Super User

Super User

Çərşənbə, 14 Sentyabr 2022 14:50

Şəhidlərimiz torpağa tapşırıldı...

Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində törətdiyi genişmiqyaslı təxribatın qarşısının alınması zamanı şəhid olan Azərbaycan Sərhəd Qoşunlarının hərbi qulluqçusuları doğulub boya- başa çatdıqları rayonlarda torpağa tapşıırılıblar. Şəhidlərin dəfn mərasimlərində ailə üzvləri, Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əəməkaşları, rayon rəsmiləri və yerli sakinlər iştirak ediblər. Şəhid Sərxan Ömərov Zaqatalada dəfn olunub... Erməni təxribatı nəticəsində şəhid olan hərbçilərimizdən olan XTQ-nın Leytenantı Sərxan Mübariz oğlu Ömərovun nəşi doğulub boya-başa çatdığı Zaqatala rayonunun Yuxarı Tala kəndinə gətirilib Cənazə namazı qılınıb, ruhuna dualar oxunub. Kənd qəbiristanlığında dəfn olunan 23 yaşlı qəhrəman şəhidin tabutunun üzərindəki üç rəngli Azərbaycan bayrağı onun atasına təqdim olunub, havaya yaylım atəşi açılıb. Ailədə iki bacının tək qardaşı olan Sərxan Ömərov 4 ay əvvəl hərbi məktəbi başa vuraraq gənc zabit kimi xidmətə başlamışdı. Şəhid Cavidan Bədəlov İsmayıllıda dəfn olunub Şəhid baş leytenant Cavidan Bədəlov İsmayıllıda dəfn olunub. Baş leytenant, 26 yaşlı Bədəlov Cavidan Zaur oğlunun cənazəsi bu gün doğulduğu İsmayıllı rayonunun Talıstan kəndinə gətirilib. Cənazə namazı qılınıb, ruhuna dualar oxunub. Şəhid Cavidan Bədəlov həmin kəndin qəbristanlığında dəfn olunub, cənazənin üzərindəki üç rəngli Azərbaycan bayrağı şəhidin atası Zaur Bədəlova təqdim olunub, havaya yaylım atəşi açılıb. Şəhid Elşən Babazadə Qəbələdə dəfn edilib Azərbaycan Ordusunun şəhid olan hərbi qulluqçusu Şəhid Elşən Babazadə ilə Qəbələ rayonunda vida mərasimi keçirilib. Kiçik gizir, 26 yaşlı Babazadə Elşən Sahib oğlunun cənazəsi doğulduğu Qəbələ rayonunun Mıxlıqovaq kəndinə gətirilib. Cənazə namazı qılınıb, şəhidin ruhuna dualar oxunub. Şəhid Elşən Babazadə Mıxlıqovaq kəndinin qəbristanlığında dəfn olunub, tabutunun üzərindəki üç rəngli Azərbaycan bayrağı şəhidin atası Sahib Babayevə təqdim olunub, havaya yaylım atəşi açılıb. Qeyd edək ki, iki bacının tək qardaşı olan şəhid Elşən Babazadə 44 günlük Vətən Müharibəsində iştirak edib və 2 ildən çoxdur ki, Azərbaycan ordusunda müddətdən artıq hərbi qulluqçu kimi çalışırdı. Nişanlı idi. Şəhid Nail Abbasov Oğuzda dəfn edilib Azərbaycan Ordusunun şəhid olan hərbi qulluqçusu, 25 yaşlı Nail Adil oğlu Abbasov doğulub boya-başa çatdığı Oğuz rayonunun Qarabaldır kənd qəbiristanlığında torpağa tapşırılıb. Ruhuna dualar oxunub, yaylım atəşi açılıb. Şəhid Nihat Qasımov Şəkidə dəfn edilib Ötən gün Ermənistan silahlı qüvvələrinin dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində törətdiyi təxribatının qarşısını alarkən şəhid olan hərbi qulluqçu 2003-cü il təvəllüdlü Nihat Mehman oğlu Qasımovun nəşi doğulub boya-başa çatdığı Kiçik Dəhnə kəndinə gətirilərək şəhidlər xiyabanında dəfn edilib. Havaya yaylım atəşi açılıb. Şəhid dəfn olunduqdan sonra Azərbaycanın bayrağı şəhidin atası Mehman Qasımova təqdim olunub. Qeyd edək ki, 19 yaşlı Nihat Qasımovun hərbi xidmətini başa vurmağına 17 gün qalmışdı.
Çərşənbə, 14 Sentyabr 2022 11:59

Diqqət Uşaqlar!

