Super User
Narin, Fərhad Tufan, Şahab və Əfsun ""5 gün" Mikayıl ilə"də 07.05.2024
İlin hər bir fəslinə uyğun qidalanma rejimi | Elə çarə 07.05.2024
Kümçülərə ipəkqurdu toxumu paylanılıb
Azərbaycanda 2025-ci il barama istehsalı mövsümünə start verilib. Bu il dövlət tərəfindən kümçülərə 6000 qutu tut ipəkqurdu toxumu paylanacaq.
Güclü yağış fəsadlar törətdi
Ölkənin əksər rayonlarında yağıntılı hava şəraiti hökm sürür. Yağış suları Bakı-Şamaxı-Yevlax magistralının 78-ci kilometrliyində yolu yarasız hala salıb. Nəticədə magistral yolda hərəkət qismən məhdudlaşıb. Əraziyə yol idarəsinin əməkdaşları cəlb olunub, yolun bərpası istiqamətində işlər aparılıb. Güclü yağış Qobustan rayonunun Ərəbqədim kəndinə də ziyan vurub. Belə ki, dağlardan axan sel suları kənd ərazisində yerləşən körpünü qəzalı vəziyyətə salıb. Sel nəticəsində kəndə gediş-gəliş bir müddət məhdudlaşıb. Sakinlərin sözlərinə görə, sel təkcə körpüyə deyil, həm də kənd sakinlərinə məxsus mal-qaraya ziyan vurub. Hazırda kəndə gediş-gəlişdə problem yaşanmasa da, kəndin girişində yerləşən körpü hələ də qəzalı vəziyyətdədir. Təbiət hadisəsi Şəkidə də fəsadlara yol açıb. Belə ki, Şəkinin Bolludərə və Cəyirli kəndlərinə yağan güclü yağışlar nəticəsində kənd ərazisinə sel suları gəlib, sakinlərə məxsus bəzi həyətlərə sel suları dolub.
Ümummilli Liderin 102-ci ildönümünə həsr olunan voleybol yarışı
Şəkidə Ümummilli Lider Heydər Əliyevin 102-ci ildönümünə həsr olunan voleybol yarışı keçirilib. Şəki şəhər Gənclər və İdman idarəsinin və Pedaqoji universitetin Şəki filialının birgə təşkilatçılığı ilə Olimpiya İdman Kompleksində keçirilən turnirin açılış mərasimində çıxış edənlər Ümummilli lider Heydər Əliyevin idmanın inkişafına verdiyi töhfələrdən danışıblar. Qeyd olunub ki, turnirin əsas məqsədi gənclərin asudə vaxtının səmərəli təşkili, idmana olan marağın artırılmasıdır. Yarışda 10 komanda mübarizə aparıb. Turninrin sonunda fəxri yerlərə laiq görülən komandalara fəxri fərmanlar, kuboklar və diplomlar təqdim edilib.
Üsküdar Universitetinin rektoru Nəzifə Güngör "Məclisi-Şüəra"da 06.05.2025
Canan, Günay Mütəllimova, Xanış Şöhrətoğlu və Huri Mələk ""5 gün" Mikayıl ilə"də 06.05.2024
Əlican, Sima Nəsirova və Səmra Hüseynova, "Xəbərin var?"da 06.05.2025
Şəkidə avtomobil aşıb, 2 nəfər xəsarət alıb
Şəkidə avtomobil aşıb, 2 nəfər xəsarət alıb. Hadisə Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Şəkinin Oraban kəndindən keçən hissəsində baş verib. Belə ki, Şəki sakini 31 yaşlı Nicat Hacıhüseynovun idarə etdiyi "KİA Optima" markalı avtomobil yoldan çıxaraq aşıb. Nəticədə sürücü - Nicat Hacıhüseynov və sərnişin, 26 yaşlı Şəki sakini Pərvanə Güləhmədova müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.
Zaqatalada minik avtomobili ağaca çırpıldı, sürücü öldü
Zaqatalada ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Hadisə rayonun Muğanlı kəndində qeydə alınıb. Kənd sakini 40 yaşlı Elsevər Məmmədovun idarə etdiyi “Mercedes” markalı minik avtomobili idarəetmədən çıxaraq ağaca çırpılıb. Nəticədə sürücü sükan arxasında sıxılmış vəziyyətdə qalıb və aldığı ağır xəsarətlərdən dünyasını dəyişib. Faktla bağlı araşdırma başlanılıb. Hadisə yerinə cəlb olunmuş Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin xilasediciləri tərəfindən Elsevər Məmmədovun meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.