Super User

Super User

Bazar ertəsi, 17 İyul 2023 19:51

İsmayıllıda 35 yaşlı qadın qətlə yetirilib

İsmayıllıda 35 yaşlı qadın qətlə yetirilib. Şübhəli şəxs qismində əri saxlanılıb. Hadisə bu gün günorta saatlarında rayonunun Təzəkənd kəndində törədilib. Kənd sakini Aytən Bədəlovanın kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olduqdan sonra hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə cəlb olunub. İlkin istintaq tədbirlərindən sonra qadını həyat yoldaşı, 35 yaşlı Etibar Bədəlovun öldürdüyü müəyyən edilib. Cinayət ailə münaqişəsi zəminində baş törədilib. Faktla bağlı Rayon Prokurorluğunda araşdırma aparılır. 

Bazar ertəsi, 17 İyul 2023 19:17

Yarım əsrin məzunları illər sonra bir arada

Şəki şəhər 2 nömrəli tam orta məktəbin məzunları 50 il sonra doğma təhsil ocağında yenidən bir araya gəliblər.   1973-cü ildə doğma məktəblərindən məzun olmuş yarım əsrin məzunları yenidən parta arxasında əyləşib, müəllimləri ilə söhbətləşiblər. Müxtəlif sahələrdə əmək fəaliyyətləri ilə məktəblərinin  adını yüksəldən, müəllimlərinin etimadını doğruldan 50 ilin məzunları məktəb illəri ilə bağlı xoş və kövrək xatirələrini bölüşüb, keçmiş fotolarına baxıblar. Sonra məzunların riyaziyyat müəllimi Məhəbbət Abdullayeva 50 il əvvəl dərs dediyi məzunlara işlərində uğurlar arzulayıb. Sonda isə görüşdə iştirak edənlər xatirə fotosu çəkdiriblər. 

Düşərgənin rəsmi açılış mərasimində diqqətə çatdırılıb ki, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda etmiş qəhrəman Vətən övladlarının əziz xatirəsi daim ehtiramla yad edilir. Eyni zamanda bu cür düşərgələr onların yadigarlarının həm yeni biliklər və bacarıqlar əldə etmələrinə, həm də asudə vaxtlarını səmərəli keçirmələrinə dəstək olacaq. Ümumilikdə 300-dən çox uşağı əhatə edəcək 7 düşərgənin həyata keçirilməsi nəzərdə tutulur. Layihə çərçivəsində hər düşərgədə uşaqlar üçün əyləncə saatları, öyrədici təlimlər, teatr tamaşaları, öz sahəsində müsbət imicə malik olan peşəkarlarla, qurum rəhbərləri ilə görüşlər, ekskursiyalar, psixoloqların iştirakı ilə təlimlər, konsultasiyalar və müğənnilərin iştirakı ilə konsert proqramları keçiriləcək.  Balaca fidanların ilk üz tutduqları məkan isə Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası olub. Qəhrəmanlarımızın övladlarına göy cisimlərini izləmək üçün nəzərdə tutulan teleskoplar göstərilib. Xatırladaq ki, Şamaxıda baş tutacaq hər bir düşərgə 5 gecə 6 günü əhatə edəcək.Sentyabr ayının əvvəlinədək reallaşdırılacaq düşərgələrdə şəhidlərimizin 10-11, 12-14 , 15-17 yaş kateqoriyasında olan övladları iştirak edəcəklər. Düşərgə boyunca uşaqlar sığortalanmış olacaqlar və davamlı olaraq həkim nəzarəti, psixoloqlar tərəfindən müşayiət olunacaqlar. Sponsorlar və dəstəkçilər tərəfindən iştirakçılara müxtəlif hədiyyələr də təqdim ediləcək.

Xəqani Məmmədov adına reabilitasiya mərkəzi 5 ildir ki, bütün Azərbaycana xidmət verir. Burada respublikanın hər bir yerindən olan uşaqlar müalicə alır. Psixoloji, pedaqoji, laqopedik, fizyaloji, sosial və sair yardımlar göstərən ilk müəssisələrdən biridir. Bu gün isə mərkəzin yeni binasının açılışı baş tutub. Mərkəzin yeni binasında ən müasir müalicə metodları və ən yeni texnalogiyalardan istifadə edilir. Reabilitasiya mərkəzində artıq hovuz da istifadəyə verilib. Hovuz xidmətlərindən isə yalnız xanımlar və uşaqlar istifadə edə bilər. Onu da qeyd edək ki, mərkəzdə 16 mütəxəssis çalışır. Onların hər biri öz sahəsinin peşəkarlarıdır. Mərkəz rəhbərliyi yuxarıda sadalan diaqnozlarla bağlı onlara müraciət edənləri tam sağlamlıqlarına qovuşduracaqlarını bildirir. Mərkəzdə şəhid və qazi övladlarının müayinəsi və müalicəsi isə tam ödənişsiz həyata keçirilir.

