Super User
Yumurta bazarında ümumi vəziyyət necədir? | Elə Çarə 31.10.2023
İsa Şükürov və Elyar Sadiqovun təqdimatında Xəbərin var? 31.10.2023
Şəhidin ildönümü qeyd edildi...
Kim? Harada? Nə zaman? intellektual yarışı keçirilib...
Qəbələdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş nə? harda? nə zaman? intellektual oyunu üzrə açıq kuboku keçirilib. Yarışda 11 rayonu təmsil edən 30-a yaxın məktəbli komandası mübarizə aparıb.
Gərgin keçən yarışmada Şəkini təmsil edən \\\"Çələbixan\\\" komandası qələbə qazanaraq final oyununa vəsiqəni təmin edib. İkinci yeri Qəbələnin \\\"Avengers\\\" komandası, üçüncü yeri isə Kimya Biologiya Təmayüllü Liseyin\\\"Kvebek\\\" komandası tutub. Qaliblər diplom və müxtəlif hədiyyələrlə mükafatlandırılıblar.
Şamaxıda qanvermə aksiyası təşkil olunub...
TƏBİB -nin tabeçiliyində fəaliyyət göstərən Şamaxı Rayon Mərkəzi Xəstəxanasının təşkilatçılığı ilə Milli Hematologiya və Transfuziologiya Mərkəzi tərəfindən irsi qan (talassemiya, hemofiliya) və digər qan xəstəliklərindən əziyyət çəkən vətəndaşlarımıza yardım məqsədilə qanvermə aksiyası keçirilib.
Şamaxı sakinləri bu nəcib və humanist xarakterli aksiyaya qoşularaq fəallıq nümayiş etdiriblər. Tibb briqadasının hematoloqları tərəfindən hər bir donor tibbi müayinədən keçdikdən sonra, onlardan qan analizi götürülüb və aksiyaya qoşulması ilə bağlı rəy verilib. Aksiyada İcra Hakimiyyətinin, şəhərdə fəaliyyət göstərən idarə, müəssisə, təşkilatların əməkdaşları və könüllülər iştirak ediblər. Ümumilikdə aksiyada 103 donor iştirak edib. Toplanan qan ehtiyacı olan xəstələrin müalicəsində istifadə olunacaq .