Super User
"5 gün" Mikayıl ilə 31.07.2025
Şəkidə dağlıq ərazi yanır
Şəkinin Cumakənd kəndində dağlıq ərazidə kol-kos, quru ot və biçilmiş taxıl sahələrində yanğın başlayıb. Yanğının 100 hektardan çox ərazini əhatə etdiyi bildirilir. Yanğının söndürülməsinə Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və 50-dən çox şəxsi heyəti cəlb edilib. Hazırda yanğının söndürülməsi istiqamətində işlər görülür.
Zahidə Günəş, Gülnar, Samir, İnci, Fərahim, Güləhməd "5 gün" Mikayıl ilə"də 30.07.2025
Şəkidə bıçaqlanma nəticəsində ölən və yaralanan var
Şəkidə baş verən bıçaqlanma hadisəsi nəticəsində bir nəfər ölüb, daha bir nəfər isə xəsarət alıb. Hadisə iyulun 29-da axşam saatlarında rayonun Baş Göynük kəndində qeydə alınıb. Kənd sakini, 39 yaşlı Paşa Yusibov kəsici alətlə həmkəndliləri — 38 yaşlı Dəyanət Həşimova və 24 yaşlı Bünyad Babazadəyə xəsarət yetirib. Dəyanət Həşimov aldığı ağır bədən xəsarətləri nəticəsində vəfat edib.
Şəkidə mübahisə zamanı iki nəfər bıçaqlanıb
Rüfət Nasosnu, Ramin, Narin Nəriman, Türkan, Ülviyyə, Dr. Münasib "5 gün" Mikayıl ilə"də 29.07.2025
Şamaxıda zəncirvari qəzada bir nəfər həyatını itirdi
“Qu quşunun nəğməsi” səhnələşdirilib
Şəki Dövlət Dram Teatrı mövsümə “Qu quşunun nəğməsi” əsəri ilə yekun vurub. Anton Çexovun hekayəsi əsasında hazırlanan tamaşa teatrın fədailərinə həsr edilib.
Şəki sakinini ilan sancıb, vəziyyəti ağırdır
Daha bir hadisə isə Şəkinin Aşağı Göynük kəndində baş verib. Kənd sakini, 54 yaşlı Cəlil Zamanov tövlədə işləyərkən qəfildən onun sağ əlindən ilan sancıb. Xəsarət alan yaxınlarının köməyi ilə Şəki Rayon Mərkəzi Xəstəxanasının Təcili və Təxirəsalınmaz Tibbi Yardım Şöbəsinə aparılıb.
Kəndlinin tövləsi, taxılı və ev quşları yandı
Şəkinin Baş Göynük kəndində yanğın olub. Kənd sakini Zaməddin Xəlpətovun yaşadığı evin həyətyanı sahəsindəki mal tövləsi, damına yığılan 9 ton ot bağlaması, 200 kiloqram taxıl və 30 baş ev quşu yanıb. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Taxılın və ot bağlamalarının qalan hissəsi, bitişik tikili yanğından mühafizə olunub. Yanğın zamanı xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.