Respublikamızda yeni dərs ilinin başlanması ilə əlaqədar Şəki DYP- nin əməkdaşları 15 sentyabrdan 15 oktyabradək “Diqqət uşaqlar!” devizi altında hərəkətin təhlükəsizliyi aylığı keçirir. Sürücülər və məktəblilər saxlanılaraq onlara maarifləndirici vərəqlər paylanıb. “Diqqət uşaqlar!” devizi altında hərəkətin təhlükəsizliyi aylığının təşkilində məqsəd yollarda nəqliyyat vasitələrinin hərəkət intensivliyinin yüksək olduğu bir şəraitdə məkəblilərin təhlükəzliyinin təmin edilməsidir. DYP əməkdaşları bir daha piyada və sürücüləri yollarda diqqətli olmağa çağırır.
Çərşənbə axşamı, 13 Sentyabr 2022 14:25

Şəkidə yüksək bal toplayan məzunlarla görüş keçirilib...

Şəkidə H.Əliyev mərkəzində, Şəki- Zaqatala Regionla Təhsil idarəsi tərəfindən Şəki rayonu ümümtəhsil müəssisələri üzrə buraxılış və ali məktəblərə qəbul imtahanlarında yüksək nəticə əldə etmiş məzunlarla görüş keçirilib. Görüşdə təhsil işçiləri, icra nümayəndələri, şəhər ictimayyəti, yüksək bal toplayan məzunlar və valideynləri iştirak ediblər. Şəki - Zaqatala Regional Təhsil İdarəsinin heyyəti, tələbə adını qazanan məzunları təbrik edərək, onlara vətənpərvər, savadlı gənclər olaraq ölkəmizin sosial- iqtisadi və mədəni həyatında aktiv iştirak etmələrini arzulayıblar. Qeyd edək ki, Şəki rayonu üzrə ali məktəblərə daxil olmaq üçün sənəd vermiş 1251 nəfər məzundan,800 nəfər artıq tələbə adını qazanıb. Qəbul imtahanlarında məzunlardan 163 nəfəri 500- 700 bal arası, eyni zamanda 51 məzun 600 baldan yuxarı nəticə əldə edib. Sonda yüksək nəticə göstərən məzunlara fəxri fərman və hədiyyələr verilib.
Çərşənbə axşamı, 13 Sentyabr 2022 13:53

Təhsil işçilərinin sentyabr konfransı keçirildi...

Şəkidə, Şəki- Zaqatala Regional Təhsil İdarəsi üzrə təhsil işçilərinin sentyabr konfransı keçirilib. Tədbirdə, təhsil işçiləri, icra nümayəndəliyi, Qəbələ, Qax, Oğuz, Zaqatala, Baləkən məktəblərinin direktorları və işçiləri iştirak ediblər. Açılış mərasimin ardınca çıxış edən qonaqlar, yeni tədris ilinin başlanması münasibətilə yeni dərs ilində qarşıda duran əsas hədəflərdən danışıblar. Ötən tədris ilində Şəki rayonunda əldə edilən naliyyətləri tədbir iştirakçılarının nəzərinə çatdırılıb. 2022-2026- cı illər üzrə təhsil strategiyasının məzmunu ilə bağlı konfrans iştirakçılarına məlumat verilib. Sonda yeni tədris ilinin prioritet məsələləri haqqında fikir mübadiləsi aparılıb, konfrans iştirakçılarını maraqlandıran məsələlərə aydınlıq gətirilərək, suallar cavablandırılıb.
Bazar ertəsi, 12 Sentyabr 2022 15:34

Zaqatalada reyd keçirildi....

