Super User
Şamaxıda gənclərlə görüş keçirilib
Şamaxıda gənclər siyasəti və onların inkişafı mövzusunda tədbir keçirilib. Rayon rəsmiləri, ictimaiyyət nümayəndələri və gənclərin iştirak etdiyi tədbirdə çıxış edənlər Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, ölkəmizdə gənclərin hərtərəfli inkişafı üçün geniş imkanların yaradıldığını diqqətə çatdırıblar.
Gənclərin fəal iştirakı ilə həyata keçirilən tədbirlərdən danışılıb. Sonda rayonun ictimai-siyasi və mədəni həyatında nailiyyətləri ilə fərqlənən gənclər təltif olunub.
Balakəndə yanğın təhlükəli marketin fəaliyyəti dayandırılıb
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Balakən şəhərində yerləşən “Balməkan” marketində keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib.
Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilən marketinin fəaliyyətinin dayandırılması barədə qərar qəbul olunub.
Polis saxta spirtli içki satan dəstəni ifşa etdi
Balakəndə polis əməkdaşları tərəfindən saxta spirtli içkilər hazırlayaraq satışnı təşkil edən dəstə üzvlərinə qarşı əməliyyat keçirib.
Əməliyyat zamanı əməli törətməkdə şübhəli bilinən 5 nəfər müəyyən olunub. Onlara məxsus Balakən, Zaqatala, Qax və Masazır qəsəbəsində yerləşən saxlanc yerlərinə baxış keçirilərkən xeyli sayda saxta spirtli içkilər, yerli və xarici əmtəə nişanı etiketləri, qapaqlar, qidada istifadəsi nəzərdə tutulmayan texniki spirt, eləcə də digər avadanlıqlar aşkarlanıb. Əməliyyatlar davam etdirilir.
Rüfət Nasosnu, Narin, Gülka Ələkbərli, Firuzə Babayeva ""5 gün" Mikayıl ilə"də 04.02.2025
Məclisi-Şüəra 04.01.2025
Müğənni Nigar Camal və Pərviz Hüseyn "Xəbərin var?"da 04.02.2025
Azyaşlı yanıq xəsarətləri aldı
Şamaxıda baş verən digər bədbəxt hadisə zamanı isə 1-ci Çaylı kənd sakini, 8 aylıq körpə Yusif Bəşirov yanıq xəsarətləri alıb. Evdə oynayarkən ehtiyatsızlıq səbəbindən qaynar suyun üzərinə tökülməsi nəticəsində üçüncü dərəcəli yanıq xəsarətləri ilə alan azyaşlı rayon mərkəzi xəstəxanasına yerləşdirilib.
15 yaşlı yeniyetmə hovuzda boğularaq ölüb
Qəbələdə bədbəxt hadisə baş verib. Rayonunun Vəndam qəsəbəsində Ağcabədi rayon sakini 15 yaşlı Hüseyn Hüseynov kirayədə yaşadığı evin hovuzunda boğularaq ölüb. Faktla bağlı araşdırma aparılır.
Avtomobillər toqquşdu, xəsarət alan var
Qaxda Qorağan-Qax avtomobil yolununun, Alatəmir kəndi ərazisində yol nəqliyyat hadisəsi baş verib. İlkin məlumata görə, “QAZel” markalı xırda tutumlu yük maşını minik avtomobili ilə toqquşub.
Toqquşmadan sonra“QAZEL” yük avtomobili yol kənarındakı qoz agacına cırpılıb və yararsız vəziyyətə düşüb. “QAZel”in sürücüsü 44 yaşlı Qəbələ rayon sakini Kamran Əzizov xəsarət alaraq Qax rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.
Balakən polisi 33 kiloqram narkotik aşkarladı
Balakən polisinin keçirdiyi əməliyyat zamanı qeyri-leqal yollarla ölkə ərazisinə gətirilən külli miqdarda narkotik vasitənin realizə olunmasının qarşısı alınıb. Saxlanılan, əvvəllər də məhkum olunmuş Eşqin İsmayılodan 30 kiloqram marixuana və 3 kiloqrama yaxın heroin, eləcə də metadon həbləri aşkarlanıb.
O, narkotik vasitələri satış məqsədilə əldə etdiyini bildirib. Məhkəmənin qərarı ilə İsmayılov barəsində həbs qətimkan tədbiri seçilib. Keçirilən digər əməliyyatlarla Balakəndə narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil edən daha 15 nəfər tutulub.
Saxlanılanlardan İlham Muradovun yaşadığı evdən “Kalaşnikov” avtomatı, daraq və patronlar da aşkarlanıb. Qanunsuz saxlanılan odlu silah-sursatın aşkarlanaraq götürülməsi istiqamətində keçirilən tədbirlər zamanı isə rayon ərazisindən 1 ədəd avtomat və 3 ov tüfəngi də aşkarlanıb. Araşdırmalar davam etdirilir.