla güllələnib...
Kənd sakini 31 yaşlı Turan Məmmədovla həmyaşıdı, rayonun Dəymədağlı kənd sakini Cavidan Məmmədov arasında mübahisə yaranıb. Daha sonra tərəflər aralarında yaranan münasibətə aydınlıq gətirmək üçün bir araya gəliblər. Onlar Almalı kəndində görüşüblər. Böyüyən məsələnin sonu qanla bitib. Cavidan Məmmədov özü ilə götürdüyü ov tüfəngi ilə Turan Məmmədova atəş açıb. O, ağır vəziyyətdə Qax Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Artıq polis hadisəni törədən şəxsi saxlayıb. Cavidan Məmmədov saxlanılaraq istintaqa təhvil verilib. Qeyd edək ki, odlu silahla güllələnən Turan Məmmədov Qaxdakı bankların birinin əməkdaşıdır.