Super User

Super User

Çərşənbə axşamı, 20 Sentyabr 2022 07:59

Qəbələdə ölümlə nəticələnən yol qəzası olub...

Rayon sakini, Əliyəddin Zeynallının idarə etdiyi "Opel" markalı avtomobil yolu keçən Telli Eyvazovanı vurub. Nəticədə piyada aldığı xəsarətdən hadisə yerində ölüb. Faktla bağlı cinayət işi başlanılıb.

Şəki rayonun Cunud kəndində azyaşlının əli ətçəkən maşında qalıb. Həmin an evdə olan qohumlar uşağı Şəki rayon Mərkəzi xəstəxanasına çatdırıblar. Xəstəxanaya FHN xilasedciləri cəlb edilib. Xilasedicilərin köməkliyi ilə körpənin əli ətçəkən maşından çıxarılıb. Azyaşlının müalicəsi davam etdirilir.

Şamaxı rayonunda üç nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Hadisə Bakı-Şamaxı yolunun Sabir qəsəbəsi ərazisində qeydə alınıb. Qəbələ rayon sakin 32 yaşlı Zaur Zəkərəliyevin idarə etdiyi "Mercedes" markalı minik avtomobili ilə "Kamaz" markalı yük avtomobili toqquşub. Qəza nəticəsində "Mercedes" markalı minik avtomobilinin sərnişinləri Qəbələ rayon sakinləri, 36 yaşlı Emin Məmmədov, 28 yaşlı Pünhan Nəsirli, Oğuz sakini, 18 yaşlı Şamil Mirzəbəyov ağır bədən xəsarəti alıb. Zərbənin təsirindən yaralılar avtomobilin içində sıxışaraq köməksiz vəziyyətdə qalıblar. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub yaralılar deformasiyaya uğramış avtomobilin içindən çıxarılıb. Yaralılar təcili tibbi yardım briqadasının köməkliyi ilə Şamaxı rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Vəziyyətləri ağır olduğu üçün Bakıdakı xəstəxanalrdan birinə göndərilib.
Xüsusi təyinatlı dəstədə xidmət edən Fərid Kəlbəcərdə düşmənin törətdiyi təxribat nəticəsində şəhidlik zirvəsinə ucalıb. Dəfn mərasimində yaylım atəşi açılıb, şəhidin ruhuna dualar oxunub. Daha sonra Azərbaycan bayrağı şəhidin atası Qiyas Lətifova təqdim olunub. Fərid Lətifov Vətən müharibəsi iştirakçısı olub. O, Füzulinin, Cəbrayılın, Xocavəndin, Kəlbəcərin və Şuşanın azad edilməsinə görə medalları ilə təltif olunub.
Balakən rayonunun Yeni Şərif kəndində inşa edilən 360 şagird yerlik yeni məktəb binası istifadəyə verilib. Açılış mərasimində Balakən Rayon İcra Hakimiyyətinin rəsmiləri, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin rəsmiləri və təhsil işçiləri iştirak edib.Şəhidlərimizinın xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Çıxış edənlər müəllim, şagird və valideynləri yeni tədris ilinin başlanması və təhsil müəssisəsinin istifadəyə verilməsi münasibətilə təbrik edib, ölkədə və rayonda gedən sosial-iqtisadi inkişafdan, təhsil sahəsində əldə olunan uğurlardan danışıblar. Sonra tədbir iştirakçıları məktəbdə yaradılmış şəraitlə yaxından tanış olublar. 360 şagird yerlik tədris binasında 15 sinif otağı, kimya, biologiya, fizika kabinet və laboratoriyaları, informatika, gənclərin çağırışaqədərki hazırlıq və 2 texnologiya kabineti, məktəbəhazırlıq otağı, kitabxana və kompüterlərlə təchiz olunmuş oxu zalı, 140 nəfərlik akt zalı, qarderob, idman zalı, 84 nəfərlik bufet şagirdlərin istifadəsinə verilib. Bina istilik, elektrik, müşahidə, havalandırma və yanğından mühafizə sistemləri ilə təmin edilib. 2022-2023-cü tədris ilində təhsil müəssisəsində 254 şagird, məktəbəhazırlıq qrupunda 19, birinci sinifdə isə 20 uşaq təhsil prosesinə cəlb olunub. Məktəbdə 30 nəfər pedaqoji işçi çalışır. Ümumilikdə rayon üzrə 2022-2023-cü tədris ilində 66 birinci sinifdə 1101 nəfər şagird təhsil alacaq.
Cümə axşamı, 15 Sentyabr 2022 12:36

Qanunsuz ov edən qohumlar saxlanılıb...

Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı rayonun Uzunqazmalar kəndi ərazisində qanunsuz ov edən şəxslər saxlanılıb. Araşdırma zamanı onların rayon sakinləri, qohumlar-İlqar Bayramov və Bəxtiyar Musayev olduqları müəyyən edilib. Həmin şəxslərdən müvafiq sənədləri olmayan 2 ov tüfəngi və həmin silaha aid patronlar, eləcə də ovladıqları çöl heyvanının əti aşkar edilərək götürülüb. İ.Bayramov və B.Musayev barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün rayon məhkəməsinə göndərilib.
İnsanın itkisini ən çox valideyni anlayır, onu böyüdüb, boya-başa çatdıran ata -anası. Bir gecədə saçına dən düşən atalarımz-analarımız var. Şəhidimiz Vadimin ölüm xəbərinə dözə bilməyən atası Alik Qocayev da dünyasını dəyişdi. Onlar eyni vaxtda son mənzilə yola salındılar. Ermənistan Silahlı Qüvvələrinin təxribatı nəticəsində şəhid olan qəhrəmanımız Vadim Qocayev Qobustan rayon Sündü kənd sakinidir. 5 il idi ki, hərbçi olaraq ordu sıralarında xidmətdə idi. 44 günlük Vətən Müharibəsində də iştirak edən Vadimin acı xəbərinə atası Alik Qocayev dözə bilmir. Şəhid oğlunun nəşini gətirmək üçün Gəncəyə yollanan ata cənazəni təhvil almadan öncə infarkt keçirib. İndi şəhid və atasının məzarı Qobustan rayon Şəhidlər Xiyabanında yerləşir. Hərbçi yoldaşları Vadimin qəhrəmanlığından ağız dolusu danışırlar. Deyirlər ki, şəhidimiz əvvəllər iştirak etdiyi döyüşlərdə dəfələrlə yaralansa da, ordu sıralarına yenidən qayıdıb. Bir yaşlı qızı olan 25 yaşlı qəhrəmanımızın bu günlərdə ikinci övladı dünyaya gələcək.
556 -dən səhifə 669

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S