Super User

Super User

Şəkidə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Rayonunun Daşüz kənd sakini, 41 yaşlı Vüqar Mülayimov “Opel” markalı avtomobillə rayon ərazisində hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi yolun kənarındakı ağaca dəyib, sonra aşıb.
Sürücü aldığı xəsarətlərdən yerində ölüb. Yol-nəqliyyat hadisəsi ilə bağlı bəzi təfərrüatlar da məlum olub. Belə ki, mərhum Vüqar Mülayimovun yeznəsi 48 yaşlı Telman İsaqov idarə etdiyi “VAZ-21099” markalı minik avtomobili ilə Şəkinin Çələbixan qəsəbəsi ərazisində qəza törədib.
Telman İsaqov və maşında olan sərnişin Elçin İbrahimxəlilov xəsarət alıblar. Hadisəni eşidən Vüqar Mülayimov yeznəsinin arxasınca gedərkən qəzaya düşüb və həyatını itirib. Faktla bağlı araşdırma aparılır.

Əslində tibb məntəqəsi heç yoxdur desək, həqiqəti tam da əks etdirməz. Olmağına, sözdə məntəqə var. Amma həm şəraitinin yoxluğu, həm də sakinlərə uzaq olması imkanları əlverişsiz edir. Məntəqə keçmiş kolxoz binasının tərkibində yerləşir.Binada məntəqə ilə yanaşı bir neçə idarə də fəaliyyət göstərir. Nəzərə alsaq ki, məntəqələrə xəstə, səhhətində problem olan insanlar müraciət edir, bu zaman yoluxucu xəstəliyi olan şəxs digər idarə əməkdaşları üçün də təhlükə törədir. Problem sadəcə məntəqə binasının vəziyyəti ilə də bitmir. Tibb məntəqələrinin əksəriyyətində heç bir müasir avadanlıq, eləcə də dərman vasitəsi yoxdur. Odur ki, istər ilkin tibbi yardım tədbirlərinin göstərilməsi, istərsə də ən sıradan bir dərman preparatlarını ala bilmək üçün azı 20-25 km yol qət edib ya rayon mərkəzinə, ya da Qəbələyə getməli olur sakinlər. Bu məsafə şəxsi avtomobili olanlara elə də baha-başa gəlmir, amma gediş-gəliş üçün taksidən istifadə edənlər dərman almaq üçün əməlli başlı xərcə girir. Mövcud vəziyyət İstisu,Çayqovuşan,və Sumağanllı kəndlərində də yaşanır.İstisu kəndindəki tibb məntəqəsi baxımsızlıqdan qəzalı vəziyyətdədir.Bu da azmış kimi məntəqənin yerləşdiyi binada antisanitar vəziyyət hökm sürür. Sakinlər tibb məntəqələrinin bərpasını, ən kritik vəziyyətdə ilkin tibbi yardım almaları üçün kömək istəyirlər. Məsələ ilə bağlı TƏBİB-ə ünvadığımız sorğu isə cavabsız qalıb.

Çərşənbə, 26 Aprel 2023 07:56

Muxax çayı, yoxsa Böyükçay?

130 minə yaxın əhalinin yaşadığı Zaqatala ərazisindən 7 çay axır. Əsas çaylar Qanıx, Katex, Tala, Muxax çayları olmaqla, Qanıx çayı hövzəsinə aiddir. Uzunluğu 56 kilometr olan Muxax çayı Qanıx çayından sonra rayon ərazisindən axan ən uzun çaydır. Adını isə rayonun ən böyük kəndlərindən olan, 10 minə yaxın əhalinin yaşadığı Muxax kəndindən alıb. Bir neçə il öncə bu çayın adını bildirən “ Muxax çayı “ lövhəsi “Böyükçay” olaraq dəyişdirilib. Çayın adının dəyişdirilməsi isə yerli sakinlərin narazılığına səbəb olub. Onlar əsassız dəyişdirilən çay adının geri qaytarılmasını istəyirlər. Azərbaycan ensiklopediyası və Azərbaycan toponimləri kitablarında da çayın adı Muxax çay kimi qeyd edilib. Məsələ ilə bağlı Avtomobil Yolları Dövlət Agentliyinə müraciət ettdik. Qurumdan bildirildi ki, hər hansı bir ərazidə müəyyən təmir- bərpa işləri görüldükdən sonra müvafiq adların yazıldığı lövhələrin vurulması təsdiqlənmiş siyahı əsasında həyata keçirilir. Qeyd edək ki, ölkə ərazisində hər hansı toponimin dəyişdirilməsi üçün Milli Məclisin qərarı olmalıdır. Ümid edirik ki, sakinlərin bu narazılığı tezliklə öz həllini tapacaq.

