Super User

Super User

Cümə axşamı, 27 İyul 2023 08:47

Qaxda meşədə bir nəfər itkin düşdü

Qaxda 31 yaşlı oğlan itkin düşüb. İlisu kənd sakini Rəhman Kamallı iyulun 23-ü, təxminən saat 20 radələrində dağlıq-meşəlik ərazidə naməlum istiqamətdə gedərək yoxa çıxıb. Bu barədə onun yaxınları məlumat veriblər. Hazırda rayon polis şöbəsinin və digər aidiyyəti qurumların əməkdaşları axtarışlara cəlb olunub. Rəhman Kamallını rayonun Sarıbaş kənd sakini Ramazan adlı çobanın Sarıbaş kəndi yaxınlığındakı “Alagöz” yaylağına fermada işləmək üçün apardığı bildirilir. Onun elə yaylaq ərazisində itkin düşdüyü ehtimal edilir. 

Cümə axşamı, 27 İyul 2023 08:46

Qaxda bıçaqlanma olub

Qaxda bıçaqlanma olub. Hadisə rayon ərazisində yerləşən şadlıq evlərinin birində keçirilən toyda qeydə alınıb. Gədəbəy rayon sakini olan 21 yaşlı Ariz Əhmədov ailə qurduğu qızın toy mərasimində iştirak etmək üçün Qax şəhərinə gəlib. Toyun sonuna yaxın onunla Qax rayon sakini Yamən Şıxəmirli arasında şəxsi münasibətlər zəminində mübahisə baş verib. Mübahisə zamanı Ariz Əhmədov bıçaqla 25 yaşlı Yamən Şıxamirlini vurub. Ariz Əhmədov polis əməkdaşları tərəfindən saxlanılıb. Ariz Əhmədov və Yamən Şıxamirli Vətən müharibəsinin iştirakçıları olub. Faktla bağlı araşdırma aparılır.

Çərşənbə, 26 İyul 2023 08:39

Ana və iki övladı qarpızdan zəhərləndi...

İsmayıllıda ana və iki övladı qarpızdan zəhərlənib. Mollaisaqlı kənd sakinləri-61 yaşlı Solmaz Ağakişiyeva, 27 yaşlı Bəhman Şəhlalı və 29 yaşlı Lazım Şəhlalının axşam yeməyindən sonra halı pisləşib, onlarda işləmə və qusma əlamətləri baş verib. Ana və övladları təcili olaraq İsmayıllı rayon Mərkəzi Xəstəxanasına aparılıb. Ailə üzvlərinin qarpızdan zəhərləndiyi ehtimal olunur. Araşdırma aparılır.

İsmayıllıda partlayışla müşahidə edilən güclü yanğın olub. Şəhərin Heydər Əliyev prospektindəki evlərdən birində başlayan yanğın qısa vaxtda böyük əraziyə yayılıb. Küləkli hava alovu yaxınlıqdakı digər ev və mağazalara da keçirib. Hadisə zamanı rayon sakini, Eldəniz Əkbərova məxsus 4 otaqlı ev tamamilə külə dönüb. Aqşin Əkbərova məxsus mənzil də içərisindəki əşyalarlar birlikdə yanıb. Mənzilə bitişik, sahəsi 30 kvadratmetr olan mağaza, 80 kvadratmetr olan anbar yararsız hala düşüb, yaxınlıqda yerləşən digər bir obyektin isə tavanı əriyib. Xəsarət alan yoxdur. İlkin araşdırmadan sonra, yanğının evlərdən birinin zirzəmisində qaz balonunun partlamasından sonra başverdiyi məlum olub. Araşdırmalar davam etdirilir.

İsmayıllıda ağır yol-nəqliyyat hadisəsi baş verib. Şəhər ərazisində hərəkət edən \"VAZ 2106\" və \"VAZ 2109\" markalı minik avtomobillərinin toqquşması nəticəsində 4 nəfər İsmayıllı sakini - 33 yaşlı Rahib Süleymanov, Cavid Musayev, Lətifə Şıxalıyeva və 37 yaşlı Tərlan Hacıyev ağır xəsarət alıb. Yaralılar İsmayıllı rayon Mərkəzi Xəstəxanasına aparılıb. Faktla bağlı araşdırma aparılır.