Zaqatala Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən kobud qayda pozuntuları törədən, avtomobillərində konstruksiya dəyişikliyinə yol verən, avtoxuliqanlıq edən, eləcə də sərxoş vəziyyətdə sükan arxasına əyləşərək digər hərəkət iştirakçıları üçün təhlükə yaradan sürücülərin müəyyən edilərək barələrində qanunamüvafiq tədbirlərin görülməsi məqsədilə nəzarət-yoxlama tədbirləri keçirilib. Şəhər ərazisində hərəkətin intensiv olduğu küçə və prospektlərdə yol polisinin apardığı yoxlamalar zamanı avtomobillərin texniki vəziyyətinə qanunsuz müdaxilə edərək əlavə avadanlıqlar quraşdıran, sürət həddini aşan, qarşı hərəkət zolağına çıxan bir neçə sürücü aşkarlanıb. Onlar məsuliyyətdən yayınmaq üçün müxtəlif bəhanələr gətirməyə çalışsalar da, yol polisi qanunvericiliyin tələbləri barədə onlara ətraflı məlumat verib. Həmçinin keçirilən tədbirlər zamanı sürücülük hüququ olmadan, sərxoş vəziyyətdə nəqliyyat vasitəsi idarə edən sürücülər də polis əməkdaşları tərəfindən müəyyən olunub. Onların avtomobilləri müvəqqəti duracağa yerləşdirilib və barələrində qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb. Şəhər ərazisindən hərəkətin təhlükəsizliyinin təmin olunması, baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısının alınması, eləcə də sürücülərin maarifləndirilməsi məqsədilə profilaktik tədbirlər bundan sonra da davam etdiriləcək.
Bazar ertəsi, 12 Sentyabr 2022 14:54

Şəkidə qarğıdalı yeyən gənc vəfat etdi...

Şəki rayonunun Köbər Zəyzid kənd sakini 1994-cü il təvəllüdlü Vüqar Mövlud oğlu Mustafayev boğazında yad cisim qalması və boğulma əlamətləri ilə Şəki rayon Mərkəzi Xəstəxanasına daxil olub. Müayinə zamanı V. Mustafayevin boğazında qarğıdalı dənəsi qaldığı məlum olub. Xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilən V. Mustafayevə həkimlər intensiv olaraq tibbi yardım göstərsələr də onun həyatını xilas etmək mümkün olmayıb. Həkimlər xəstənin ölməsini mexaniki asfeksiya, kəskin tənəffüz çatışmamazlığı, ağ ciyər ödemi diaqnozlundan baş verdiyini bildirirlər. Qeyd edək ki, 28 yaşlı Mustafayev Vüqar Möhlüd oğlu nişanlı idi, bu yaxınlarda toy edəcəkdi.
Bazar ertəsi, 12 Sentyabr 2022 13:08

Balakəndə ağır qəza: 1 ölü, 3 yaralı...

Balakəndə iki minik avtomobili toqquşub, bir nəfər ölüb daha üç nəfər xəsarət alıb. Hadisə səhər saatlarında Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun Balakən rayonu Katex kəndi ərazisindən keçən hissəsində baş verib. “KİA” markalı minik avtomobili ilə “BMW” markalı minik avtomobili toqquşub. Qəza zamanı “KİA” markalı avtomobildə olan sərnişin Balakən rayon sakini Pərviz Baradov aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb. “KİA” markalı avtomobilin sürücüsü Balakən rayon sakini İlham Taralov, sərnişini Balakən rayon sakini Teymur Layıcov və “BMW” markalı avtomobilin sürücüsü Zaqatala sakini Cavid Bayramov aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Balakən Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Məlumatda bildirilir ki, yaralıların müalicəsi xəstəxananın Cərrahiyyə şöbəsində aparılır, vəziyyətləri orta-ağır qiymətləndirilir. Faktla bağlı araşdırma aparılır...
557 -dən səhifə 669

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S