Super User
Qardaşlaşmış Türkiyə və Azərbaycan məktəbləri birgə konfrans keçirib…
Şamaxının Sabir qəsəbə tam orta məktəbində Heydər Əliyevin anadan olmasının və Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş beynəlxalq konfrans keçirilib. Konfransa Türkiyənin Kastamonu Şenpazar Çok Proqramlı Anadolu liseyinin müəllim və şagirdləri, ADPU və BSU-nun professor müəllim heyəti, eləcə də digər təhsil işçiləri qatılıb. Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətini, Türk dünyasının birliyini və tarixini araşdıran şagirdlərin məruzələri dinlənilib. Sonda konfrans iştirakçılarına sertifikatlar verilib və Qardaşlaşmış Türkiyə Azərbaycan məktəbləri olan Kastamonu Şenpazar Çok Proqramlı orta okul və Şamaxı rayon Sabir qəsəbə tam orta məktəbinin şagirdlərinin hazırladığı ədəbi-bədii kompozisiya təqdim olunub.
\"İnklüzivliyə doğru növbəti addım\"
Dağlıq Şirvan Regional Təhsil İdarəsi və Bakı Slavyan Universitetinin birgə təşkilatçılığı ilə Şamaxı şəhər 2 saylı tam orta məktəbdə \"İnklüzivliyə doğru növbəti addım\" mövzusunda dəyirmi masa keçirilib. Tədbirdə adıçəkilən qurumların rəsmiləri eləcə də təhsil işçiləri iştirak ediblər. Çıxış edənlər ölkəmizdə inklüziv cəmiyyətin inkişaf etdirilməsinin dövlətin sosial siyasətinin mühüm istiqamətlərindən biri kimi müəyyən olunduğunu vurğulayıblar. Regionlarda inklüziv təhsillə bağlı universitet, yerli icma və məktəblər, təhsil müəssisələri arasında müzakirə və fikir mübadiləsinin aparılmasının vacibliyi xüsusilə qeyd edilib. Slavyan Universitetində inklüziv strategiyasının həyata keçirilməsində bir sıra addımlar atıldığı diqqətə çatdırılıb, İbtidai təhsil kafedrasında inklüziv təhsil qrupunun yaradıldığı bidirilib. Tədbirin sonunda mövzu ətrafında fikir mübadiləsi aparılıb.
Xəyalə ilə \"Sizdəyik\" bu dəfə Sevda Kazımovanın qonağıdır 23.04.2023
Xanəndə Təhmiraz Şirinov \"Xeyirli axşamlar\"da 28.04.2023
Xanəndə Təhmiraz Şirinov \"Xeyirli axşamlar\"da 28.04.2023
Astma xəstəliyinin effektiv müalicəsi Həkim-terapevt Etibar Məmmədov | Həkimcanlı 28.04.2023
Endoskopiya nə zaman edilə bilər? Hepatoloq Könül Mahmudova | Həkimcanlı 28.04.2023
Baramaçılıq mövsümünə start verildi…
Bu il kümçülərə əvəzsiz olaraq 11 500 qutu ipəkqurdu sənaye toxumunun paylanması nəzərdə tutulur. Barama mövsümü ərəfəsində artıq bütün hazırlıq işləri tam başa çatıb. Qax Damazlıq İpəkçilik Stansiyasında hibrid ipəkqurdu toxumlarının kümçülərə paylanmasına həsr olunmuş tədbirdə kənd təsərrüfatı naziri Məcnun Məmmədov bildirib ki, kümxanalar aqrozootexniki tələblərə uyğun hazırlanıb, dezinfeksiya işləri həyata keçirilib, kümçülər təlimlərə cəlb olunublar. Baramaçılığın və ipəkçiliyin Azərbaycanda qədim ənənələrinin olduğunu deyən nazir bu sahənin inkişafı üçün dövlət tərəfindən davamlı dəstək tədbirlərinin həyata keçirildiyini vurğulayıb. Qeyd olunub ki, ölkədə baramaçılıq və ipəkçiliyin inkişafına dövlət dəstəyi kümçülərin bu sahəyə marağını ildən-ilə artırır. Kümçülərlə imzalanan müqaviləyə əsasən, istehsal olunmuş yaş barama müvafiq qurum tərəfindən 5 manata təhvil alınacaq, dövlət isə istehsal olunan hər kiloqram yaş baramaya görə kümçülərə 6 manat subsidiya ödəyəcək. Sonra yaş barama istehsal olunan rayonların Dövlət Aqrar İnkişaf Mərkəzlərinin rəhbərləri ilə görüş keçirilib, onlarla yeni başlayan mövsümdə görüləcək işlər barədə fikir mübadiləsi aparılıb, tövsiyə və tapşırıqlar verilib. Səfər çərçivəsində nazir Qax Dövlət Aqrar İnkişaf Mərkəzinin binası ilə tanış olub, DAİM-in kollektivi ilə görüşüb, rayonda fəaliyyət göstərən təsərrüfatlara baş çəkib. Həmçinin, Şəki ərazisində payızlıq əkin sahələrinin vəziyyəti ilə yerində tanış olub, quraqlığın taxıl sahələrinə vurduğu zərər yerində dəyərləndirilib.
Zaqatalada körpə tənəffüs yolunda alça qalması nəticəsində ölüb…
Zaqatalada 3 yaşlı uşaq bədbəxt hadisə nəticəsində ölüb. Hadisə rayonun Əliabad qəsəbəsində baş verib. Qəsəbə sakini 2020-ci il təvəllüdlü David Elməddin oğlu Bəşirovun yaşadığı ünvanda tənəffüs yolunda alça qalıb. Ağır vəziyyətdə xəstəxanaya aparılan 3 yaşlı D.Bəşirov yolda nəfəs çatışmamazlığından dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.