Super User
Seçki mübahisələrinin məhkəmə qaydasında həlli müzakirə olunub...
Fevralın 7-nə təyin edilmiş növbədənkənar Prezident seçkiləri ilə əlaqədar Mərkəzi Seçki Komissiyası Şəkidə Ali Məhkəmə və apellyasiya məhkəmələri ilə birgə “Seçki mübahisələrinin məhkəmə qaydasında həlli” mövzusunda regional seminar-müşavirə keçirib.
Seminar-müşavirədə region üzrə apellyasiya məhkəmələrinin hakimləri və 17 dairə seçki komissiyalarının sədrləri iştirak edib. Tədbirdə Mərkəzi Seçki Komissiyası, Ali Məhkəmə və Şəki Apellyasiya Məhkəməsinin məsul vəzifəli şəxsləri Prezident seçkilərində vətəndaşların seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin seçki komissiyalarına verilməsi və onların araşdırılması qaydaları, seçki hüquqlarının müdafiəsi ilə bağlı qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi və məhkəmədə seçki hüquqlarının müdafiəsi ilə bağlı işlər üzrə icraat barədə təqdimatlarla çıxış ediblər.
Seminar-müşavirənin sonunda seçki mübahisələrinin məhkəmə qaydasında həllinə dair müxtəlif mövzular ətrafında müzakirələr aparılıb və iştirakçıları maraqlandıran suallar cavablandırılıb. Qeyd edək ki, sözügedən layihənin reallaşdırılmasında başlıca məqsəd qarşıdan gələn seçkilərin azad, ədalətli və şəffaf keçirilməsinin təmin olunmasıdır. Seminar-müşavirədə ATƏT-in uzunmüddətli beynəlxalq müşahidəçiləri də iştirak ediblər.
DYP hava şəraiti ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib...
Qarabağ şeiri ilə sosial şəbəkələrdə fenomenə çevrilən Səadət...
Balakən rayonu 1 saylı tam orta məktəbin 8-ci sinif şagirdi olan Səadət Çerçiyeva səsləndirdiyi vətənpərvərlik şerləri ilə dinləyən hər kəsin qəlbini fəth edib. Yaşının az olmağına baxmayaraq bədii qiraət üzrə bir çox respublika və rayon əhəmiyyətli yarışların qalibi olmuş bu yeniyetmə qız bir neçə il öncə söylədiyi Qarabağ şeiri ilə də sosial şəbəkələrdə fenomenə çevrilmişdi. Gələcəkdə jurnalist olmağı qarşısına məqsəd qoyan Səadət, bu arzusuna çatmaq üçün səylə çalışır. Dərslərini yaxşı oxuyan məktəbli, boş vaxtlarını kitab oxumaq və internet üzərindən qiraət yarışmalarını axtarıb, araşdırıb qatılmağa həsr edir. Səadətin ən böyük dəstəkçiləri də elə ailəsidir. Səadət Çerçiyeva hal-hazırda “Ən yaxşı Təqdimat” yarışmasına hazırlaşır. Gələn il qatılacağı bu yarışmada yeniyetmə məktəblinin təqdimatı Ulu Öndər Heydər Əliyevə həsr olunub. Bir də bir arzusu var Səadətin. Bir neçə il öncə sosial şəbəkələrdə onu fenomen edən Qarabağ şerini elə Qarabağda, azad torpaqlarımızda yenidən səsləndirmək.
Nüşabə Musayeva: Gündəmdə olmayanlar gündəmdəkilərdən çox qazanır | Xəbərin var 09.01.2024
Həftə içi 5 gün səhər saat 09:00-dan 11:00-a kimi Kanal S-də "Xəbərin var?" adlı verilişin aparıcıları İsa Şükürov və Elyar Sadiqovdur.
Nüşabə Musayeva: Bir toydan 18 000 manat götürmüşəm! | Xəbərin var 09.01.2024
Həftə içi 5 gün səhər saat 09:00-dan 11:00-a kimi Kanal S-də "Xəbərin var?" adlı verilişin aparıcıları İsa Şükürov və Elyar Sadiqovdur.
Natiq Dağlaroğlu, oğlu Məhəmməd və aşıq Ədalətlə Qazax elinə "Kim var, kim yox?" dedik 09.01.2024
Balaca Sevgi Tiktok fenomeni Niaya səsləndi... Mənə şir atmadın! | Çıxış Yolu 08.01.2024
Keyfiyyətli zeytun yağını ayırd etməyin yolu | Elə çarə 09.01.2024
Səhər dəmi 09.01.2024
Qorxmazlığı, igidliyi ilə ad qazanan şəhid Sərxan Köklərov...
Qorxmazlığı, igidliyi ilə ad qazanan, yağı düşmənin ürəyinə od salan qəhrəman vətən oğullarından biri də Balakənin Tülü kəndində dünyaya göz açan Sərxan Köklərovdur. Sərxan Silahlı Qüvvələrin “N” saylı hərbi hissəsində xidməti tamamladıqdan sonra, öz arzusu ilə ordu sıralarında qalmağı seçir. Nümunəvi xidmətinə görə “Silahlı qüvvələrin yaranmasının 95 illiyi”, “Azərbaycan ordusunun yaranmasının 100 illiyi” münasibətilə və “Qüsursuz xidmətə görə” medalları ilə təltif olunur. “N” saylı hərbi hissənin tibb məntəqəsində sanitar sürücü vəzifəsini icra edən Sərxan Vətən müharibəsinin ilk günlərindən döyüşlərə qatılır. Suqovuşanın və ətraf ərazilərin azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla vuruşur. “Suqovuşanın azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunur. Müharibə bitdikdən sonra doğmaları, yaxınları qəhrəman el oğlundan artıq rayonuna, evinə qayıtmasını istəsələr də, o, “Hələ Vətənimin mənə ehtiyacı var, işimiz tam bitməyib yağı düşmənlə“ cavabını verir. Onu tək başına min-bir əziyyətlə böyüdən anasını, ömür gün yoldaşını və 3 balasını Vətənə əmanət edərək, yenidən öz xidmətinin başına dönür. Sərxan Köklərov 2023-cü ilin sentyabrında Azərbaycan ordusunun Qarabağda apardığı cəmi 24 saat davam edən antiterror tədbirləri zamanı şəhadətə yüksəlir. Şəhadətindən sonra o, Vətən qarşısında olan borcunu layiqincə yerinə yetirərkən fərqləndiyinə görə 3-cü dərəcəli “Vətənə Xidmətə görə” ordeni və “Vətən uğrunda” medalı ilə təltif olunub. Şəhidin medalları ailəsinə təqdim edilib. Sərxan Köklərovun Aysu, Məryəm və Yusif adlı 3 övladı canından çox sevdiyi Vətəninə əmanət qalıb.