Super User
Şəkidə güclü yanğın
Şəkidə güclü yanğın hadisəsi qeydə alınıb. 2 ailənin yaşadığı fərdi yaşayış evi külə dönüb. Ailəyə məxsus xırdabunuzlu heyvanlar tələf olub.
Maşın bazarında durğunluq yaşanır
Bir müddətdir ki, avtomobil bazarlarında durğunluq müşahidə edilir. Səbəbləri çoxdur. Əməkdaşlarımız Şimal-qərb bölgəsinin yeganə avtomobil bazarı olan Zaqatalanın Əliabad bazarında mövcud vəziyyəti araşdırıb. İzləyək...
Maşın bazarında durğunluq yaşanır
Zenfira İbrahimova, Emil Məmmədov, Dr.Rəşad, Süleyman və Oruc ""5 gün" Mikayıl ilə"də 10.02.2025
Nurlan Namazov & Nəsrin Nur, Nisbət Sədrayeva və Taleh Hüseyn "Xəbərin var?"da 10.02.2025
“Qış nağılı” Beynəlxalq Musiqi Festivalının açılışı olub
8 kiloqram narkotik vasitə aşkarlanıb
Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil edən şəxslərə qarşı növbəti əməliyyat keçirib. Mehdi Dadaşzadə, Xəyal Kazımzadə və Əfsun Əliyev saxlanılıb.
Onlardan 7 kiloqram marixuana və 1 kiloqram 350 qram heroin aşkar olunub. Saxlanılan şəxslər narkotiklərin satışını təşkil etməyi planlaşdırıblar. Faktla bağlı cinayət işi başlanılıb, hər üç şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Şəhər mərkəzində avtomobil aşdı
Zaqatalada yol qəzası olub. Zaqatala şəhəri, Bayraq meydanı adlanan ərazidə hərəkətdə olan Mersedes markalı minik avtomobili aşıb. 32 yaşlı Balakən rayon Mahamalar kənd sakini Orxan Paraşov və 36 yaşlı Zaqatala sakini Sabir Abdullayev aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə korpusuna yerləşdirliblər. Faktla bağlı Polis Şöbəsində araşdırma aparılır.