Super User
İki kəndi birləşdirən körpünün təmirə ehtiyaci var…
8000 nəfərdən çox sakinin yaşadığı Muxax kəndi ilə 1000 nəfərə yaxın sakinin yaşadığı Zəyəm kəndi arasında əlaqəni təmin edən yeganə körpünün beton bünövrəsi bir neçə yerdən zədələnib. 2019-cu ildə inşa edilən bu körpüdən hər gün yüzlərlə sakin istifadə edir. Keçən il Muxax çayında suyun səviyyəsinin artması da körpüyə xeyli zərər vurub. Sakinlər kənd bələdiyyəsinin imkanları hesabına müəyyən qədər təmir edilən körpünün baş verəcək təbii fəlakətlərə davam gətirə bilməyəcəyindən narahatdırlar. Sözügedən körpü həm də sakinlərin rayon mərkəzi ilə əlaqəsini təmin edən yeganə avtomobil yoludur. Ümid edirik, aidiyyati qurumlar körpünü əsaslı təmir etməklə sakinlərin narahatlığına birdəfəlik son qoyacaq.
“İşğaldan azad olunmuş ərazilərin investisiya cəlbediciliyi”
Şamaxıda “İşğaldan azad olunmuş ərazilərin investisiya cəlbediciliyi” mövzusunda elmi-praktik konfrans keçirilib. Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş tədbirlər çərçivəsində Qarabağ iqtisadi rayonunda Prezidentin səlahiyyətli nümayəndəsinin ofisi, İqtisadiyyat Nazirliyi, Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun birgə təşkilatşılığı ilə keçirilən konfransda ölkəmizin dövlət qurumlarının, aparıcı elm-təhsil müəssisələrinin mütəxəssisləri iştirak ediblər. İlk sessiyada “Qarabağ iqtisadi rayonuna daxil olan ərazilərdə görülən işlər və investisiya imkanları”, “İşğaldan azad edilmiş ərazilərdə məskunlaşacaq məcburi köçkünlərin məşğulluq məsələləri”, “Həmin ərazilərdə yaradılmış əlverişli biznes və investisiya mühiti”, “ Kiçik və Orta Biznesə dövlət dəstəyi imkanları” mövzularında məruzələr edilib. Konfransın ikinci sessiyasında isə “Qarabağ və Şərqi Zəngəzurda əsas kapitala investisiyalar: yeni regional statistik mənzərənin astanasında” “İşğaldan azad edilmiş ərazilərdə sahibkarlıq subyektlərinə maliyyə dəstəyi”, “Həmin ərazilərdə sənayenin inkişaf imkanları”, “Post-konflikt ərazilərin bərpası”, “İnvestisiyalar haqqında müasir elmi konsepsiyalar və post-konflikt ərazilərin bərpası problemi” mövzusunda məruzələr dinlənilib. Sonda məruzələr ətrafında geniş müzakirələr aparılıb, çıxışlar olub, təkliflər səsləndirilib.
Şose velosipedi üzrə Azərbaycan Kubokunun dördüncü mərhələsi…
Beynəlxalq Velosipedçilər İttifaqının mövcud qaydalarına əsasən təşkil edilən yarışın ilk günündə Elit/U23 yaş kateqoriyasında kişilər və gənc oğlanlar arasında Musa Mikayılzadə , yeniyetmə oğlanların mübarizəsində Ravi Rzayev, qadınlar arasında Lalə Əbdürəhmanova bütün rəqiblərini geridə qoyaraq birinci yerdə qərarlaşıblar. İkinci yarış günündə Elit/U23 yaş kateqoriyasında kişilər və gənc oğlanlar arasında yenidən Musa Mikayılzadə , yeniyetmə oğlanların mübarizəsində Artyom Proskuryakov , qadınlar arasında isə Viktoriya Sidorenko qızıl medal qazanıblar.Yarışdan sonra mükafatlandırma mərasimi keçirilib. Qaliblər medal, diplom və qiymətli hədiyyələrlə təltif olunublar.