Çərşənbə, 26 İyul 2023 08:19

Dağda itkin düşən turistlər tapıldı...

Şəki şəhərində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibəti ilə Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən təşkil olunan “Ulu Öndər: Dəyərlərimizin xilaskarı” adlı üçgünlük seminar öz işinə başlayıb. Tədbirdə Mənəvi Dəyərlərin Təbliği fondunun, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəsmiləri, məruzəçilər, Balakən, Zaqatala, Qax, Şəki rayonlarından olan gənclər və ictimaiyyət nümayəndələri iştirak edib. Seminarın açılış mərasimində Fondun 5 illik fəaliyyətinə həsr edilmiş film nümayiş olunub. Rəsmi hissədə çıxış edənlər bildirib ki, müasir qloballaşan dünyada və üzləşdiyimiz təhdidlər səbəbindən milli mənəvi kimliyimizin dərki, təbliği, gənc nəsillərə ötürülməsi hər ötən gün daha da önəm qazanmaqdadır. Qeyd edək ki, seminar çərçivəsində ekspertlər tərəfindən müxətlif mövzularda mühazirə və diskussiyaların təşkili, fondun dəstəyi ilə hazırlanmış “Heydər Əliyev və azərbaycançılıq”, “Dəyərlərimizin dastanı” adlı filmlərin nümayişi, şəhər ərazindəki tarixi-mədəni abidələrin ziyarət edilməsi, “Dəyərlərimizi öyrənək” adlı intellektual yarış, eləcə də digər tədbirlərin həyata keçirilməsi planlaşdırılıb. Üçgünlük seminar 27 iyul tarixlərinədək davam edəcək.

Qapalı məkanlarda tütün məmulatlarından istifadəyə dair məhdudiyyətlərə riayət edilməsinin təmini və ətraf mühitin mühafizəsi tələblərinin daha da gücləndirilməsi məqsədilə Polis əməkdaşları tədbir keçirib. Kafe və restoranlarda keçirilən tədbir zamanı qapalı məkanlarda siqaret çəkən, eləcə də tütün məmulatı tullantılarını ətraf mühitə atan şəxslər aşkar olunub. Balakən rayonunda cari il ərzində qeyd olunan qayda pozuntuları ilə bağlı polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində İnzibati Xətalar Məcəlləsinin 212-ci maddəsinin tələblərini pozan 218, 266.3-cü maddəsinin tələblərinə əməl etməyən 90 və 396-cı maddənin tələblərini pozan 42 nəfər barəsində inzibati tənbeh tədbiri görülüb.

Çərşənbə, 26 İyul 2023 08:05

Serial çəkilişləri davam edir...

Uzun illərdir ki, seriallarda çəkilməyən Gülşad Baxşıyevanın bu layihəni seçməsi heç də təsadüfi deyil. Ancaq, istər ssenarisi, istərsə də füsünkar təbiəti, tarixi- mədəniyyət abidələriylə zəngin olan qədim Şəki əməkdar artistdə seriala çəkilmək arzusu, həvəsi yaradıb. Əməkdar artist, ssenariylə tanış olduqdan sonra, məhz dəli Suğra rolunu, obrazın yaşadığı hissləri tamaşaçıya çatdırmaq qərarına gəlir. Suğra əslində hərkəs tərəfindən haqsızlığa uğrayan, tək tənha, ailəsindən didərgin düşmüş bir obrazdır. Gülşad Baxşıyevanı çox sevindirən bir hal da odur ki, serialda peşəkarlala yanaşı, gənc kadrlar çoxluq təşkil edir. Qeyd edək ki, serialın çəkilişləri hələ davam edir, bu isə o dəməkdir ki, yaxın vaxtlarda layihənin heyətinə yeni və məşhur aktyorlar yenə qatıla bilərlər.

Çərşənbə axşamı, 25 İyul 2023 08:09

Elit Star Cəmilə Xəyalə ilə Sizdəyik -də 23.07.2023

370 -dən səhifə 613

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S