Super User
Gülnar Qüdrətli, Sədəf Budaqova və Cəmil Əfəndi ""5 gün" Mikayıl ilə"də 03.02.2025
Xuraman Şuşalı qardaşı İlham Şuşalı ilə "Xəbərin var?"da 03.02.2025
Şəhid Eşqin Allahverdiyevin anım günü keçirilib
Şəkinin Böyük Dəhnə kəndində şəhid Eşqin Allahverdiyevin anım tədbiri keçirib. Tədbirdə şəhidin yaxınları, şəhid ailələri və qazilər, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Şəhidin məzarı ziyarət olunub, önünə gül-çiçək dəstələri düzülüb, ruhuna dualar oxunub. Çıxış edənlər Eşqin haqqında xatirələrini bölüşüblər. Onun qısa, ancaq şərəfli ömür yolundan bəhs edilib. Bildirilib ki, 2015-ci ildə Xocavənd rayonu ərazisində dayaq məntəqsinə düşməni növbəti təxribatı zamanı şəhidlik zirvəsinə ucalıb.
Ailənin 3 övladından biri olan Eşqin vətənpərvərliyi, istiqanlılığı, yardımsevərliyi ilə fərqlənib. Vurğulanıb ki, məhz torpaq uğrunda canından keçən igidlər vətən torpaqlarını düşmən tapdağından azad edib. Rəsmi hissədən sonra ehsan süfrəsi açılıb.
Orta ixtisas məktəblərinin tələbələri arasında dama yarışı keçirilib
Şəkidə orta ixtisas məktəblərinin tələbələri arasında 2 fevral - Gənclər günü münasibəti ilə dama yarışı keçirilib. Yarış Şəki-Zaqatala Regional Təhsil İdarəsinin və Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Şəki Rayon Komitəsinin birgə təşkilatçılığı ilə baş tutub. Rəsmi hissədə çıxış edənlər iştirakçıları Gənclər günü münasibəti ilə təbrik ediblər.