Super User
Kazım Sübhan ilə Əhmədlidə Kim var, Kim yox? 10.01.2025
1-ci Çaylı kəndinin mavi yanacaq problemi!
Mavi yanacaq mövcud olsa da, hələ də odun yandırmağa məcbur olurlar. Səbəb isə kəndə verilən mavi yanacağın təzyiqinin çox aşağı olmasıdır. Sakinlərin müraciəti əsasında əməkdaşlarımız sözü gedən kəndə gedərək məsələni aydınlaşdırmağa çalışıb. İzləyək...
Müğənni Vüsal, Narın, İnci, Elşad Qarayev və Tərlan Novxanı "5 gün" Mikayıl ilə"də 10.01.2025
Müğənni Vüsal Hacıyev və Günel Nihat "Xəbərin var?"da 10.01.2025
Aydın, Zemfira İbrahimova və Aynur Sevgi canlı ifalarla "5 gün" Mikayıl ilə"də 09.01.2025
Zaur Əmiraslanov və Kəmalə Nəsibova "Xəbərin var?"da 09.01.2025
Zaqatalada daha bir yeni doğulan körpə öldü
Zaqatala yeni doğulan körpə ölümü qeyd alınıb. Yanvarın 7-də Zaqatala rayonu Gözbarax kənd sakini 33 yaşlı Xanım Üzeyr qızı Didiyeva dünyaya uşaq gətirmək üçün Zaqatala Rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsinə müraciət edib. Didiyeva qeysəriyyə əməliyyatı ilə qız uşağı dünyaya gətirib.
Körpə doğuşdan bir qədər sonra ölüb. Yaxınlarının verdiyi məlumata görə, bu, onun üçüncü doğuşudur. Doğuşdan bir gün əvvəl X. Didiyeva Zaqatala RMX-da müayinə olunub və hamiləliyin normal keçməsi barədə məlumat verilib.
Ölümün dəqiq səbəbini öyrənmək üçün körpənin meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Zaqatala rayon şöbəsinə təhvil verilib. Faktla bağlı Zaqatala rayon prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.
Məclisi-Şüəra 08.01.2025
Ellada Eyvazova və Şəhriyar Əbilov "Xəbərin var?"da 08.01.2025
Balakəndə cücə sexində yanğın olub.
Nəticədə 5 min cücə yanaraq təlaf olub. Gecə saatlarında Balakənin Tülü kəndində, kənd sakini Vüsal İsmayılovun yaşadığı evin həyatyanı sahəsində inşa olunan ümumi sahəsi 96 kv/m olan cücə sexində yanğın baş verib.
Yanğının söndürülmasi üçün əraziyə Balakən rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və şəxsi heyəti cəlb olunub. Yanğın nəticəsində sexin tavanı və dam örtüyü yanıb, sexdə olan 5 min ədəd cücə yanaraq təlaf olub. Faktla bağlı araşdırma aparılır.