Super User

Super User

Aztəminatlı ailələrdən olan anaların sosial rifahını yaxşılaşdırmaq üçün yeni müəssisə açılıb

Cümə, 02 May 2025 16:26

“Narkomaniyaya yox deyək!”

Şəkidə hüquq-mühafizə orqanlarının təhsil müəssisələrində maarifləndirici tədbirləri davam edir.

Şəki şəhərində 15 il əvvəl başlayan içməli su və kanalizasiya xətlərinin çəkilişi prosesi hələ də davam edir. Prosesin yekunlaşmayan hissəsinin görülməsi üçün ötən il dövlət büdcəsindən əlavə vəsait də ayrılıb. İşlər hazırda hansı mərhələdədir, nə zaman başa çatdırılacaq sujetdən biləcəksiz...

Bu yaz yenə Şamaxı çölləri al lalələrə bürünüb. Mülayim yaz havasında yaşıl təbiətin sinəsində qızaran lalələr ətrafı əsrarəngiz gözəlliyə qərq edib. Xüsusilə Şamaxının qədim və tarixlə zəngin Kələxana kəndinin ətrafında açan laləliklər bu bölgəni görənləri heyran edir.

Bu il respublika üzrə kümçülərə 6 min qutu ipəkqurdu toxumunun inkubasiya olunaraq paylanılması nəzərdə tutulur. Əməkdaşlarımızı Qax Damazlıq İpəkçilik Stansiyasında olub, inkubasiya olunacaq ipəkqurdu toxumunun məntəqələr üzrə paylanılması bölgüsü ilə maraqlanıb.

Cümə axşamı, 01 May 2025 15:46

İsmayıllıda avtomobil aşdı ⁨

İsmayıllıda avtomobil qəzası baş verib. Sürücü Naxçıvan sakini 25 yaşlı Abdurezzaq Şirinov idarə etdiyi “Hunday” markalı avtomobildə idarəetməni itirərək maşını aşırıb. Hadisə nəticəsində, avtomobilin sürücüsü və sərnişinlər Naxçıvan sakinləri 60 yaşlı İsa Abbasov, 57 yaşlı Zəminə Abbasova müxtəlif dərəcəli bədən xəsarətləri ilə rayon mərkəzi xəstəxanasına çatdırılıblar. Onların vəziyyətinin orta-ağır olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.

125 -dən səhifə 641

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S