Super User

Super User

Şəkinin İnçə kəndində yaşayan Limon Səlimova 1 ilə yaxındır ki, həyətə girib-çıxmasının çətin olduğundan şikayət edir. Şikayətçinin sözlərinə görə, qaz xətti çəkilərkən nədənsə onun evi, daha dəqiqi evə giriş-çıxışı nəzərə alnmayıb.  Ev sahibi qaz borusunun yaratdığı çətinlik səbəbindən hətta inəyinin tələf olduğunu söyləyir. Limon Səlimova qaz xəttinin qapının üzərindən, ya da yeraltı çəkilməsi ilə bağlı Azəriqaz İstehsalat birliyinə müraciət edib. Vətəndaşın şikayətlərini dinlədikdən sonra mövzuyla bağlı Azəriqaz İB-yə müraciət etdik. Mövzuyla bağlı Asan Komunalla əlaqə saxladıqda isə bildirildi ki, texniki şərtin rüsumu 282 manatdır və buraya sayğac, həmçinin digər materialların qiyməti daxildir. 

İsmayıllı Rayon Polis Şöbəsinə İvanovka kəndində yerləşən mağazaların birindən oğurluq edilməsi barədə məlumat daxil olub. Gecə saatlarında obyektə daxil olan naməlum şəxs oradan nəğd pul, tütün məmulatları, müşahidə kameralarının yaddaş qurğusunu, kassa aparatını, 100 manat dəyərində lotereyaları və digər ərzaq məhsullarını oğurlayıb. İsmayıllı polisinin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq hadisəsini törədən şəxsin Göyçay şəhər sakini, əvvəllər də narkotik vasitələrin satışına görə məhkum edilmiş İlqar Mustafayev olduğu müəyyənləşib. O, şübhəli şəxs qismində saxlanılıb və əməlini etiraf edib. Faktla bağlı cinayət işi başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir. İlqar Mustafayev barəsində də məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. 

Hindistanlı turist Böyük Qafqaz sıra dağlarında itkin düşüb. Hindistan vətəndaşı 29 yaşlı  Kondaveeti Manikathi Böyük Qafqaz sıra dağlarının cənub ətəyində, Azərbaycanın Zaqatala rayonu ərazisindən keçən hissəsində itkin düşüb. Mayın birinci ongünlüyündə Zaqatalaya turist kimi gələn Kondaveeti Manikathi Böyük Qafqaz sıra dağlarının cənub ətəyini gəzmək qərarına gəlib. O, gəzintisinə mayın 13-ü, Zaqatala rayonun Qəbizdərə kəndi yaxınlığında dağlıq ərazidən başlayıb. Hindistanlı turistin marşurut üzrə hərəkət etdiyi ərazidə, yaxud da ərazinin yaxınlığında itkin düşdüyü ehtimal olunur. Turistin axtarışlarına Zaqatala rayon Polis Şöbəsinin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları cəlb edilib. İki gündür davam edən axtarışlar hələlik heç bir nəticə verməyib.

Şəkidə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini, əvvəllər də narkotik və oğurluq cinayətlərinə görə 12 ildən artıq məhkumluq həyatı yaşayan Qalib Qasımov saxlanılıb. Şəxsi axtarış zamanı ondan qurudulmuş marixuana aşkarlanıb. Qalib Qasımovun yaşadığı ünvandan gizlətdiyi yarım kiloqrama yaxın marixuana maddi sübut kimi götürülüb. İstintaq-əməliyyat tədbirləri nəticəsində onun törətdiyi digər cinayət əməlinin də üstü açılıb. Belə ki, Qalib Qasımovun Şəkidə yerləşən, təmir işləri gedən evdən 700 manat dəyərində elektrik kabelləri oğurladığı müəyyənləşib. İfadəsində oğurladığı kabelləri yandırdığını və əldə etdiyi misi satmaq niyyətində olduğunu bildirib. Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Şəkinin Kiş kəndi dağlıq və çətin relyefə sahib ərazidə yerləşir. Kənd sakinləri əsasən burada hündür və yük maşınlarından daha çox istifadə edir. Elə Dilqəm Kərimli də təsərrüfatda yaşadığı çətinliklər səbəbindən yolsuzluq avtomobili yaratmağa qərar verib. Çətinliklə də olsa  istədiyinə nail olub. Dilqəm bu konstruksiyanı internetdə gördükdən sonra yaratmaq fikrinə düşüb. Avtomobili ərsəyə gətirmək üçün isə nə az, nə çox 2 min manata yaxın pul xərcləyib. Bu sahədə az təcrübəsi olmasına baxmayaraq yenə də qarşısına qoyduğu məqsədin öhdəsindən gəlib. Kənd sakini avtomobilin sənədləşməsində bir sıra problemlər yaşadığını deyir. Ancaq yenə də həvəsdən düşmür. Daha bir yolsuzluq avtomobili hazırlamaq fikrindədir. Hazırda Dilqəm Kərimli yaratdığı yük maşınını ancaq kənd ərazisində istifadə etdiyini deyir. Yük maşını yüksək off-road xüsusiyyətlərinə sahibdir.

Cümə axşamı, 19 May 2022 20:04

“Vaqif” tamaşasına ictimai baxış olub...

"Vaqif" tamaşası Səməd Vurğunun eyniadlı dramının motivləri əsasında hazırlanıb. Səhnə əsərinin ssenari müəllifləri mərhum rejissor Mərdan Feyzullayev və şair Vaqif Aslan, quruluşçu rejissoru Mərdan Feyzullayevdir. Səhnə əsərində Qarabağ xanlığının tarixinə aid “Qarabağnamə”lərdən istifadə edilib. Tamaşada Vaqif obrazını yubilyar, Əməkdar artist Əbülfət Salahov, Qacar obrazını isə Əməkdar artist Xanlar Həşimzadə, digər rolları isə əməkdar artistlər Akif Yusifov, Rəhim Qocayev, həmçinin İlyas Əsədov, Aydın Əlibalayev və başqaları ifa ediblər. Əbülfət Salahovun hər dəfə səhnəyə gəlişini böyük coşquyla qarşılayan tamaşaçılar sonda uzun müddət onu ayaqüstə alqışlayıblar. Sonda Ardından yubilyar Şəki rayon icra hakimiyyəti, Mədəniyyət Nazirliyi tərəfindən fəxri fərmanlarla, Teatr xadimləri ittifaqının sənətkar medalı ilə təltif edilib.

552 -dən səhifə 613

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S