Rəvan Qarayev Renkaya evlənmə təklifi etdi | Həyat Tərzi 17.04.2023
Səmayə Nəbiyeva və Arif Nəbiyev \"Xeyirli axşamlar\"da 17.04.2023
Düzgün qidalanma və süfrə mədəniyyəti | Zamanında 17.04.2024
Ramazanda və Ramazandan sonra düzgün qidalanma…
Oruc tutmaq üçün ən vacib şərtlərdən biri də, insanın sağlam olmasıdır. Oruc tutduğumuz zaman daxili orqanlar istirahət etdiyindən, sağlam insan üçün bu həm də tibbi baxımdan olduqca faydalıdır. Lakin, hamilə qadınların, uşaq əmizdirən anaların, azyaşlıların və ankoloji, diabetik, hipertonik, mədə bağırsaq xəstələrinin gün ərzində ac və susuz qalaraq oruc tutması əks göstəriş sayılır. Oruc tutulan zaman iftar və imsaq zamanı qida rassionuna xüsusi diqqət edilməlidir. Ağır və çoxlu qida qəbul etmək gün ərzində boş olan orqanları həddindən artıq yüklədiyindən, çox zərərlidir. Bol maye, yüngül və sulu qidalar, meyvə və tərəvəzlər ən ideal qidalar sayılır. Humanizm və bərabərlik dini sayılan İslamda oruc tutmaq təkcə ac qalmaqdan ibarət deyil. Oruc tutan hər bir insan həmdə nəfsini və səbrini tərbiyələndirir. Paylaşmaq, yardımlaşmaq ayı sayılan Ramazan ayında ehtiyac sahibləri üçün iftar vermək, ay sonunda isə ailədə hər fərd üçün ayrılıqda müəyyən edilmiş məbləğdə fitrə sədəqəsi çıxarmaq vacib və savab əməllərdən sayılır. Artıq Ramazan ayının sonuna yaxınlaşırıq. Mütəxəssislər oruc tutan insanlara Ramazandan sonrakı mərhələdə də düzgün qidalanmağı məsləhət görür. Orqanizmin su ehtiyacı artdığından bol su içilməli, qəbul edilən qidaların qan şəkərini normada saxlamasına diqqət edilməldir.
Regionun ürəyi Şəkidə döyünəcək…
Ümumilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə 7 mayda keçiriləcək möhtəşəm konsertdə ölkənin tanınmış incəsənət adamlarının, musiqi qruplarının nümunəvi çıxışları baş tutacaq. Həmin gün regionun ürəyi Şəkidə döyünəcək. Konsert sözün əsl mənasında, ümummilli liderin xatirəsinə dəyərli bir tövhə olacaq. Konsertin möhtəşəmliyi bölgədə səs-küy yaratmaqla yanaşı, şimal-qərb bölgəsinin sakinlərinin də marağına səbəb olub. Elə ona görə də həmin günü səbirsizliklə gözləyənlər az deyil. Biz də öz növbəmizdə hərkəsi 7 mayda Şəkiyə, bayraq meydanından baş tutacaq təntənəli konsertə dəvət edirik.
Güclü külək fəsadlar törədib…
Ölkə ərazisində gecədən başlayan güclü külək fəsadsız ötüşməyib. Güclü külək nəticəsində Şəkinin Vərəzət kəndində elektrik dirəyi aşıb, Orta Zəyzid kəndində isə yol kənarındakı ağacın bir budağı qırılaraq avtomobil yoluna yola düşüb. Həmçinin Orta Zəyzid kəndində güclü külək kənd sakininin qaz xəttinə də ziyan vurub, Azəriqaz İB-nin əməkdaşları tərəfindən təmir-bərpa işləri görülüb.
Beşotaqlı ev külə döndü…
Zaqatalada beşotaqlı fərdi yaşayış evi yanıb. Yanğın hadisəsi brayonun Əliabad qəsəbəsində, qəsəbə sakini Fatimə Arzumanova məxsus, ümumi sahəsi 120 kv/m olan kürsülü birmərtəbəli 5 otaqdan ibarət fərdi yaşayış evində baş verib. Yanğının söndürülməsi üçün əraziyə Fövqaladə Hallar Nazirliyinin Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşınları və şəxsi heyəti cəlb edilib. Yanğın nəticəsində evin yanar konstruksiyaları içərisində olan əşyalarla birlikdə yanıb. Evin yaxınlığındakı digər tikililər yanğından xilas edilib. Yanğın zamanı xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.