Super User

Super User

Çərşənbə, 05 Fevral 2025 17:25

Sözün bitdiyi an 05.02.2025

Çərşənbə, 05 Fevral 2025 15:56

Şamaxıda qanvermə aksiyası keçirilib

Şamaxıda Rayon Mərkəzi Xəstəxanası və Milli Hematologiya və Transfuziologiya Mərkəzi irsi və digər qan xəstəliklərindən əziyyət çəkən vətəndaşlara yardım məqsədilə qanvermə aksiyası təşkil edib.

Çərşənbə, 05 Fevral 2025 15:43

Şəkili idmançıların növbəti uğuru

Şəkili idmançılar daha bir yarışdan uğurlu nəticə ilə qayıdıb. Bakıda MMA, qrapplinq və pankration idman növləri üzrə respublika çempionatı keçirilib. Çempionatda Şəki 6 idmançı ilə təmsil olunub. Gərgin mübarizədən şəkili idmançılar uğurla ayrılmağı bacarıb. Onlardan 3-ü qızıl, 1-i gümüş, 2-si isə bürünc medala yiyələnib.

Çərşənbə axşamı, 04 Fevral 2025 17:18

Sözün bitdiyi an 04.02.2025

Çərşənbə axşamı, 04 Fevral 2025 17:08

Qış fəslinin mülayim keçməsi nə ilə əlaqədardır?

Ötən il Dünya Meteorologiya Təşkilatı qış mövsümünün sərt keçəcəyi ilə bağlı proqnoz vermişdi. 2025-ci ilin qışının son 30-40 ilin ən soyuq qışı olacağı bildirilirdi. Hazırda qışın oğlan çağını yaşayırıq, ancaq nəinki dondurucu soyuqlar yaşanır, əksinə bir çox ərazilərə qar belə yağmayıb. Azərbaycan ərazisində də yaz havası müşahidə olunur. Bəs, qış fəslinin bu qədər anomal isti keçməsi nə ilə əlaqədardır? Daha ətraflı sujetdə....

Çərşənbə axşamı, 04 Fevral 2025 17:07

Qış fəslinin mülayim keçməsi nə ilə əlaqədardır?

Ötən il Dünya Meteorologiya Təşkilatı qış mövsümünün sərt keçəcəyi ilə bağlı proqnoz vermişdi. 2025-ci ilin qışının son 30-40 ilin ən soyuq qışı olacağı bildirilirdi. Hazırda qışın oğlan çağını yaşayırıq, ancaq nəinki dondurucu soyuqlar yaşanır, əksinə bir çox ərazilərə qar belə yağmayıb.

Azərbaycan ərazisində də yaz havası müşahidə olunur. Bəs, qış fəslinin bu qədər anomal isti keçməsi nə ilə əlaqədardır? Daha ətraflı sujetdə....

Çərşənbə axşamı, 04 Fevral 2025 16:55

Polad Bülbüloğlunun 80 illik yubileyi qeyd edilib

Şəkidə Azərbaycanının tanınmış bəstəkarı və musiqiçisi Polad Bülbüloğlunun 80 illik yubileyi münasibəti ilə “Gəl ey səhər” adlı yubiley gecəsi keçirilib. Şəki-Zaqatala Regional Mədəniyyət idarəsinin keçirdiyi tədbirdə ziyalılar, şəhər ictimiyyəti, mədəniyyət işçiləri, musiqisevərlər iştirak ediblər.

Polad Bülbüloğlu yaradıcılığı haqqında videoçarx nümayiş olunub. Rəsmi hissədə çıxış edənlər Polad Bülbüloğlunun Azərbaycan mədəniyyətinə, musiqisinə töhfələrindən danışıblar. Bildirilib ki, Azərbaycanın dünyada tanıdılmasında müstəsna xidmətləri olan Polad Bülbüloğlunun mahnıları idea-məzmun və üslub baxımından kifayət qədər rəngarəngdir.

Sənətkarın xidmətlərinin yüksək qiymətləndirildiyi vurğulanıb və onun bir çox mükafatlara, orden və medallara, fəxri adlara laiq görüldüyü xatırlanıb. Tədbirin bədii hissəsində Şəki şəhər 2 nömrəli uşaq musiqi məktəbinin kollektivinin ifasında Polad Bülbüloğlu reperturarından “Gəl ey səhər”, “Durnalar”, “Toydan sonra düzələr”, “Mavi gözlüm”, “Gözlə məni”, “Aman aman ayırlıq”, “Şən Azərbaycan” və digər mahnılar səsləndirilib.

115 -dən səhifə 597

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S