Bazar ertəsi, 17 İyul 2023 18:20

69 yaşlı kişini su hovuzunda ilan sancıb

Hadisə Qax rayonunun Ləkit kəndində baş verib. Kənd sakini 69 yaşlı Vaqif Aydınov öz həyətində ilan sancıb. Yaralı Təcili Tibbi Yardım avtomobili ilə Qax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. İlan sancan şəxsin yaxınlarının verdiyi məlumata görə, onlar ilk olaraq ilanın su olmayan hovuzun içərisində yatdığını ailə başçısına xəbər veriblər. Vaqif Aydınov isə əlində olan ağac parçası ilə ilanı hovuzdan kənarlaşdırmaq istəyib. Ani bir ehtiyatsızlıq nəticəsində ilan onun sağ əlindən sancıb. İlan sancan Vaqif Aydınova ilan zəhəri əleyhinə zərdab vurulub, müalicəsi xəstəxananın reanimasiya şöbəsində davam etdirilir.

Oksimedia və Vaytrup prodakşının birgə ərsə gətirdiyi serialın çəkilişlərinə iyul ayının əvvəlindən start verilib. Öz ölkələrində kifayət qədər tanınan əcnəbi rejissorlar, Azərbaycanda da bundan sonra öz dəsti- xətti ilə seçilmək niyyətindədirlər. Onlar Azəbaycanda olmaqdan həm məmnundurlar, həm də serialın müəyyən tamaşaçı kütləsinə xitab edəcəklərini düşünürlər. Beynəlxalq proyekt olan “Sara” serialının ARB televizyası ilə yanaşı, Pakistan televiziyalarının birində də nümayişi planlaşdırılır.  

Bazar ertəsi, 17 İyul 2023 11:30

Elm və səyahət | Bəlkə 16.07.2023

Bazarlardakı qiymətlər meyvələrə görə dəyişir. Beləki, alma, armud, əriyin, alçanın dəyəri keçən ilə nisbətən bu il daha münasibdir. Ancaq qarğıdalı, şaftalı kimi meyvələrin qiymətində isə keçən ilə nisbətən 20-30 qəpik bahalaşma var.  Bəs, bazarda alıcılıq qabiliyyəti necədir? Qarpızın qiymətində də bahalaşma var. Bunun səbəbi məhsula təlabatın artması və hava şəraitidir.  Bəzi məhsulların qiymətlərində müəyyən dərəcədə ucuzlaşma isə məhsul bolluğu ilə əlaqələndirilir. İqtisadçılar isə məhsul bolluğu ilə yanaşı, inflyasiya kimi amillərin də qiymətlərə təsirini vurğulayırlar. Məhsulun sahədən satış dəyəri ilə son istehlak qiyməti arasında fərq illərdir elə müzakirə mövzusu olaraq qalır. Yəni qiymətlərin formalaşmasında əsas rolu istehsalçıdan tədarükçüyə qədər gedən proseslər oynayır. Çatdırılma mexanizmi olmadığından Azərbaycan fermerləri öz məhsulunu birbaşa çıxara bilmir. Birbaşa satış yalnız hökumətin təşkil etdiyi kənd təsərrüfatı yarmarkaları vasitəsilə mümkün olur. Nəticədə məhsul bir neçə əl dəyişir və fermerlərin təyin etdiyi qiymətlərlə son bazar qiymətləri arasında kəskin fərq hiss olunur. O da vurğulanır ki, ölkədə logistik xərclər, anbar təsərrüfatlarının mövqeyi, enerji daşıyıcıları da məhsulun dəyərinə təsiri göstərir. Onu da qeyd edək ki, bu ilin 6 ayında Azərbaycan meyvə-tərəvəz ixracından 350 milyon dollardan çox gəlir əldə edib. 2022-ci ilin hesabat dövrü ilə müqayisədə ixracdan gəlirlər azalıb. Belə ki, bu il təsərrüfatçılar 348 min 774 ton meyvə-tərəvəz ixracına görə, 350 milyon dollar qazanıblarsa, ötən il 306 min 376 ton meyvə-tərəvəz üçün 328 mln. 109 min dollar əldə etmişdilər.

374 -dən səhifə 613

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S