Çərşənbə axşamı, 25 Aprel 2023 20:03

Avtomobil çökəkliyə aşıb, sürücü ölüb…

Qobustanda avtomobil çökəkliyə aşıb. Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Qobustan rayonu Cəngi qəsəbəsindən keçən hissəsində Abşeron rayonu, Xırdalan şəhər sakini 45 yaşlı Fərman Həsənovun idarə etdiyi \"Mercedes Benz 240\" markalı avtomobil rayon istiqamətində hərəkətdə olarkən yoldan çıxaraq çökəkliyə aşıb. Nəticədə sürücü Fərman Həsənov aldığı xəsarətlərdən ölüb. Faktla bağlı araşdırma aparılır. 

 

Heydər Əliyev İli” çərçivəsində və Azərbaycan peşəkar milli teatrının 150 illik yubileyi münasibətilə paytaxtda fəaliyyət göstərən bir sıra teatrların və musiqi kollektivlərinin bölgələrə yeni qastrol səfərləri təşkil olunub.Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə reallaşan qastrol aksiyasının məqsədi regionlarda mədəni həyatın fəallaşdırılması, əhalinin, xüsusilə də gənclərin asudə vaxtının daha mənalı keçirilməsi, yerli yaradıcı kollektivlərlə sıx ünsiyyət və faydalı təcrübə mübadiləsinə şərait yaratmaqdır. Layihə çərçivəsində Azərbaycan Dövlət Mahnı Teatrının Estrada ansamblı Şamaxı Mədəniyyət Mərkəzində musiqisevərlərin qarşısına çıxıb. Bölgələrə qastrol səfərləri may ayında da davam edəcək.

Standartlara cavab verməyən qəbirlərin mövcudluğu, məzarların ətrafının zəbt edilməsi yer çatışmazlığı probleminə yol açır. Şəki şəhərində də bir neçə qədim və yeni salınan məzarlıqlar var ki, onlardan bəzilərində artıq yer yoxdur. Şamaxıda da qəbirstanlıqda anoloji vəziyyət hökm sürür. Çardaq quran kim, sərdabə tikən kim, heykəl qoyan kim. Sanki ölü sahibləri kim daha çox pul xərcləyəcək deyə yarışa giriblər. Sosioloqların fikrincə son illər maddi dəyərlər mənəvi dəyərləri üstələdiyindən, insanlar da bir-biri ilə maddi üstünlüklərinə görə yarışmağa çalışır. Nəticə etibarilə bu, qəbiristanlıqlarda da özünü göstərir. Biz də baş daşılarının qiymətini öyrənməyə çalışdıq. Baş daşı çeşidləri və qiymətləri ilə tanış olanda isə az qalır ki, adam öz başını itirsin. Din xadimləri isə hesab edir ki, dəbdəbəli məzar daşları israfdan başqa bir şey deyil. Dünyasını dəyişən şəxsin xatirəsini anmaq yaşatmaq üçün dəbdəbəli məzar daşına qəti ehtiyac yoxdur. Xeyirxah əməllərlə ruhuna rəhmət oxutmaq ən xeyirlisidir. Azərbaycanda qəbir daşlarının vahid formada tətbiqi haqqında qanun, yəni məzar daşlarının dəbdəbədən kənar, sadə formada hazırlanması üçün ümumi qaydalar və tələblər mövcuddur. Bəs, nə üçün bu tələblər yerinə yetirilmir sualına Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü, millət vəkili Cavanşir Paşazadə aydınlıq gətirib. Xatırladaq ki, Nazirlər Kabinetinin təsdiqlədiyi “Qəbiristanlıqların salınması və idarə olunması Qaydaları”nın 22-ci bəndinə əsasən başdaşının hündürlüyü 1, eni isə yarım metrdən çox olmamalıdır. Bu qaydaların tələbləri Fəxri xiyabanlarda, Şəhidlər xiyabanlarında və kütləvi məzarlıqlarında aparılan dəfnlərə, habelə Vətən uğrunda şəhid olan hərbçilərin dəfn mərasimlərinə şamil edilmir.

Balakəndə motosiklet kanala düşüb, 2 nəfər xəsarət alıb. Hadisə rayonun Kortala kəndi ərazisində qeydə alınıb. Zaqatalanın Danaçı kənd sakini 21 yaşlı Sahib Kahayev idarə etdiyi motoskletlə hərəkətdə olarkən yolun sərt döngəsində idarəetməni itirib. Nəticədə motosiklet yolun kənarındakı kanala aşıb. Qəzada xəsarət alan Sahib Kahayev və onun həmkəndlisi 19 yaşlı Kamran Yumuxov Rayon Mərkəzi Xəstəxanasına aparılıblar. Gənclər Balakənin Kortala kəndində futbol oynayıb Zaqatalaya geri qayıdarkən yol qəzasına düşüblər. 

409 -dən səhifə 613

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S