Super User

Super User

Çərşənbə, 08 Yanvar 2025 10:45

Balakəndə cücə sexində yanğın olub.

Nəticədə 5 min cücə yanaraq təlaf olub. Gecə saatlarında Balakənin Tülü kəndində, kənd sakini Vüsal İsmayılovun yaşadığı evin həyatyanı sahəsində inşa olunan ümumi sahəsi 96 kv/m olan cücə sexində yanğın baş verib.
Yanğının söndürülmasi üçün əraziyə Balakən rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və şəxsi heyəti cəlb olunub. Yanğın nəticəsində sexin tavanı və dam örtüyü yanıb, sexdə olan 5 min ədəd cücə yanaraq təlaf olub. Faktla bağlı araşdırma aparılır.

Çərşənbə axşamı, 07 Yanvar 2025 14:53

Nic qəsəbəsində Milad bayramı qeyd olunub

Bu gün bütün dünyada olduğu kimi, Qəbələ rayonunun Nic qəsəbəsində yaşayan udilər də Milad bayramını qeyd edirlər. Bayram münasibətilə udilər “Cotari” alban kilsəsində keçirilən mərasimə qatılıblar. Hər il olduğu kimi, bu il də kilsədə xüsusi ayinlər icra olunub və dualar oxunub.

Çərşənbə axşamı, 07 Yanvar 2025 10:51

Eşitməyən qalmasın 03.01.2025

Çərşənbə axşamı, 07 Yanvar 2025 08:36

Azərbaycanın nömrə 1 ulduzu 04.01.2025

Çərşənbə axşamı, 07 Yanvar 2025 08:34

Azərbaycanın nömrə 1 ulduzu 03.01.2025

Bir neçə il idir ki, Bakıdan Balakənə olan qatar xətti öz fəaliyyətini dayandırmışdı. Bunun əsas səbəblərindən biri Covid-19 pandemiyası idi. Pandemiyadan sonra isə bu marşurut üzrə hərəkət edən qatar reyslərinin yenidən açılması vaxt apardı.
Ancaq bu nəqliyyat növünü sevənlər artıq yenidən qatarla səyahət edə biləcəklər. Belə ki, Azərbaycan Dəmir Yolları QSC yanvardan etibarə Bakı-Balakən-Bakı marşurutu üzrə qatar xəttini yenidən bərpa edib.
Bazar ertəsi, 06 Yanvar 2025 16:15

Avtomobil ağaca çırpıldı, yaralılar var

Qaxda yol-nəqliyyat hadisəsi baş verib. Hadisə səhər saatlarında rayonun Güllük kəndində qeydə alınıb. “Vito” markalı avtomobil hərəkətdə olarkən idarəetməni itirərək yol kənarındakı ağaca çırpılıb. Nəticədə avtomobildə olan sərnişinlər - Balakən rayon sakinləri Telliyev Elvin Cavanşir oğlu və Göylərova Günel Samir qızı müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.

128 -dən səhifə 597

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S