Super User
Hansı kəsmik yaxşıdır? Təcrübəmiz nələri üzə çıxardı... | Elə çarə 10.04.2023
Yağsız süd məhsullarının içində təhlükəli əlavələr! | Elə çarə 07.04.2023
Sağlam bədəndə sağlam ruh adi altinda yarış keçirilib…
Zaqatalada “Sağlam bədəndə sağlam ruh” devizi altında İdmanın kros və gimnastika növləri üzrə yarış keçirilib. Azərbycan Respublikası Daxili İşlər Nazirliyi, Gənclər və idman Nazirliyi və Elm və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən yarışda 14-17 yaşlı yeniyetmələr , və 20-25 yaş arası gənclər öz bacarıqlarını nümayiş etdirib. Yarışın keçirilməsində əsas məqsəd yeniyetmə və gənclər arasında sağlam həyat tərzinin və idmanın təbliği, eyni zamanda da gənclər arasında Daxili İşlər Nazirliyi sistemində təhsili və xidməti təbliğ etmək və onları DİN orqanlarında, Daxili qoşunlarda xidmətə həvəsləndirməkdir.
Bilik yarışı keçirilib…
Şamaxı rayon Heydər Əliyev Mərkəzinin və Dağlıq Şirvan Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə Şamaxı Rayon Mədəniyyət Mərkəzində rayon məktəbliləri arasında Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi və 2023-cü ilin Heydər Əliyev ili elan edilməsinə həsr edilən \"Heydər Əliyev irsi milli sərvətimizdir\" mövzusunda intellektual yarış keçirilib. Yarışda Şamaxı rayon Heydər Əliyev Mərkəzinin direktoru, Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdüru, Şamaxı Rayon Təhsil Sektorunun rəhbər və əməkdaşları iştirak edib. Yarışda 55 nəfərdən ibarət 11 komanda qalibiyyət uğrunda mübarizə aparıb. Gərgin və maraqlı mübarizə şəraitində keçən yarışda 1-ci yerə şəhər 10 saylı tam orta məktəbin \"Zirvə\" komandası, II yerə Sabir qəsəbə tam orta məktəbin \"Qarabağ\" komandası, III yerə isə şəhər 9 saylı tam orta məktəbin \"Xarı bülbül\" komandası layiq görülüb. Sonda qaliblərə Dağlıq Şirvan Regional Təhsil İdarəsi və Şamaxı rayon Heydər Əliyev Mərkəzi tərəfindən Fəxri fərman, kubok, hədiyyə və diplomlar təqdim edilib.
Ər və arvad dəm qazından zəhərlənib…
Şəkidə kişi və həyat yoldaşı dəm qazından zəhərlənib. Hadisə rayonun Şəki kəndində baş verib. Kənd sakinləri olan 35 yaşlı Zakir Cəlolov və həyat yoldaşı 37 yaşlı Rəsmiyyə Cəlolova yaşadıqları ünvanda dəm qazından zəhərləniblər. Hər iki şəxs Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Həkim müayinəsindən sonra onların vəziyyəti stabilləşib. Faktla bağlı araşdırma aparılır.